ci ildə kəşf etdiyi qeyri-səlis məntiq nəzəriyyəsi ona dünya
şöhrəti gətirmişdir. Xarici ölkələrdə Lütfizadə kimi tanınmış
həmyerlimizin Soft Kompütinq nəzəriyyəsi ABŞ-da kosmik
proqramların həyata keçirilməsində^ yeni nəsi kompüterlərin
yaradılmasında mühüm rol oynayır.
Bütövlükdə götürüldükdə hazırkı dövrdə Azərbaycan
da hər bir azərbaycanlının əsas vətənpərvərlik borcu dövlət
müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, pozulmuş
ərazi bütövlüyünü bərpa etməkdə müxtəlif yollarla iştirak
dan ibarətdir.
* *
*
Tarixən siyasi məsuliyyət həmişə mənəvi məsuliyyət
lə bilavasitə əlaqədə olmuşdur. Buna uyğun olaraq xalqımı
zın milli dəyərlərinin qorunub saxlanılması və inkişaf etdi
rilməsi siyasi mədəniyyətlə bağlı olan bir prosesdir.
Prezident Heydər Əliyev 2001-ci ilin 13 avqustunda te
leviziyada və radio ilə xalqa Milli dəyərlərimizi yaşatmaq
və onları inkişaf etdirmək haqqında etdiyi bəyanatında de
mişdir: «Biz öz milli mənəvi dəyərlorimizlə fəxr edirik. Bi
zim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, mil
li mənəvi dəyərlərimizi yaradıblar və bunlar indi bizim xal
qımızın mənəviyyatını təşkil edən amillərdir»1.
Sovet üsuli-idarəsi şəraitində hökmran olan beynəlm-
ləlçiik siyasəti milli mədəniyyətlərin öz kökü üzərində inki
şaf etməklərinə maneçilik törədirdi. Müstəqilliyin qazanıl
ması bu mənfi halı aradan qaldırdı. Bununla belə prezident
H.Əliyev göstərir ki, son illərdə ölkəmizdə iqtisadi qütbləş-
mə meyilləri güclənmişdir. Belə ki, «bir qütbdə həddindən
artıq zənginləşmiş, bəzi hallarda qanunsuz zənginləşmiş, öz
vəzifələrindən sui-istifadə edərək zənginləşmiş, harınlaşmış
insanlar və onların övladları eyş-işt içərisindədir, o biri tə
rəfdən, çadrlarda yaşayan insanlar inildəyir, nə qədər əziy
200
«Azərbaycan» qazeti, 14 avqust, 2001-ci il.
yətlər çəkirlər. Hər bir vətənpərvər insan düşünməlidir ki,
əgər mənim xalqımın bir hissəsi belə ağır vəziyyətdədirsə,
mən bu qədər harmlaşmamalıyam»1. Göründüyü kimi məsə
lə təkcə əxlaqi məsələ deyil, həm də son mənada siyasi mə
sələdir.
Prezident H.Əliyev xalqa müraciətində daha bir mü
hüm məsələyə toxunaraq, demişdir: «Bizim millətimizdə,
xalqımızda, azərbaycanlılarda namus, qeyrət həmişə ən yük
sək keyfiyyət hesab olunubdur...» Lakin tossüflşə qeyd et
mək lazımdır ki, Bakıda fəaliyyət göstərən bəzi gecə klubla
rında xalqın əxlaqına, mənəviyyatına zidd olan əxlaqsız əy
ləncələr təşkil edilir. Bunu edənlər isə сйЫээсйг qanunsuz
yollarla pul qazanaraq harınlaşmış adamlardır. Prezident
H.Əliyev xalqa müraciətində belə adamları «millətimizin
milli-mənəvi dəyərlərini ləkələyən» adamlar hesab edir.
Milli mənəvi dəyərlərimizin ləkələnməsi eləcə də bə
zi mətbu orqanlarının fəaliyyəti ilə əlaqədardır. Belə ki, ay
rı-ayrı jurnal və qazetlərdo parnoqrafiya səviyyəsində qeyri-
əxlaqi fotoşəkillər nümayiş etdirilir.
Keçən əsrin ortalarında bəzi Qərb ölkələrində mövcud
olan pornoqrafiya ədabiyyatı indi ucuz başa gələn gəlir
mənbəyi kimi Azərbaycanda nəşr edilən bəzi qazetlərə yol
tapmışdır. Yüksək əxlaq normalarını qoruyan islam dininə
sitayiş edən müsəlman Azərbaycanında pornoqrafiyanı özü
nə gəlir mənbəyi hesab edən şəxslər xalqın nifrətinə məh-
kümdurlar və onlar inzibati cəza almalıdırlar.
Başa düşmək çətin deyil ki, yeniyetmə və gənclərin
əxlaqi görüşlərinə pornoqrafik təsirlər, əxlaq pozğunluqları
onların bütün sonrakı həyatı üçün ağır zərbələr törədə bilər.
Xalqımızın əsrlərdən bəri yaratdığı və qoruyub saxla
dığı əxlaqi, mənəvi dəyərləri daha da zənginləşdirmək hor
bir azərbaycanlının, hər bir məktəb müəlliminin, hər bir
«Azərbaycan» qazeti, 14 avqust, 2001-ci il.
201
hüquq mühafizə orqanı isçisinin şərəf işi, namus dərəcəsi
kimi qiymətləndirilməlidir. Ölkə prezidentinin adı çəkilən
çıxışından, xalqa müraciətindən sonra müəyyən işlər görül
müşsə də, bu, işin yalnız başlanğıcı sayılmalıdır. Hələ də
bəzi qəzet köşklərində ayn-ayrı jurnalların üz qabığını por
noqrafiyaya aid rəngli rəsmlər bəzəyir. Bu isə gəncliyə xəy
anət, yaşlı əhaliya hörmətsizlikdir. Güman etmək olar ki,
belə hallar davam edərsə qanun ilə inzibati orqanlara müva
fiq hüquqlar veriləcəkdir.
Əxlaqi deyərlərin təbliği və əxlaq tərbiyyəsi məsələ
sinə eləcə de «əxlaqi məsuliyyət tərbiyəsi», «millətlər arası
ünsiyyət tərbiyəsi» və bunlara oxşar sahələr üzrə tərbiyə
sahələri de daxildir. Orta və ali məktəblərdə tədris edilən
ictimai-siyasi fənlərin müvafiq bölmələrində bu məsələlərin
şərhi gənclərimizi mənfi təsirlərdən qorumaq işinə xidmət
etmək mənasında diqqətəlayiqdir.
§ 2. Ziyalılarımızın mənəvi məsuliyyəti1
Son vaxtlar bir sıra yazılarda Azərbaycan siyalılarının
1988-ci ildən sonrakı hadisələrə, əsasən, birtərəfli mövqeyi,
demokratik hərəkat%zəif iştirakı haqqında fikirlər yürüdülür.
Belə mülahizələri təmamilə əsasssız hesab etmək çətindir
və qismən də olsa düzgün olan bu iradın səbəbi araşdırılma
lıdır.
Mə’lumdur ki, Azərbaycan ziyalılarının 99 faizi kom-
minist partiyasının üzvü idilər və me’lum yanvar 1990-cu il
faciəsi günlərində partiya biletlərinin atan ziyalılardan başqa
qalanlarının birdən-birə demokratik cəbhə tərəfinə' keçməsi
çətin proses idi. Bunu qeyd etməklə onu əsas götürmək la-
Bu motn «Xalq» qəzetinin 1992-ci il 2 sentyabr sayında birinci səhi
fədə çap olunmuşdur.
202
zımdır ki, partiyalı ziyalıların hamısı heç də «Bəlkə də qay
tardılan) xülyası ilə yaşamırdı. Eyni zamanda, təkrar edək ki,
«hamısı» sözü do təsadüfi işlənməmişdir.
Ziyalılarımızın bir qisminin demokratik quruluşa belə
ləng və astagəl münasibəti səbəbləri onlann özləri tərəfin
dən indi tədqiq edilməlidir. Digər tərəfindən, bir sıra təxi
rəsalınmaz problemlərin tədqiqinə soyuq münasibətə də bə
raət qazandırmaq çətindir. Bu problemlər hansılardır?
Birincisi. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin də
rin tədqiqi və 1918-1920-ci illlər hadisələrinin sənədlər əsa
sında düzgün şərhi. Buraya ən əvvəl, Bakıda 1918-ci ildə
daşnaqlar tərəfindən təşkil edilmiş mart qırğını, Bakı kom-
munasınm süqutunun səbebələri və dərsləri, 28 aprel çev
rilişinin həyata keçirilməsində bəzi Azərbaycan ziyalılarının
mövqeyi mövzuları daxildir.
İkinci proğlem 1920-1980-ci illər dövrünün tarixinə uy
ğun bir elmi ad tapmaq və həmin dövrə yalnız qara eynəklə
baxmaq meylinə qapılmamaqdır. Bu 70 illik dövr xalqımızın
müasir tarixinin ən ziddiyyətli dövrüdür. Həmin dövrün
düzgün şərhi xüsusi əhəmiyətə malikdir və ciddi məsuliyyət
tələb edir. Son 3-4 ildə ziyalılarımızın tədqiqat obyekti isə
əsasən 37-ci il hadisələri ilə məhdudlaşmışdır.
Bu dövrün tarixi hadisələrinə qiymət verilərkən istər-
istəməz 30 ilə yaxın Azərbaycana rəhbərlik edən M.C.Ba-
ğırovun şəxsiyyətinə münasibət məsələsi ortaya çıxır. İndi
M.C.Bağırov haqqında xatirə və məqalələr müxtəlif rəylərə,
səbəb olur. Məhkəmədə iştirak edənlərin yadımdadır ki,
keçmiş SSRİ baş prokurorunun M.C.Bağırovu millətçi kimi
ittiham etmək cəhdi baş tutmadı. Görünür Bağırovun özü
yalnız həmin məhkəmədə dərindən başa düşdü ki, Azərbay
canda məskən salmış daşnaqlar onun əli ilə respublika ziya
lılarının böyük bir hissəsini məhv etməyə nail olublar. Bü
tövlükdə isə Azərbaycanda M.C,Bağırov dövrü SSRİ-də
mövcud olan Stalin rejiminin bir hissəsi idi. Bütün bunları
203