Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə58/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   54   55   56   57   58   59   60   61   ...   71

laşdırırdı.  Kirovun  şəxsi  göstərişi  ilə  1922-ci  ildə  məhər­

rəmliyi  Bakının  ətraf  kəndlərində  keçirmək  qadağan  edil­

mişdi  və  bu  qadağaya  qarşı  əhali  böyük müqavimət  göstər­

mişdi.  Kirovun  bu  naşı  siyasəti  haqqında  N.Nərimanov  Le­

ninə  şikayətlə  müraciət  etmişdi.  Mətbuatda  çap  olunan  mə­

qalələrinin  birində  N.Nərimanov  belə  naşı  siyasətbazları 

«Uçağan  quşlar»  adlandırmışdı.  Məhərrəmliyin  qadağan 

edilməsi  isə  1923-cü ildə ləğv edilmişdi.



Möhtəşəm  müsəlman  mədəniyyətinin  türk dilli  xalqlar 

toplusuna mənsub olan Azərbaycan xalqı dünyanın qədim və 

zəngin  tarixə  malik  xalqlanndandır  və  indi  dünyada  azər­

baycanlıların sayı 40 milyondan çoxdur.

Orta  əsrlərdə  Azərbaycanda  Əbülhəsən  Bəhmənyar 

(XI  əsr),  Əcəmi  Naxçıvani  (XII  əsr),  Şibahəddin  Yəhya 

Sührəvərdi  (XII  əsr),  Nizami  Gəncəvi  (XII  əsr),  Mahmud 

Şəbüstəri  (XIII əsr) Nəsirəddin Tusi (XIII  əsr), Bakuvi  (XV 

əsr) kimi görkəmli mədəniyyət xadimləri yetişmişdir.

Ümummüsəlman  mədəniyyətinin  poeziya  hissəsi  əsa­

sən üç dildə (ərəb, fars və türk) yaranmışdır.

Məlumdur  ki,  şerdə  əruz  vəzni  ərəb  dilinə  xas  olan 

vəzndir.  Fars  dilinin  genetik  planda  ərəb  dilinə  yaxınlığını 

nəzərə alsaq, aydın olur ki,  farsdilli  şairlər əruzu  tez mənim­

səyə  bilirlər.  Lakin  buna  baxmayaraq,  türkdilli  şairlər  üçün 

əruz  vəznində  yazmaq  çətin  olsa  da,  onlar  öz  yüksək  iste­

dadlarına  söykənərək  bu  vəzndə  də  böyük  uğurlar  qazan­

mışlar.  Azərbaycanın  böyük  şairi  Nizaminin  bu  sahədə  şair­

lik məharəti  fenomen  təşkil  edir,  çünki  Nizami  fars  Firdovsi 

və  ərəb  Əbu-Təmmamın  şairlik  fenomenlərindən  nəinki  ge­

riyə  qalmış,  hətta onları  qabaqlamışdır.  Orta  əsrlərdə  Şərqin 

görkəmli  şairləri  öz  klassik  əsərlərini  Allaha  (Yaradana) 

müraciətlə  başlamışlar.  Bunu  biz  Firdovsinin,  Nizaminin, 

Fizulinin  poemalarında  görürük.  Dahi  fars  şairi  Əbülqasim 

Firdovsi  “Şahnamə”sinin  əvvəlində  “Yaradanın  adı  ilə” 

mədhiyyəsində yazmışdır:

232

O Xaliq ki,  vermiş bizə əqlü can, 

Onun qüdrəti vəsfə sığmaz,  inan

Söz ilə onu vəsfə versən qərar 

Nə ağlın çatar,  nə dilin söz tapar

Necə dərk edərsən ki, Xaliq nədir?

Sovet siyasi  sisteminin  hökmran  olduğu  70  ildə heç bir 

elmi  əsas  olmadan  islamın  müsəlman  xalqlarının  həyatında 

mütərəqqi  rolu  nəinki  inkar  olunurdu,  hətta  bu  rol  son  də­

rəcədə  mürtəce  hesab  edildi  və  islam  yasaq  edildi,  həm  də 

yalnız  İslam  dini!  Digər  dinlərə  münasibət  nisbətən  müla­

yim idi.

Azərbaycanda  islami  dəyərlərə  qayıdış  XX  əsrin  90-cı 

illərinin  əvvəlindən  başlandı.  Azərbaycan  Respublikasının 

Prezidenti  Heydər Əliyev  demişdir:  «Xalqımızın  70  il  ərzin­

də  islam  dinindən  ayırmağa  çalışıblar...  Biz  Sovetlər  İttifa­

qının  tərkibində  ateist  tərbiyəsi,  təbliğatı  altında  yaşamışıq. 

Ancaq  buna  baxmayaraq,  xalqımız  öz  dinindən  heç  vaxt  ay­

rılmayıblar.  Bu  da dinimizin  -  İslam dininin nə qədər qüdrə­

tə, gücə malik olduğunu bir daha göstərir»1.

İslamın  ona  sitayiş  edən  xalqlara buyurduğu  bayramlar 

da  (Qurban  və  orucluq bayramları)  böyük  mənəvi  və tərbiy­

əvi  ideyalar təbliğ edir.

Bununla belə, müsəlman  xalqlarına qarşı  düşmən möv­

qelərini  gizlətməyənlər  indi  de  vardır.  Son  vaxtlarda  qəzet­

lərdə  yazıları  çoxalan  Dmitri  Furman  «Üçüncü  dünyaya 

qayıdış»  adlı  məqaləsində  yazır:  «Bütün  müsəlman  xalqları 

üçün  xarakterik  cəhətlərdən  biri  də  milli  şüurun  zəif, 

ümummüsəlman  şüurunun, dəstəbazlığm  və yerliçilik əlaqə­

lərinin  güclü olmasıdır».  Heç bir tarixi  fakta əsaslanmayn bu

«Xalq » qəzeti,  16 dekabr  1997.

233



cəfəng  müddəa  indiki  dövrdə  dünyanın  bir  çox  yerlərində 

müşahidə  edilən  terrorçuluq  hərəkətlərini  müsəlmanların 

ünvanına  yazmaq  və  bu  yolla  onları  müstəqillik  uğrunda 

mübarizədə  tərksilah  cəhdindən  başqa  bir  şey  deyildir. 

Türkiyə  xalqının  XX  əsrin  ikinci  yarısında  öz  müstəqilliyi 

uğrunda  mübarizədə  böyük  uğurları  belə  «yalançı  Dmit- 

ri»lərin yenisinin çürük fəlsəfəsini ifşa edir.

1944-cü  ilin  əvvəlində  doğma  yurdlarından  sürgün 

edilmiş Şimali  Qafqazın müsəlman xalqları  17 il tikanlı məf­

tillər  içərisində yaşasalar  da,  əsasən,  və  bəlkə  də yalnız,  is­

lami  etiqad  nəticəsində  öz  milli  mənliklərini  itirmədilər.  İs­

lam  faktoru  bu  dinə  sitayiş  edən  çeçenlərin  və  digər müsəl­

man  xalqlarının  yad  etnosların  içində  əriyib  itməsinə  mane 

oldu.  Lakin  digər  tərəfdən,  bu  faktor  müsəlman  farsların 

(İran)  azərbaycanlılara  (Cənubi  Azərbaycanda)  qarşı  kinlə­

rini ört-basdır etməyə də kömək edir.

Bütövlükdə  götürüldükdə  müasir dövrdə  islami  döyər­

lər və islam mədəniyyəti müsəlman xalqlarını birləşdirməyə 

xidmət edən güclü bir qüvvədir.

Biblioqrafiya

1. 

Ziya  Bünyadov.  Dinlər.  Təriqətlər.  M əzhəblər.  Bakı, 

1997.

2. 

Q .E.fon Trunebaum.  K lassik  islam.  Bakı,  1998.

3. 

Seyid  Müdjtaba  Rukni  M uavi  Lari.  Qərb  m ədəniyyəti 

m üsəlm anın  gözü  ilə.  B akı,  1992  (

r u s d ilin d ə ).

4.  Əl  Maudidi.  İslamın  əsa sla n .  M.,  1993 

{ru s d ilin d ə ).

5.  Miryaqub M ehdizadə.  B ey n əlm iləl  siyasətdə  petrol.  İstan­

bul.  1928:  Bakı,  1994.

6.  Босворт  K.E.  М усульманские  династии  (справочник). 

п еревод с английского,  Москва,  1971.

234

II. OĞUZ RAYONUNUN 

MEMARLIQ ABİDƏLƏRİ VƏ 

GÖRKƏMLİ ZİYALILARI

(K in o film   ü çü n   s s e n a r i)

1)  Rayonun  mənzərəsinə  aid  şəkil-ponorama göstərilir 

(Qafqaz  dağları  ətəyində  meşələrlə  əhatə  olumüş  kəndlər) 

və  diktor mətni  oxuyur:  Oğuz rayonu  Azərbaycan  Respubli­

kasının  şimali-şərqində,  Qafqaz  dağlarının  ətəyində,  qədim 

Şirvan  mahalının  şimal  hissəsində  yerləşir.  Rayon  şimaldan 

Dağıstan  respublikası  ilə  həmsərhəddir.  Hələ  qədimdən  ra­

yonun  şimali-şərqində  yerləşən  Filfılli  və  Xaçmaz  kəndləri­

nin  dağ  ətəklərindən  Dağıstana  piyada  vo  at  üçün  keçidlər 

mövcuddur.  Rayonun  düzənlik  hissələri  cənubi  şərqdə  Qə­

bələ,  qərbdə  isə Şəki rayonu ilə həmsərhəddir.

Rayonun  ərazisi  1077 kvadrat kilometr, əhalisi  isə  39,5 

min nəfərdir (1999-cu  il məlumatı).

Rayonda  15  millətin  nümayəndələri  35  kənddə  yaşa­

yırlar1.

2)  Diktor  müəllifin  yazdığı:  «Oğuz  rayonu  haqqında 

mahnı»nı  mətnini  oxuyur  (5  bənd)2.  Mətn  musiqi  ilə  ifa 

olunsa daha yaxşıdır.

3)  Diktor:  Rayonun  əhalisinin  70%-ni  azəri  türkləri 

təşkil  edir.  Milli  azlıqların  əksəriyyətini  ləzgilər,  ruslar,  dağ 

yəhudiləri,  udinlər təşkil  edirlər.  Rayonda eləcə də gürcülər, 

avarlar,  tsaxurlar,  osetinlər,  ukraynalılar,  belaruslar  yaşayır­

lar.

Bu  məlumatlar  müəllifin  1981-ci  ildə  rus  dilində  Bakıda  çap  olun­

muş «15  milloti  təmsil  edən rayon» adlı kitabdan  götürülmüşdür.

İsrafil  İsmayılov.  Oğuz  rayonunun  şəhidləri  və  veteranları.  Bakı, 

2000.  S.16.

235



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə