yə böyük maneçiliklər olmuşdur (daşnak Ermənistanı, Şi
maldan Denikin ordusu və s.) və ölkə iqtisadi blokada və
ziyyətində idi.
Azərbaycanlı müəllif Miryaqub Mehdizadə’ «Beynəl
xalq siyasətdə petrol» adlı kitabında (ilk dəfə 1928-ci ildə
İstanbulda nəşr edilmişdir) 1918-22-ci illərdə Rusiyanın və
beynəlxalq şirkətlərin Bakı neftini öz ellərinə keçirmək
üçün apardıqları siyasi rəqabətləri geniş şərh etmişdir (əsər
1994-cü ildə Bakıda yenidən nəşr edilmişdir).
Göstərilən illərdə Nəriman Nərimanovun böyük fəa
liyyəti nəticəsində Azərbaycan neftinin bir hissəsi Sovet
Rusiyası höküməti vasitəsilə xaricə satılaraq, kapital əldə
edilmişdi. Digər tərəfdən N.Nərimanov ona nail olmuşdu ki,
SSRİ yaradıldıqdan sonra İttifaq büdcəsindən Azərbaycana
«neft fondu» adı ilə (Respublika büdcəsindən əlavə) hər il 5
milyon rub. verilirdi və bu məbləği Azərbaycan höküməti
hər il özü istədiyi məqsədlər üçün istifadə edirdi.
Göründüyü kimi zəngin sərvətimiz olan neft bizim
üçün həmişə «baş ağrısı» olmamışdır.
II dünya müharibəsi ərəfəsində Azərbaycan neftinin
qələbədə rolu beynəlxalq əhəmiyyət kəsb etmişdir. Heydər
Əliyev demişdir ki, «Azərbaycan nefti keçmiş SSRİ kimi
böyük bir dövlətin inkişaf etməsində xüsusi rol oynamış
dır»2.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən (1991)
sonra zəngin sərvətimiz olan neftdən Azərbaycanın mənafe
lərinə istifadə edilməsi məsələsi prezident Heydər Əliyevin
Neft strategiyasının əsasını təşkil edir.
Azərbaycan dünyada ilk dəfə neft hasil edən ölkədir.
Məşhur İtaliya səyyahı Marko Polo «Kitab» adlı memuann- 1
2
1
Azərbaycan Xalq Cumhurriyyəti dövründə beynəlxalq konfranslarda
iştirak etmək üçün təşkil edilmiş komissiyamn (Əlimərdan bəy
Topçubaşovun rəhbərliyi altında) üzvü olmuşdur.
2
«Xalq» qəzeti, 16 dekabr 2000-ci il.
180
da Çinə gedərkən, yolüstü Azərbaycandan keçməsi haqqın
da yazır və qeyd edir ki, 1272-ci ildə o, Azərbaycanda quyu
lardan küllü miqdarda neft çıxarıldığını görmüşdür və bu
nefti dəvə karvanları daşıyırdı.
Xəzər dənizində olan 200-dən çox neft yatağından
145-ə qədəri dənizin Azərbaycan sektorundadır. Dənizin
dibindən neft çıxarılmasında da Azərbaycan dünyada birinc
idir. Məşhur «Neft daşları» adlanan yerdə 1949-cu ildə də
nizin dibindən neft çıxarılmasına başlanmışdır.
Prezident Heydər Əliyev 90-cı illərin ortalarından baş
layaraq müstəqil Azərbaycan dövlətinin neft strategiyasını
işləyərək «Əsrin müqaviləsi»nin bağlanmasına (1994), «Bö
yük ipək yolunun bərpasına, Neft və qaz üzrə Transqafqaz
magistralının inşası üzrə tədbirlərin həyata keçirilməsinə
nail oldu və bu tədbirlərin hər biri ayrılıqda mühüm siyasi
və iqtisadi tədbirlərdir. Böyük uzaqgörənliklə işlənib hazır
lanmış neft strategiyası Azərbaycanın gələcəyə istiqamət
lənən nəhəng inkişaf planıdır»1.
Azərbaycan neftinin geniş miqyasda istahsalı üzrə
bağlanmış «Əsrin müqaviləsı’»ndən sonra Azərbaycan xarici
şirkətlərlə 21 neft müqaviləsi bağlamışdır və bu müqavilələr
əsasında neft sənayesinin inkişafına 60 milyard ABŞ dolları
həcmində investisiya qoyulması nəzərdə tutulur. 2000-ci
ildən başlayaraq Azərbaycanda Dövlət Neft Fondu yaradıl
mışdır.
Prezident Heydər Əliyevin hazırladığı neft strategiya
sının mühüm tərkib hissəsi Bakı-Tbilisi-Ccyhan əsas ixrac
boru kəmərinin inşasıdır ki, onun da tikintisinə başlanmışdır.
Azərbaycan Respublikası Prezidenti İcra Aparatının
rəhbəri Ramiz Mehdiyev 2001-ci ilin iyununda mətbuatda
dərc etdiyi «Azərbaycanda müstəqil dövlət quruculuğu təc-
Ramiz Mirzəycv. Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin
yeni neft strategiyası, B., 1999.
181
rübəsi: uğurlar, problemlər və perspektivlər» adlı məqalədə
yazır ki, «... indi dövlətin bir milyard dollardan çox (Neft
fondu da daxil olmaqla) valyuta ehtiyatı vardır»1.
Azərbaycan eləcə də Bakı-Qroznı neft kəməri (1983-
cü ildə işə başlamışdır), Bakı-Novorossiysk boru xətti
(1997), Bakı-Tiflis-Ərzrum qaz kəməri (tikilməkdədir) vasi
təsilə öz yanacağını xarici bazarlara çıxarmaq imkanına ma
likdir.
Prezident Heydər Əliyevin təşəbbüsü ilə neft və qaz
üzrə transqafqaz magistralının da inşasına başlanmışdır. Be
ləliklə yaradılan Avropa-Qafqaz-Asiya (Traseka) nəqliyyat
dəhlizi Azərbaycanın dünyada geosiyasi mövqeyini qat-qat
gücləndirmişdir. «Vaşinqton Tayms», qəzuti hələ 1997-ci
ilin sentyabrında yazmışdı: «1900-cu ildən dünyada aparıcı
neft istehsalçısı olan Azərbaycan yenə də əfsanəvi sərvətlər
məmləkəti hesab edilir»2.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti prezidenti
Devid Vurvord 2001-ci ilin avqustunda etdiyi çıxışların bi
rində demişdir: «Dünyanın öz enerji ehtiyatlarına görə arxa
lanmaqda davam etdiyi bir sənayeni 150 il bundan öncə ya
ratmış bir ölkə kimi Azərbaycan heç də təsadüfi deyildir ki,
yenidən beynəlxalq enerji miqyasında həlledici rol oynamaq
ərəfəsindədir»3.
Heydər Əliyevin neft və qaz strategiyası Azərbaycan
üçün tarixi əhəmiyyəti olan siyasi bir aktdır. Bu strategiya
Azərbaycanı bərabərhüquqlu tərəfdaş kimi Türkiyə ilə sıx
bağladı və Azərbaycanın təhlükəsizliyini möhkəmlətdi.
2
3
182
«Xalq» qəzeti, 23 iyun 2001-ci il.
Bax.: «Xalq» qəzeti, 25 sentyabr 1997-ci il.
Bax.: «Azərbaycan» qəzeti, 31 avqust 2001-ci il
X I fasil
DÜNYA SİYASƏTİNDƏ AZƏRBAYCANIN
İŞTİRAKININ GENİŞLƏNMƏSİ
SSRİ tərkibində olduğu 70 ildə Azərbaycan xalqının
Dünyanın digər xalıqları ilə əlaqələri çox zəif olmuşdur.
Rəsmi xarici siyasətdə bunun üçün çoxsaylı qadağalar qoy
ulmuşdu. Əcnəbi ölkələrdə yaşayan azərbaycanlı mühacirlər
ve II dünya müharibəsi illərində əsir düşərək xarici ölkələr
də yaşayan həmvətənlərimizə «antisovet» element və poten
sial düşmən kimi baxılırdı, və bu da xarici əlaqələri ifrat də
rəcədə məhdudlaşdıran əsas bəhanələrdən biri idi.
Stalinin ölümündən (1953) sonra Sovet imperiyasının
inzibati amirlik sistemində bir qədər demokratikləşmə meyli
baş verdisə də, bu əhvali-ruhiyyə davam etdirilmədi: bu illə
rin ən böyük üğürü siyasi məhbusların və əsirlikdə olmuşla
rın sürgün düşərgələrindən buraxılması və siyasi məhbusla
ra bəraət verilməsi oldu.
Yenidənqurma dövrü dalğasında üzə çıxaraq haki
miyyətə gəlmiş Mixayıl Qorbaçovun hakimiyyəti dövründə
də davam edən rüsvayçı Sovet-Əfqanıstan müharibəsi, Çe
çenistanda mənasız hərbi əməliyyatlar Sovet siyasi sistemi
nin tənəzzülünü daha da sürətləndirdi.
Bütün böyük imperiyalar kimi Sovet imperiyası da
(xoşbəxtlikdən, dinc yolla) dağıldı və SSRİ tərkibində olan
12 respublika xalqları öz müstəqilliklərini e’lan etdilər.
Azərbaycan öz müstəqilliyini e’lan edərkən şovinist və
ermənipərəst M.Qorboçovun xəyanəti səbəbindən Erməni
stan ilə faktiki olaraq müharibə vəziyyətində idi. Bununla
belə müstəqilliyin əldə edilməsi ümüd verirdi ki, bütün ağır
183