Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə40/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   36   37   38   39   40   41   42   43   ...   71

Yuxanda  deyildiyi  kimi,  ermənilər  öz  ərazilərini  ən 

əvvəl Türkiyə  əraziləri  hesabına genişləndirmək istəyirdilər 

və  XX  əsrin  əvvəllərində  Rusiyanın  diplomatik  sənədlərin­

də  «Türkiyə  Ermənistanı»  üslubu  tez-tez  işlənirdi.  Türkiyə­

nin  Qars  vilayətində  ermənilərin  ağlasığılmaz  vəhşiliklərlə 

türklərə  qarşı  apardıqlan  hərbi  əməliyyatlar  bunun  sübutu­

dur.

Ermənilərin Türkiyə  ərazisində törətdikləri  vəhşiliklər 



haqqında yunanlar vaxtilə belə  yazmışlar:  «Türk ordusu  qar­

şısında  geri  çəkilən  silahlı  ermənilər  ətrafdakı  müsəlman 

kəndlərini  yer üzərindən  silərək  hər bir  şeyi  atəş  və  qılınc­

dan keçirir, təsəwürəgəlməz bir dəhşət və fəlakət törədirdi­

lər».  «Qalib»  erməni  ordusu  qənimətləri,  yəni  süngü  ucuna 

taxılmış  uşaqlarla  keçdikləri  yolların  ətrafına  çılpaq  soyun- 

durulmuş  müsəlman  qadınlarını  düzürdülər.  Bu  cəhənnəm 

əzabında  huşunu  itirmiş  qadın  və  uşaqların  ürəkparçalayan 

iniltilərini,  onların  ümüdsiz  nalərini  dinləmək  üçün  adamın 

dözümü  olmalıdır.  Səksən  iki  kənddən  ibarət  bir  sancaq  bu 

təsvir  edilən  fəlakətə  düçar  olmuşdur.  İndi  bütün  Qars  vi­

layəti  nəhəng bir qəbristanlığı  xatırladır ki, onun hər bir daşı 

həmişəlik  insan  simasım  itirmiş  erməni  quldurlarının  vəhşi­

likləri,  əxlaqsızlıqları  və  həyasızlıqları  barədə  şahidlik  edə 

bilər1».

Güney  Qafqazda üç  cümhuriyyət -  Azərbaycan,  Gürc­

üstan  və  Ermənistan  (Ararat  respublikası  adlanırdı)  yaradı­

larkən  sonuncu  iki qəzadan (İrəvan və Eçmiadzin) ibarət idi. 

1918-ci  ilin  sonunda  isə  (Türkiyə  Mudras  sazişinə  əsasən 

Qafqazı tərk etdikdən sonra) Ermenistan ərazisi  17500 kvad­

rat milə2, əhalisi  isə  1,510 min nəfərə çatdırıldı.  Bu əhalinin 

595 min nəfəri  erməni, 575  min nəfəri isə Azərbaycan  türkü

l

2

Bax: «Xalq» qəzeti,  5  aprel 2001-ci il.



Mil -   ingilis uzunluq vahidi  1  mil  =  1852  m

idi1.


Güney  Qafqazda  üç  müstəqil  respublika  yarandıqdan 

sonra Ermənistan Zəngəzur və Dağlıq Qrabağı özünə birləş­

dirmək  hesabına  «Böyük  Ermənistan»  yaradılması  planının 

icrasına  başladı.  Buna  görə  də  Azərbaycan  Xalq  Cümhu­

riyyəti  iki  ilə  yaxın  davam  edən  hakimiyyəti  dövrü  Erməni­

stan-Azərbaycan  münasibətləri  gərgin  olaraq  davam  etmiş­

dir.

1918-ci  ilin  31  martında  Bakıda  başlanmış  və  azəri 



türklərinə  qarşı  3  gün  davam  edən  qırğın  zamanı  erməni- 

daşnaklar  tərəfindən  15  minə  qədər  silahsız  azərbaycanlı, 

qoca  və  uşaq  qətlə  yetirilmişdir.  Bu  qırğın  zamanı  əldə 

edilmiş  «Qələbo»nin  nəticəsində  Bakıda  erməni-rus  bolşe­

vik rejimi  yaradılmışdı  və  bu  hakimiyyət  1918-ci  ilin 25  ap­

relində  «Bakı  kommunası»  adlandırılmışdı.  Bakıda  1918-ci 

ilin  martın  sonuncu  günü  qırğın  başlandıqda  şəhərdə  olmuş 

və sonralar mühacirət etmiş Hüseyn Baykara yazmışdır:  «Bu 

barədə  mənim  üçün  yazmaq  olduqca  ağırdır.  Türk  qadınları 

saç-saça  bağlanaraq,  çılpaq  gəzdirildikdən  sonra  müxtəlif 

şəkildə  təcavüzlər,  öldürmələr  və  daha  başqa  cinayətlər... 

Təcavüzlər bununla  bitmədi.  Erməni  və rus könüllü dəstələ­

ri  Şamaxı,  Səlyan,  Kürdəmir,  Quba  Lənkarana  da  hücum 

etdilər,  bu yerlərdə  də  Bakıda olduğu kimi  qırğınlar,  talanlar 

və tarixdə görülməyən  cinayətlər törədildi2».

Belə  qırğını  erməni-daşnaqlar Nəvahido  də  törətdilər3. 

Stepan  Şaumyan  Moskvaya  1918-ci  ilin  24  mayında göndər­

diyi hesabatında  yazmışdı  ki,  Bakıda  mart  hadisələri  zamanı 

3-4 min  nəfər milli (daşnak) dəstələri  iştirak etmişdir.

Bolğşaə  Sovetskaə  gnüiklopediə.  Ill  cild,  1926,  səh.437  (rus  dilin­

də).

Bax:  Hüseyn  Baykara.  Azərbaycan  istiqlal  mübarizəsi  tarixi,  Bakı, 

1992,  s.227.

Bu  haqda  daha  geniş,  bax:  İsmayılov  l.Z.  Azərbaycanmn  XX  əsrdə 

dövlətçilik  siyasəti  məsələləri,  B.,  1995,  s. 14-24.

161



Bakı  Kommunasmda  rəhbərliyi  öz  əlinə  almış  Stepan 

Şaumyan  azəri  türklərinə  deyirdi:  «Sizə Azərbaycan  istiqla­

liyyəti yerinə bir məzarlıq bəxş edəcəyəm»1.

Bakı  Kommunası  rəhbərliyində  S.Şaumyandan  əlavə 

Q.Korqanov, M.Korqanov, A.Boryan,  S.Kostandyan, A.Boq- 

danov, T.Amirov fəal işləyirdilər.

Bakı  Kommunası  (Xalq  Komissarları  Şurası  adlanırdı) 

dövrü  Bakınm  komendantı  Avakyans,  Hərbi  ştabın  rəisi 

Avetisov  (Avetisyan),  Bakıda fövqəladə  komissarlığın  sədri 

isə S.Ter-Petrosyan olmuşdur.

Daşnaq  Ermənistanın  ilk baş  naziri  Ovanes  Kacaznuni

1923-cü  ildə  yazdığı  «Daşnaksütyuna  bir  iş  qalmadı»  adlı 

kitabında  1918-ci  ilin mart  qırğınını  nəzərdə  tutaraq  açıqca­

sına  yazmışdı:  «Bakının  erməni  əhalisinin  təhlükəsizliyi 

mövqeyindən  «Müsavat»  hakimiyyətindənsə  bolşevik  haki­

miyyəti  daha  əlverişli  idi  və  ona  görə  də biz yerli bolşevik­

lərlə sıx əlaqədə idik»2.

Azərbaycan xalqı  ilə əlaqəsi  olmayan Bakı Kommuna- 

sını  S.Şaumyan Rusiyanın bir vilayəti elan etmişdi və bu ha­

kimiyyət  uzun  müddət  yaşaya bilməzdi.  Süni  yaradılmış  bu 

qurumdan Bakını  1918-ci  ilin  15  sentyabrında Türkiyə  ordu­

su və Azərbaycan hərbi qüvvələri azad etdilər.

Erməni  daşnaklar öz  terror hərəkətlərini  bundan  sonra 

da  davam  etdirdilər.  Xalq  Cümhuriyyəti  dövrü  Azərbaycan 

hökumətinin  başçısı  olmuş  Fətəli  xan  Xoyskini  və  Nəsib 

bəy  Usubbəylini  erməni  terrorçulan  1920-ci  ilin  iyulunda 

Tiflisdə,  hökumətin  naziri  olmuş  Behbud  ağa  Cavanşiri  isə 

İstanbulda qətlə yetirdilər.

Daşnak  Ermənistanı  da  Rusiyanın  XI  ordusunun  gücü 

ilə  sovetləşdirildikdə  bu  ordu  Zəngəzur  vilayətini  Erməni-

2

162

Hüseyn Baykara, gösterilən kitab, s.226.

Ovanes  Kaçaznuni.  Daşnaksütyuna  bir  iş  qalmadı,  Bakı,  1990,  s.20- 

21

.

stana bağışladı.  Bu  paydan  ruhlanan  ermənilər  ən  əvvəl  Er­

mənistanda  yaşayan  azərbaycanlılan  oradan  sıxışdırmağa 

başladılar.

Sovet hakimiyyəti illərində Ermənistanda yaşayan azər­

baycanlıları  buradan  köçməyə  məcbur etmək üçün  cürbəcür 

tədbirlər həyata keçirilirdi.  Bu  tədbirlərdən biri  azərbaycan­

lılar  üçün  ana  dilində  məktəblərin  açılmaması  olmuşdur. 

1927-ci  ildə  Basarkeçər  dairəsində  azərbaycanlıların  yaşa­

dığı  32  kənddən  yalnız  16-da  köhnə  və  darısqal  binalarda 

ibtidai  məktəb və iki qiraətxana var idi.

Bütün  bu  32  kənd  üçün  13  çarpayılıq bir xəstəxana  və 

bir ambulatoriya mövcud idi1.



Azərbaycanda Sovet hakimiyyəti illərində azərbaycanlı­

lara  qarşı  erməni  terroru  əsasən  Azərbaycanda güc  nazirlik­

lərinə  soxulmuş  erməni  daşnakların  bilavasitə  iştirakı  ilə 

təşkil olunmuşdur.

Rusiyanın  XI  ordusu  1920-ci  ilin  27  aprelində  Azər­

baycan  sərhədlərini  keçərək  Bakıya  daxil  olduqda  bu  ordu 

ilə  Bakıya  gələn  Anastas  Mikoyanın  şəxsi  göstərişi  ilə  şə­

hərdə  «Qarət  həftəsi»  keçirilmişdi:  müsəlmanların  evlərinin 

talan  edilməsi  və  müqavimət  göstərənlərin  güllələnməsi 

həyata keçirilmişdi.

1920-ci  ilin  aprelin  sonundan  1921-ci  ilin  avqustuna 

qədərki  dövrdə Azərbaycanda 48  min müsəlman qırmızı  ter­

rorun  qurbanı  olmuşdur.  O  cümlədən  12  azərbaycanlı  gene­

ral,  27  polkovnik  və  podpolkovnik,  460  nəfər  aşağı  rütbəli 

azərbaycanlı  zabit  məhv  edilmişdir  ki,  bunların  da  əksə­

riyyəti  erməni  daşnakların  bilavasitə  iştirakı  ilə  edilmişdir. 

Erməni  terroristləri  vaxtı  ilə Azərbaycan  Xalq Cümhuriyyəti 

Parlamanı  üzvü  Ərəş  mahalının  bəylərbəyi  Əşrəf bəy  Tağı- 

yevi 20-ci  illərin  əvvəllərində  qətlə yetirdilər.  Vaxtilo  Vedi- 

basarda  işləmiş  Abbasqulu  bəy,  Xəlil,  Qəmlo  və  Fotullah



Bax: «Azərbaycan» qəzeti,  16 sentyabr 2001-ci  il.

163


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə