Azərbaycan Dövlət Neft Akademiyasının professoru, tarix



Yüklə 1,94 Mb.
səhifə56/71
tarix25.06.2018
ölçüsü1,94 Mb.
#51866
1   ...   52   53   54   55   56   57   58   59   ...   71

ve  siyasi  təsavüzləri  ilə  əlaqədar  idi.  Buna  uyğun  olaraq 

Qərbdə  tədris  və  təbliğ  edilən mədəni  irs və fəlsəfi  fikir də 

əsasən qədim (antik)  dövrə aid yunan fəlsəfəsi və orta əsrlə­

rin  sonundan  başlanan  alman  klassik  fəlsəfəsi  əsasında  öy­

rənilirdi.  Halbuki,  qədim  və  orta əsrlərdə  geniş  yayılmış  is­

lam  (müsəlman)  mədəniyyətinin  çox  görkəmli  nümayəndə­

ləri  olan  İbn  Sina,  Əl-Fərabi,  Əl-Qəzali,  Təbəri,  Firdovsi, 

Rumi,  Sədi,  Hafiz,  Rəşidəddin,  Mahmud  Şebistəri,  Ömər 

Xəyyam,  Uluq bəy,  Əl-Biruni,  İbn  Rüşt,  İbn  Xeldun,  Harun 

Əl-Rəşid  və  digərləri  Qərbdə  mədəniyyətin  inkişafına  bö­

yük  təkan  vermişlər  və  bunların üstündən  sükutla keçilməsi 

ən  azı  böyük  ədalətsizlik  olardı.  Adları  çəkilən  və  çəkil­

məyən müsəlman alimləri yunan fəlsəfəsi və elmi xəzinələ­

rinin  varisi  və  yaradıcı  davamçıları  olmaq  etibarilə  bu  xəzi­

nələri  islami  fikirlərlə  zənginləşdirdikdən  sonra  Qərbi  Av­

ropaya  nəql  etmiş  və  yalnız  bu  yol  ilə  islam  mədəniyyəti 

orta əsrlərdə Avropanın mədəni  həyatında dərin bir təsir bu­

raxmışdır.

Orta  əsrlərdə  türk  (müsəlman)  xalqlarının  güclü  qolu 

olan  Azərbaycan  türkləri  Nəsirəddin  Tusi,  Əbülhəsən  Bəh- 

menyar,  Nizami  Gəncəvi,  Əbdülrəşid  Bakuvi,  Əcəmi  Na- 

xçıvani,  Şibahəddin  Yəhya  Sührəvərdi,  Məhəmməd  Füzuli 

kimi  dahi  mütəfəkkirlər yetişdirmişdir  ki,  bu  da  həmin  diy­

arda  elmin  və  ədəbiyyatın,  bütövlükdə  isə  mədəniyyətin 

coşqun inkişafını sübut edir.

Bütün  bunlara  baxmayaraq  heç  bir  əsas  olmadan  bəzi 

Sovet  alimləri  iddia  edirdilər  ki,  guya  Əl-Kindi,  Əl  Fərabi, 

Biruni,  Nizami,  Ömər  Xəyyam,  Nevai,  Uluqbəy  və  digər 

müsəlman-türk  mütəfəkkirləri  islam  ideologiyasının  əksinə 

çıxış etmişlər (Bax. D.A.Patruşev, İslam, M.,  1960, s.7).

Halbuki,  Nizami,  Firdovsi,  Füzuli  və  müsəlman  şər­

qində  bunlar  səviyyəsində  olan  digər  görkəmli  ədiblərin 

hamısı  öz poemalarını  Allahı  mədh edən münacatlar ilə baş­

lamağı özlərinə  şərəf bilmişlər və bu  çətin  işdə böyük uğur- 



224

lar qazanmışlar.

Nizami  Gəncəvinin  «Xəmsə»sinə  daxil  olan  5  poema­

nın  hər  birində,  Əbülqasım  Firdovsinin  «Şahnamə»sində, 

Məhəmməd  Füzulinin  «Leyli  və  Məcnun»unda  Allaha  xita­

bən  münacat Tanrını  mədh  etməyə  həsr edilmişdir.  Belə  ol­

duqda Yaxın  şərqin mütəfəkkirlərinin «İslam ideologiyasına 

qarşı çıxışları» haqda söyləmək ən azı nadanlıqdır.

XVII1  əsrdə  Qafqazda  təsir  dairəsi  məsələsində  Ru­

siya,  İran və  Türkiyə  arasında münaqişələr güclənməyə baş­

ladı.  Xristian  Rusiyanın  Qafqazın  böyük  bir  hissəsini  zəbt 

etməsinə baxmayaraq  islam  dini burada da müsəlmanlar ara­

sında öz  təsir  qüvvəsini  saxlaya bildi.  Təkcə  onu  demək  ki­

fayətdir  ki,  XX  əsrin  əvvəllərində  Qafqazda  2000-ə  yaxın 

məscid  və  ziyarətgah  var  idi.  Sovet  hakimiyyəti  illərində 

ateizm  təbliğatı  rəsmi  dövlət  siyasəti  səviyyəsində  aparıldı 

və  bu  təbliğat,  əməli  iş  panislamizmlə  mübarizə  pərdəsi  al­

tında islama qarşı  daha qəddar formada həyata keçirildi.

Azərbaycan  xalqı  öz  müstəqilliyini  bərpa  etdikdən  so­

nra  tarixən  qəbul  etdiyi  islam  dininə  qayıtdı.  Azərbaycan 

Respublikasının  Prezidenti  Heydər  Əliyev  demişdir:  «Xal­

qımızı  70  il  ərzində  islam  dinindən  ayırmağa  çalışmışlar... 

biz  sovetlər  ittifaqı  tərkibində  ateist tərbiyəsi  təbliğatı  altın­

da  yaşamışıq...  ancaq  buna  baxmayaraq  xalqımız  öz  dinin­

dən  heç  vaxt ayrılmayıbdır.  Onu qəlbində, ürəyində saxlayıb 

ve  imkan  olan  kimi  hər  şey  açılıbdır.  Bu  da dinimizin-İslam 

dininin  nə  qədər qüdrətə,  gücə  malik  olduğunu  bir daha  gö­

stərir»1.

Təhsil  və  xüsusilə  tərbiyənin  Şərq  dəyərləri  haqqında 

danışarkən  qeyd  etmək  lazımdır ki,  Qoca Şərqdə  təhsilin  is­

lam  mənəviyyatının  formalaşmasına,  islamın  təsiri  ilə əxlaq 

normalarının  mənimsənilməsinə  böyük  təsir  göstərməsi  xü­

susi  əhəmiyyət  kəsb  etmişdir.  Buradan  aydındır ki,  müstəqil

«Xalq »  qəzeti,  16 dekabr  1997-ci  il.

225



Azərbaycan  dövlətinin  təhsil  və  tərbiyə  sistemində  milli- 

vətənpərvərlik  tərbiyəsi  və  milli-mənəvi,  əxlaqi  keyfiyyət­

lərin  gənclərə  aşılanması  vəzifəsi  ön plana  çekilmelidir.  Bu 

təhsil  sistemində  Azərbaycançılıq ruhu həmişə mərkəzi yer­

lərdən birini tutmalıdır.

Azərbaycan  Respublikasının  Prezidenti  Heydər Əliyev 

1998-ci  ilin  18  aprelində «Azərbaycan Respublikasının Milli 

Məclisinə»  ünvanlandırdığı  məktubda  gənclərin  xalqımıza 

xas  olan  «etik  normalara  uyğun  olaraq  tərbiyə  edilməsi» 

vacibliyini  göstərərək,  xüsusi  olaraq  qeyd etmişdir ki,  «yeni 

münasibətlər  xalqımızın  adət-ənənələrinə,  mənəviyyatına, 

tarixi  irsinə  və  əxlaqına xələl  gətirmədən  inkişaf etdirilmə­

lidir»1.

İslamın  təsiri  ilə  müsəlmançılığın  hələ  ilk  dövrlərində 

cinayət  hallan  çox  az  olmuşdur.  Çünki  islamı  etiqad,  dinə 

inam  güclü  təsirə  malik  idi  və  insanları  pis  əməllərdən  çə­

kindirirdi.  İslama xas  olan  ədalət və demokratiklik zəminin­

də  ona  sitayiş  edənlərdə  həqiqi  vətəndaşlıq  hissiyyatı  ya­

ratmışdı,  İslam  dini  sosial  məsuliyyəti  dini  ayin  kimi  insan­

ların  şüuruna yeritmişdi.  İslamın  qəbulu  Azərbaycanda atəş­

pərəstliyə sitayəşi sıxışdırmışdı.

Hazırda  Azərbaycanda  müasir  dövrün  tələbinə  uyğun 

ideoloji durum axtarışı üzrə araşdırmalar aparılır. Əksəriyyət 

müəlliflər  bu  ideoloji  durumu  azərbaycançılıq  ideologiyası 

və onun tərkibində milli vətənpərvərlik (türkçülük), islamçı­

lıq,  müasirlik-dünyəvilik  qollarının  qabarıq  olaraq  təmsil 

edilməsini təklif edirlər.

Dövlətin və dövlətçiliyin əsas meyyarlarından  olan əx­

laqi dəyərlər islamda çox güclü məzmuna və təsir qüvvəsinə 

malikdir.  Qərbdə  tanınmış  islam  tədqiqatçısı  Məhəmməd 

Əsəd  (Leopold  Vayss)  «İslam  yol  ayrıcılığında»  əsərində 

(Laxor,  1955)  yazır ki,  «İslamda  əxlaq  insanların öz əmellə-

1

226

«Azərbaycan» qəzeti, 21  aprel,  1998.

rinin  qələbəsini  təmin  etmək  səyi  ilə  birlikdə  yaşayır...» 

(s.9).  Məşhur  ingilis  filosofu  və  ədibi  Bernard  Şou yazmış­

dır:  «İnsan həyatının bütün  sahələri  ilə  əlaqədar olan  və  hər 

nəsli özünə bağlamağa layiq bir din yalnız islamdır».

Məhz  bunun  nəticəsidir ki,  islamın  dünyada yayılması 

prosesi  indi  də  davam  edir  və  bunun  qarşısını  almaq  üçün 

Qərbdə  və  Rusiyada  islama qarşı  mübarizə  aləti  olaraq  «İs­

lam  təməlçiliyi»nə  qarşı  mübarizə  süni olaraq getdikcə  daha 

çox qızışdırılır.

Rus  «islamşünası»  İqor  Belyäyev  1987-ci  ilin əvvəlin­

də  «Literatumaya  qazeta»da  dərc  etdiyi  «İslam»  məqaləsin­

də  yazmışdır  ki,  bu  din  bizim  cəmiyyət  üçün  təhlükəli  və 

düşmən bir dindir

Şovinist və ermənipərəst Belyayevdən və onun kinlilə­

rindən  möhtəşəm  İslam  dini  haqqında  müsbət  fikir  gözlə­

mək sadəlövhük olardı.

Müasir  dövrdə  islami  dəyərlərin  əsasında  milli  mədə­

niyyətlər  arasındakı  əlaqələr  Qafqazda  yaşayan  müsəlman 

xalqlarının  öz  müstəqillikləri  uğrunda  mübarizələrinə  kö­

mək edən  mühüm  bir amildir.

İstifadə edilmiş ədəbiyyat

1. 

A .V .A vkscntiyev.  İslam  Şim ali  Qafqazda,  Stavropol,  1973 

(rus  dilindo).

2. 

Allahşükür  Paşazadə.  İslam  Qafqazda,  B .,  1996.

3.  Qustav  Lc  Bon.  Ə rəblərin m əd ən iyyəti,  Paris,  1955.

4. 

M əh əm m əd   Ə səd  (Leopold  V ayss),  İslam  yol  ayrıcılığın- 

da.  (Laxor,  1955).

5. 

D .A.Patruşev.  İslam.  M .,  1960.

6. 

F.S.R issler.  Ərəb  m əd ən iyyəti.  Paris,  1955.

7. 

U .M .U ott.  İslamın  orta  əsr  Avropasına  təsiri.  Edinburq, 

1972.  M oskva,  1976.

8. 

Dövrü  mətbuat.

227



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə