yerinə yetirilməsi çətindir. Görünür yaxın gələcəkdə Azər
baycanda yazılacaq və nəşr ediləcək «Siyasətşünaslıq» dərs
liklərində Nizami Gəncəvinin «İsgəndəmamə» və digər po
emalarında, Nizamülmülkün «Siyasətnamə» əsərində, Uzun
Həsənin ve Sara Xatunun diplomatik fəaliyyətlərində, Şah
İsmayıl Xətainin dövlətçilik fəaliyyətində, M.F.Axundovun
dövlətçiliyə aid görüşlərində, Əlibəy Hüseynzadənin «Siya
səti Firusət» əsərində1 siyəsət elminə aid görüşləri geniş is
tifadə ediləcəkdir. Həmin dərsliklərdə, eləcə də Azərbaycan
Xalq Cümhuriyyətinin hakimiyyətinin iki ilə yaxm dövrü
əhatə edən dövlətçilik təcrübəsi də öz əksini tapmalıdır.
§ 1. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi
və xalqın əxlaqi dəyərlərinin qorunması
«Biz heç vaxt Azərbaycan torpaqlarının
bir qarışını, bir metrini də əlimizdən
verməyəcəyik. Xalqımız buna əmin ola
bilər. Yaranmış vəziyyət müvəqqətidir,
biz Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunmasına, torpaqlarımızın eti
barlı müdafiəsinə, sərhədlərimizin bər
pa edilməsinə nail olacağıq».
Heydər ƏLİYEV
Qədim tarixə malik olan Azərbaycan xalqının hələ orta
əsrlərin əvvəllərindən öz milli dövləti olmuşdur (VII əsrdə
yaranmış Kirdman dövlətindən başlayaraq XVI əsrdə yara
dılmış Şirvanşahlar dövlətinə qədər) və o, zəngin dövlətçilik
1
Bütün bunlar haqqında bu sətrlərin müəllifinin 1996-cı ildə nəşr et
dirdiyi «Azerbaycanda dövlətçilik fikri oçerkləri» kitabının 9-59-cu
səhifələrində müfəssəl məlumat verilmişdir.
196
ənənələrinə malikdir.
XX əsrin əvvəlində yaranmış Azərbaycan Xalq Cüm
huriyyəti dövləti 2 ilə yaxm davam edən gərgin siyasi və
ziyyətdə həmin ənənələri davam etdirdi. Bu müstəqil döv
lətçilik ənənələri 70 illik sovet üsuli-idarəsi dövründə qırıl
dı. Azərbaycan xalqı əsrin sonunda öz müstəqilliyini yeni
dən bərpa edə bildi.
Azərbaycan xalqı milli dövlətçiliyini milli vətənpər
vərliyinə sadiqliyi yolunda tarixi sınaqlardan çıxarmışdır.
Bununla belə SSRİ-nin dağılması ərəfəsindən, 1987-ci
ildən başlayaraq xain M.Qorbaçovun ermənipərəst siyasəti
nəticəsində erməni millətçiləri əllərinə düşmüş əlverişli şə
raitdən istifadə edərək Dağlıq Qarabağı Azərbaycandan qo
parmaq istiqamətində əvvəllərdən planlaşdırılmış tədbirlə
rin icrasına başladılar. Prezident Heydər Əliyev demişdir:
«Azərbaycanlılar hələ 1988-ci ilin əvvəlində SSRİ-nin mər
kəzi kütləvi informasiya vasitələrində və Ermənistanın müx
təlif mətbu orqanlarında məqsədyönlü şəkildə həyata keçi
rilən ideoloji təcavüzə məruz qalırdılar. Mənfi azərbaycanlı
obrazı yaratmaq həmin kompaniyanın əsas məqsədi idi»1.
Xain Mixayıl
Qorbaçovun 1990-cı ildə Rusiya silah
lı qüvvələrinin iştirakı ilə Azərbaycanda təşkil etdiyi yanvar
faciəsi, erməni faşistlərinin vəhşiliklərlə törətdikləri Xocalı
soyqırımı (1992), erməni silahlı qüvvələrinin Rusiyanın hər
bi köməyi ilə ərazilərimizin 20%-ni işğal etməsi Azərbay
can xalqının milli qürur hissini boğa bilmodi.
Azərbaycan xalqı müstəqillik qazandıqdan sonrakı on
illiyin bütün çətinliklərinə baxmayaraq, ölkədə siyasi sabit
liyini yarada bildi, milli ordu quruculuğuna başladı və haqq
işimizi bütün dünyaya inandırmağa nail oldu.
Sovet siyasi sisteminin 70 ili ərzində beynəlmiləlçilik
siyasətinin güclü təsiri ilə sıxışdırılmış milli vətənpərvərlik
«Xalq» qəzeti, 30 dekabr 2000-ci il.
197
hissi xalqımızda yenidən dirçəldi. Dağlıq Qarabağın və onun
ətrafındakı ərazilərimizin erməni işğalından azad edilməsi
istiqamətində xalqımızın tələblərinin son zamanlar daha da
güclənməsi bunun bariz sübutudur. Sevindirici haldır ki, bu
tələb gənclərimiz arasında daha güclüdür.
Böyük hərbi sərkərdə Şah İsmayıl Xətaidən xalqımıza
vəsiyyət edilmiş tələb: «Vətəni, dili və qeyrəti qorumaq»
tələblərinə xalqımız sadiq qalmışdır. 1920-ci ilin 22 martın
da general Həbib bəy Səlimovun komandanlığı altında er
məni hərbi dəstələrinin Dağlıq Qarabağın Əskəran keçidin
də, Şuşada və Xankəndində darmadağın edilməsi tarixi bir
fakt kimi çox qiymətlidir.
Azərbaycan xalqı II dünya müharibəsi cəbhələrində də
döyüş rəşadəti göstərmişdir. Almaniyanın faşist ordusuna
qarşı döyüşlərdə fəal iştirak etmiş Azerbaycanın 5 milli di
viziyasının döyüş yolu da xalqımızın qəhrəmanlığının böyük
təzahürüdür: Qafqazdan döyüşə başlamış 416-cı milli divi
ziya Berlinədək, 77-ci milli diviziya Pribaltikayadək, 223-cü
milli diviziya Rumıniyaya qədər böyük döyüş yolu keçdilər.
Bu müharibə illərində xalqımızın 176 min döyüşçüsü dövlə
tin orden və döyüş medalları ilə təltif edildilər. Bu o demək
dir ki, müharibəni qələbə ilə qurtararaq Azerbaycana qayı
dan hər iki Azərbaycanlıdan biri döyüş ordeni və ya döyüş
medalı ilə təltif edilmişdilər. Həmin müharibədə xalqımızın
geniş iştirakı siyasi ədəbiyyatda kifayət qədər şərh edilmiş
dir. '
II Dünya müharibəsi illərində dünyanın demokratik
qüvvələrini Almaniya faşizminə qarşı mübarizəsində Azər
baycan xalqının tarixi xidməti bu müharibənin bütün gedi
şində Sovet ordusunun hərbi texnikasını yanacaq ilə təmin
etməkdən ibarət idi. Tarix qarşısında bu qədər xidməti olan
Bax: İ.İsmayılov. Azərbaycanlıların II Dünya müharibəsində iştirakı,
B, 2000-ci il.
198
Azərbaycan xalqı Sovet rəhbərliyinə 1985-ci ildə gəlmiş
şovinist Mixayıl Qorbaçov və onun əhatəsi (birinci növbədə
erməni əhatəsi) tərəfindən böyük hücumlara məruz qaldı.
Ermənilərin 1987-ci ildən həyata keçirməyə başladıqları
«Dağlıq Qarabağı Ermənistana birləşdirmək planı» ikiüzlü
M.Qorbaçovun şəxsi razılığı ilə başlanmışdı. Bu dövrdən
sonrakı 15 ildə cərəyan edən siyasi hadisələr göstərir ki, Ru
siya dövləti, eləcə də Cənubi Azərbaycan xalqını müstəmlə
kə şəraitində saxlayan İran dövləti Dağlıq Qarabağda Azər
baycanın qanuni hüquqlarının bərpa olunmasına mane olur
lar.
Hərbi vətənpərvərlik tərbiyəsi milli vətənpərvərlik
tərbiyəsinin tərkib hissəsidir. Hər bir hərbçidə vətənpərvər
lik hissi daha qabarıq biruzə verir, çünki onun xidmətində
Vətəni müdafiə milli-qeyrətin və milli şərəfin meyarıdır.
Milli vətənpərvərlik insan fəaliyyətinin bütün sahələ
rində biruzə verir. Elm və təsviri mədəniyyətə xidmətlə
əlaqədar iki faktı qeyd etmək yerinə düşər: 1990-cı ilin yan
var şəhidlərinin xatirəsinin birinci il dönümünə Bakıda
«Azərbaycan milli naxışları» şirkətinin hazırladığı çox zərif
və nadir «Şəhidlər» xalçası (onda bir milyondan çox ilmə
vardır və o 126 rəng çaları ilə toxunmuşdur.) respublika tarix
muzeyində saxlanılır. Amerika milyonçusu, nadir xalçalar
kolleksioneri Ceferson həmin xalçanı istənilən qiymətlə al
maq üçün Bakıya gəlmişdi (onun cv muzeyində dünyanın on
nadir 62 xalçası vardır). Diplomat professor Oziz Abduləzi-
mov əcnəbi milyonçunun «axı yer üzündə hər şey satılır»
sözlərinə məhəl qoymayaraq ona cavab vermişdi ki, «bu
xalçanın qiyməti yoxdur, o, həmişə Azərbaycanda qalmalı
dın). Bu cavab milli vətənpərvərliyin gözəl bir ifadəsidir.
Diger bir misal: bir sıra alimlərimiz xarici ölkələrdə işləyə
rək öz istedadları ilə millətimizin şöhrətini ucaldırlar. Belə-
lindən biri də 1921-ci ildə Bakıda dünyaya göz açmış gör
kəmli kibernetika alimi Lütfı Ələkbərzadədir. Alimin 1965-
199