Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix


partiyada  parçalanma  meylləri



Yüklə 1,94 Mb.
səhifə39/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   35   36   37   38   39   40   41   42   ...   71

tmdan  (avqust  2000)  sonra  partiyada  parçalanma  meylləri 

daha  da  gücləndi  və  2001-ci  ildə  partiya  2  qanada bölündü: 

Əli  Kərimov  (Kərimli)  qanadı  və  Mirmahmud  Fəttahov  qa­

nadı (bu ikinci bəzən «mühafizəkar qanad» adlanır).

2001-ci  ilin  fevralında  partiyanın  IV  qurultayı  keçiril­

mişdir.


3.  «Müsavat» partiyası

Tarixən  1911-ci ildə  yaradılmışdır.  İndiki müsavatçılar 

özlərini  bəzən  «Yeni  Müsavat»  adlandırırlar.  (Partiyanın 

başqanı  İsa Qəmbərdir)  Partiyanın  IV qurultayı  1995-ci  ildə 

keçirilmişdir.

4.  Azərbaycan Milli İstiqlal Partiyası (AMİP).

1992-ci  ildə  yaradılmışdır  (sədri  Etibar  Məmmədov­

dur).


1992-ci  ilin  fevralında partiyanın  «Odlar yurdu»  qəze­

tinin №6  sayında  dərc  etdirdiyi  «Bəyanatı»nda  deyilir:  «Şə­

hidlərimizin  qanı  bahasına  və  rus-sovet  imperiyasının  dağıl­

ması  nəticəsində  qazanılmış  nisbi  müstəqilliyi  öz  şəxsi  qə­

ləbəsi  kimi  qələmə  verən  respublika  rəhbərliyi  əslində 

Azərbaycanda  milli-dövlət  quruluşu  sahəsində  və  millətin 

həqiqi  siyasi,  iqtisadi  və  mənəvi  azadlığı  yolunda  qətiyyətli 

fəaliyyət göstərmir, əksinə, buna bəzən hətta mane olur...».

Prezidentin və siyasi  müxalifətin  yaranmış hərbi-siyasi 

və  iqtisadi  böhrandan  çıxmaq  üçün  tam,  dolğun  hərtərəfli 

düşünülmüş  fəaliyyət  proqramları  olmaması  milləti  gə­

ləcəyə ümüdsizlik təhlükəsi qarşısında qoymuşdur...»1.

Məlumdur  ki,  bundan  sonra  ölkədə  hakimiyyət  dəyi­

şikliyi  baş  verdi.  Lakin  Milli  İstiqlal  Partiyası  yeni  haki­

miyyətə də müxalifətdədir.

5.  Sosial-Demokrat tipli partiyalar:



a)  Azərbaycan  Sosial-Demokrat  Partiyası  (lideri

I

156

«Odlar yurdu».  1992,  fevral,  №6.

Araz  və  Zərdüşt  Əlizadə  qardaş laridir).  Partiya­

nın  liderlərindən  Zərdüşt  Əlizadə  1990-cı  ilin 

martında  verdiyi  müsahibədə  demişdir:  «...biz 

İsveç,  Avstriya,  qismən  Finlandiya,  Danimarka, 

Norveç,  İsveçrə,  Hollandiya  kimi  ölkələrin  mo­

delinə yaxın iqtisadi formanın tərəfdarıyıq»1. 

b)  Vətəndaş  Həmrəyliyi  Partiyası  (başçısı  Sabir 

Rüstəmxanlıdır).

5. 

Rüstəmxanlının  fikrincə  Azərbaycanda  «indiki  mər­



hələdə  heç  bir  siyasi  partiya təkbaşına  hakimiyyətə  gələ  və 

Azərbaycanın  problemlərini  həll  edə  bilməz.  Onun  başında 

siyasi  təcrübəsi  şübhə  doğurmayan  bir  adam  dura  bilər». 

Müəllif çıxış yolunu milli birliyə qayıdışda görür.2.

6.  Liberal-demokrat yönümlü partiyalar

a) Azərbaycan Demokrat Partiyası (ADR)

Sədri  Rəsul Quliyev, baş katibi -  Sərdar Calaloğlu



b) A zərbaycan  lAhcwl Pyrtiyası 

Sədri  Lalə-Şövkət Hacıyevadır.

7.  Ədalət Partiyası (sədri  İlyas İsmayılovdur).

Müxalifət partiyaları rəhbərlərinin böyük bir hissəsinin 

fəaliyyətində  romantik  idealizm  meylləri  üstünlük  təşkil 

edir.  Bütün  bu  partiyalar  (YAP  istisna  olmaq  şərtilə)  tər- 

kibcə  zəifdirlər  və  elan  etdikləri  proqramlarında  bir-birinə 

oxşar cəhətlər çoxdur.

Bunlardan başqa  Azərbaycanda «Ana Vətən» partiyası, 

«Demokratik  maarifçilər»  partiyası,  «Kommunist»  partiyası 

və  digər partiyalar da mövcuddur.

Bütövlükdə  isə  YAP-dan  başqa  digər  partiyaların  öl­

kənin siyasi  həyatında rolu hiss edilmir.

Nisbətən  kiçik  ölkə  olan  Azərbaycan  üçün  40-a  qədər



«Səhər»,  15  mart  1990.

«Yeni  Müsavat» qəzeti,  22 dekabr  1999.

157


siyasi partiyanın olması arzuedilmez haldır.  Buna görə  də bu 

partiyalar həm  zəifdir,  həm də təsirsizdirlər.  Bu partiyaların 

vahid  proqramda  birləşərək  güclü  siyasi  təşkilata  çevrilmə­

ləri arzu edilən məsələdir.

Hər bir xalqın siyasi tərbiyəsində siyasi partiyaların ro­

lu  danılmazdır.  Lakin  Azərbaycanda  siyasi  partiyaların  çox- 

saylılığı  və  hər  birinin  sosial  bazasının  məhdudluğu  xalq 

arasında onların siyasi təsirini zəiflədir.

Son  zamanlar  YAP-m  sosial  bazası  genişlənir  və  bu 

partiya cəmiyyətimizdə kütləvi partiya olmaq əzmindədir.

Siyasi  mədəniyyətin  tərkib  hissəsi  olan  iqtidar-müxa­

lifət münasibətləri, təəssüflər olsun ki, Azərbaycanda son  10 

ildə  mədəni səviyyədə təşkil oluna bilməyibdir.  Bunun əsas 

səbəblərindən biri müxalifət partiyalarının  çoxsaylı  və pəra- 

kəndə olmasıdır.

158

VLUpsil

ERMƏNİ TERRORİZMİNİN 

AZƏRBAYCANDA XX ƏSRDƏ TÖRƏTDİYİ 

FƏLAKƏTLƏR VƏ FACİƏLƏR

Bütün  erməni  əhalisini  uşaq  yaşlarından  başlayaraq 

türklərə  qarşı  nifrət  ruhunda  tərbiyə  etmək  vəzifəsini  qar­

şıya  qoyan  erməni  daşnaklar,  XX  əsrdə  Azərbaycan xalqına 

qarşı dəfələrlə iri terror aktları təşkil etmişlər.

Bu  teıror  aktlarını  vaxt  etibarilə  şərti  olaraq  3  dövrə 

bölmək olar:

1.  Rusiya  çarlığı  dövründə  ermənilər tərəfindən  Azər­

baycan  türklərinə  qarşı  həyata  keçirilmiş  terror akt­

ları.


2.  Sovet siyasi  sistemi  dövrü həyata keçirilmiş  faciələr 

və terror aktları.

3.  XX  əsrin  son  10  ilində  həyata  keçirilmiş  terror  akt­

ları.


Möhtəşəm  Türkiyə  dövlətinə  qarşı  həmişə  düşmənçi­

lik mövqeyində olmuş  Rusiya çarizmi  bu  mübarizəni  əsasən 

pantürkizmə  və  islam  təməlçiliyinə  qarşı  mübarizə  pərdəsi 

altında aparmışdır.  Öz ərazilərini  qonşu türk dövlətləri  hesa­

bına  genişləndirərək  «Böyük  Ermənistan»  yaratmaq  istəyən 

erməni  daşnak  partiyası  Rusiyanın  həyata  keçirdiyi  bu  siya­

sətdən  öz məqsədləri  üçün  istifadə  etmişdir  və  etməkdə  da­

vam edir.

Azərbaycan  xalqına  qarşı  erməni  terrorizmi  Rusiya  ça­

rizminin  hakimiyyəti  dövründə  (XX  əsr  çərçivəsində)  daha 

geniş miqyasda  1905-06-cı illərdə və  1918-ci  ildə olmuşdur.

159



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə