planında Almaniyanın başlayacağı müharibə «Şərq kompa
niyası» adlandırılmışdı və onun qələbə ilə qurtarmasına üç
aydan beş aya qədər vaxt müəyyən edilmişdi.
1941-
ci ilin fevralında Almaniya ordusunun yüksək
komandanlığına Hitlerin bu tələbi çatdırılmışdı ki, «Şərq
kompaniyası» qurtaran kimi Hindistana yürüşün başlanması
na hazırlıq nəzərdə tutulmalıdır. Həmin ilin iyun ayının əv
vəllərində Almaniya hərbi komandanlığı planlaşdırmışdı ki,
İranın, İraqın, Misirin və Hindistanın zəbt edilməsi üzrə
hərbi əməliyyatlara 1941-ci ilin payızından başlanacaqdır.
Göründüyü kimi Hitlerin bu qlobal işğalçılıq planının həyata
keçirilməsi üçün ən əvvəl Qafqaz zəbt edilməli idi. Aydındır
ki, Hitlerin bu geniş işğalçılıq planına qarşı Sovet rəhbərliyi
ölkənin cənub sərhədlərinin, ilk növbədə Qafqazın müdafiə
si üçün lazımı tədbirlər görməli idi və görürdü.
Almaniya faşist ordusunun SSRİ-yə qəflətən hücumu
dövründə İranda Almaniyanın 4 min nəfərlik casus şəbəkəsi
var idi və bu təxribat qüvvəsi gizli yollarla Sovetlər İttifaqı
na qarşı yönəldilmişdi. Sovet höküməti İran şahı Rza Pəhlə
viyə öz ölkəsinin faşist Almaniyası ilə ittifaqının yolveril
məzliyi haqqında dəfələrlə xəbərdarlıq etmişdisə də, Rza
şah Pəhləvi bu xəbərdarlıqlara məhəl qoymurdu. Buna görə
də Sovet höküməti İran rəhbərliyinə göndərdiyi rəsmi Nota
da bildirdi ki, 1921-ci ilin 26 fevralında imzalanmış Sovet
Rusiyası - İran müqaviləsinin 6-cı maddəsinə uyğun olaraq
Sovet qoşun hissələri Şimali İran ərazilərinə göndərilir. Ey
ni zamanda Sovet-İngiltərə razılaşmasına əsasən İngiltərə
nin qoşun hissələri də Cənubdan İran ərazisinə daxil olacaq
idi. 1941-ci ilin avqustundan bu tədbirlər reallaşdı.
1942-
ci ilin 29 yanvarında Tehranda SSRİ, Böyük Bri
taniya və İran arasında müttəfiqlik haqqında müqavilə imza
landı və həmin müqavilədə göstərildi ki, müttəfiqlərə (SSRİ
və Böyük Britaniya) İran ərazisində quru, dəniz və havadan
silahlı müdafiə üzrə qüvvələr yerləşdirməyə icazə verilir və
212
bu ordu hissələri Almaniya ilə müharibə qurtardıqdan so
nrakı 6 ay müddətində çıxarılacaqdır.
Almaniya ordusu komandanlığı SSRİ-yə qarşı qəflətən
başladığı müharibənin ilk həftələrinin uğurlarından məst
olaraq, 1941-ci ilin iyulunda müharibənin III mərhələsinin
planını cızmağa başlamışdı. Bu plana görə 1942-ci ilin
sentyabrında Almaniya ordusu Qafqaz keçidlərindən keçə
rək İran-İraq ərazisi ilə Bağdad üzərinə hücumu davam et
dirməli idi.
Lakin Sovet-Almaniya cəbhələrində müharibənin 1941-
ci ilin sonunda gedişi Hitlerin bu planlarını alt-üst etdi. 1941-
ci ilin 5 dekabrında Sovet ordusu Moskva altında əks hücu
ma keçərək faşist ordusunu 100-350 kilometrə qədər Qərbə
sıxışdırdı və bununla da düşmənin Moskvanı və Şimali Qaf
qazı 1941-ci ildə zəbt etməsi planı boşa çıxdı.
1942-ci ilin yayında faşist ordusu komandanlığı Cənub
istiqamətində yeni hücum əməliyyatına başladı və burada
əsas vəzifə Qafqazı zəbt etmək idi. Bunun üçün «Edelveys»
adlı xüsusi plan hazırlanmışdı və həmin planda göstərilirdi
ki, faşist ordusu Qafqaza yaxınlaşdıqda bu diyarda yaşayan
xalqlar rus xalqına qarşı müharibəyə başlayacaqlar.
Müharibənin gedişi faşist nəzəriyyebazların bu ümüdi-
ni də boşa çıxardı. Qafqazın bütün xalqları ölkənin diger
xalqları ile birlikdə ümumi düşmən olan faşizmə qarşı ölüm-
dirim mübarizəsinə qalxdılar. Qafqazı müdafiə edən cəb
hələrdən biri olan Zaqafqaziya cəbhəsi tərkibində şəxsi hey
ətləri əsasən Qafqaz xalqlarından tərtib edilmiş 12 milli di
viziya vuruşurdu. Bunların içərisində 77-ci, 223-cü, 396-cı,
402-ci, 416-cı diviziyalar Azərbaycan milli diviziyaları idi.
Qafqaz uğrunda döyüşlərin ikinci mərhələsinin baş
lanması və Stalinqrad uğrunda ağır döyüşlər faktiki olaraq
eyni zamanda (1942-ci ilin iyulunda) başlanmışdı. Lakin fa
şist orduları 1943-cü ilin fevralının əvvəlində Stalinqrad ət
rafında darmadağın edildikdən sonra, Almaniya hərbi ko-
213
mandanlığı bütün qalmış qüvvələrini Qafqaz cəbhəsinə yö
nəltdi və Qafqaz uğrunda döyüşlər 14 ay davam etdi.
Qafqaz regionunda iqtisadi və hərbi strateji cəhətdən
ən güclü respublika Azərbaycan orduğuna görə düşmənin
əsas qüvvələri də bu istiqamətə yönəldilmişdi. Təkcə onu
demək kifayətdir ki, müharibənin bütün gedişi dövründə
cəbhələri benzin və digər yanacaqla əsasən Azərbaycan
neftçiləri təchiz edirdi. Azərbaycan neftçilərinin bu böyük
tarixi xidmətləri hələ müharibə illərində Marşal G.K.Jukov
və marşal K.K.Rokossovski tərəfindən dəfələrlə minnətdar
lıqla qeyd edilmişdir. Bütün bunlara baxmayaraq Sovetlər
İttifaqının matorlar müharibəsində əldə etdiyi tarixi qələbə
də cəbhənin benzin və sürtgü materiallarına olan tələbatının
75-90%-ni fasiləsiz olaraq təchiz edən Bakı şəhərinə «Qəh
rəman şəhər» adı verilmədi, halbuki bu ada o, bəzi şəhərlər
dən daha əvvəl layiq görülməli idi. Azərbaycan Respublika
sı Prezidenti Heydər Əliyev böyük iftixar hissi ilə qeyd et
mişdir ki, «əgər Bakının nefti olmasaydı, Sovetlər İtti
faqının qələbəsi bəlkə də mümkün deyildi...».
Faşist Almaniyasının Qafqazı zəbt etmək planının baş
tutmaması onun Türkiyəni de bu müharibəyə cəlb etmək
ümidini də puça çıxardı və SSRİ-nin cənub sərhədlərinin
təhlükəsizliyi təmin edildi.
Bununla belə Almaniyanın o dövrdəki müttəfiqləri
olan Yaponiya və Türkiyənin 1942-ci ildə Sovetlər İttifaqına
qarşı müharibəyə başlamamalannm səbəbləri indi də bəzi
hərbi tarixçilərin və hərbi sərkərdələrin tədqiqat obyekti
kimi qalmaqdadır.
Aydındır ki, Sovetlər İttifaqı Ali Baş komandanlığı be
lə təhlükənin mövcudluğunu hiss edirdi və ölkəyə qarşı
ikinci və ya üçüncü cəbhənin açıla bilməsi ilə əlaqədar ola
raq həmin istiqamətlərdə kifayət qədər hərbi qüvvə sax
layırdı. Təkcə Qafqazda 1942-43-cü ildə II atıcı diviziya və
214
2 hərbi hava qüvvələri ordusu saxlanılırdı.1 Qafqaz, eləcə de
Qaradəniz, Kaspi və Azov dənizləri donanmaları tərəfindən
müdafiə edilirdi.
Müharibə illərinin diplomatik sənədlərinin öyrənilmə
si sübut edir ki, 1943-cü ilin əvvəlində Yaponiya və Türkiy
ənin faşist Almaniyasına münasibəti xeyli soyumuşdu. Al
maniya ordusunun güclü müqavimətinə baxmayaraq, o,
1943- cü ilin sonundan etibarən heç bir əməliyyatda təşəb
büsü öz əlinə ala bilmədi və dünya xalqları Almaniya hərbi
qüvvələrinin yaxın vaxtlarda məğlub olmasını gözləyirdilər.
Faşist ordusunun Qafqaz dağlan ətəklərində məğlub
edilərək geriyə çəkildiyi dövrdən az sonra Sovet siyasi rəh
bərliyi öz daxili siyasətində bağışlanılmaz bir səhv buraxdı:
1944- cü ilin fevralında Şimali Qafqazda yaşayan çox saylı
müsəlman xalqları bütövlükdə Qazaxstan və Sibirə sürgün
edildilər. Öz ölkəsinin bir qrup müsəlman xalqına qarşı bu
qəddar cəza tədbiri üçün heç bir əsaslı səbəb yox idi və Sta-
lin-Beriya-Mikoyan qrupunun bu qanlı tədbiri müharibə
dövrünün siyasətinin qara ləkəsi kimi tarixə düşdü. Belə
mürtəce siyasətin davamım biz müharibə qurtarandan az so
nra öz evlərinə qaytarılmış hərbi əsrlərin 1949-cu ildə hərbi
düşərgələrə sürgün edilməsində gördük.
Əziz veteranlar və qonaqlar! Bu məruzənin müəllifi
1965-ci ildə (Qazaxstana 1944-cü ildə sürgün edilmiş) çeçen
yazıçısı Xalid Oşayev ilə öz mənzilində görüşmüşdür. 1926-
cı ildən Sovetlər İttifaqı Kommunist Partiyası üzvü olan Xa
lid Oşayev söylədi ki, NKVD-də xidmət edən azğınların tə
ləbi ilə gecə qapını açdıqda, onlara partiya biletimi göstər
dim, lakin həmin bileti üzümə çırparaq mənə dedilər, «çe
çensən?, düş qabağıma, sürgünə gedirsən» və bizi mal-qara
daşıyan çirkli vaqonlara doldurdular. Məlumdur ki, onları 17
A.A.Qrcçko. Qafqaz uğrunda döyüşlər. M., 1967, s.473-477 (rus
dilində).
215