§5. Bəşəri tərəqqidə islamın rolu və yeri
(1998-ci ilin 9-11 dekabrında Bakıda «İslam
sivilizasiyası Qafqazda» mövzusunda keçirilmiş
simpoziumda məruzə)
İslam özündən əvvəl təşəkkül tapmış digər dünya din
lərilə müqayisədə daha humanist və demokratik dindir.
Onun ədalət və bərabərlik prinsipləri, şəxsiyyətin hüququna
hörmət tələbi daha geniş və mükəmməldir.
Qanunçuluq sahəsində islamın əsas dəyərləri sırasında
bütün insanların qardaşlığı, rasizmin inkarı və humanizm
xüsusi yer tutur. Professor Seyid Qütb «İslamda sosial əda
lət» adlı kitabında (1950) islamın yaradıcısı həzrət Məhəm
mədin rolunu və onun yaratdığı təlimin geniş təsir gücünə
malik olmasını xüsusi olaraq qeyd edir. Məşhur Fransa tarix
çisi Lamartin 150 il bundan əvvəl «Türklərin tarixi» adlı
əsərinin II cildində (Paris, 1854) yazmışdır: «... Məhəmməd
qanunlar yaradılmasına, ordulara, yaratdığı iyirmi imperiya
xalqlarına, dünyanın üçdə bir hissəsində yaşayan milyonlarla
insanlara rəhbərlik etmiş, ölümündən sonra isə böyük şöhrə
tə nail olmuşdur. O, saysız-hesabsız sosial və siyasi islahat
ların, əxlaq normalarının müəllifi hesab edilə bilər...»
İslamın bəşər mədəniyyətinin inkişafına müsbət təsiri
ni qəbul edən İngiltərənin məşhur filosofu Bertran Rassel
yazmışdır: «Şərqin üstünlüyü təkcə hərbi sahədə deyildi.
Elm, fəlsəfə, nəzm, incəsənət - bütün bunlar Məhəmmədin
dünyası dövrü çiçəklənmişdi; halbuki həmin dövrdə Avropa
vəhşilik çirkabı içərisində idi».
Lev Tolstoy da islami dəyərlərə yüksək qiymət ver
mişdir.
Bəşər tarixində ilk əvvəl Şərqdə elmin sürətli inkişafı
na və dünya miqyaslı elm xadimlərinin yetişməsinə islamın
güclü təsiri danılmazdır.
Elmin öyrənilməsinin vacibliyi haqqında Məhəmməd
228
Əleyhissalamm çoxsaylı kəlamları bunun əyani sübutdur:
«Elmi beşikdən qəbrədək öyrənin», «Ən xeyirli sədəqə odur
ki, bir müsəlman elm öyrənə və sonra onu müsəlman qarda
şına öyrədə», «Elm Çində də olsa, onun ardınca gedin»,
«Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nuru
durlar», «Qiyamət günü şəhidlərin qanı alimlərin mürəkkəbi
ilə bərabər tərəziyə qoyular» və s. kimi kəlamlar böyük təsir
gücünə malikdir.
İslama qədərki Ərəbistan ibtidai icma quruluşu sə
viyyəsində idi. İslamın güclü təsiri ilə ərəb icmaları faktiki
olaraq bəşəri inkişafın quldarlıq mərhələsini arxada qoyaraq,
birbaşa feodalizmə qovuşdular. Bu, həm maddi, həm də mə
nəvi (zehni) mədəniyyət sahəsində böyük sıçrayış idi.
İslam mədəniyyəti ilk 10 əsr ərzində (VI1-XV1I əsrlər)
dünya miqyasında ən qabaqcıl mədəni kəşflər və nailiyyət
lər əldə etmişdir: Orta əsrlərdə «kimyanın atası» sayılan Ca
bir İbn Kənan kimyəvi elementlərdən 19-nun kəşfinin müəl
lifidir və Avropada onu «Müdriklik professoru» adlandırmış
lar. Min il bundan əvvəl Qahirədə yaradılmış «Əl Əzhar»
Universiteti, Bağdadda 4 milyon cild kitabı olan «Dahilik
evi» adlı kitabxana və onlarla belə elm məbədlərinin varlığı
İslam aləmində böyük alimlərin yetişməsi üçün şərait ya
ratmışdır. Əl-Kindi (IX əsr), Əl-Fərabi (IX əsr). İbn-Sina
(X-XI əsr), Əl-Biruni (XI əsr) və digərləri bu sıradandır.
Türkdilli xalqlar içərisindən Əl-Xorezmi, Nəsirəddin Tusi,
Nizami Cəncovi, Yunis İmrə, Əlişir Nəvai kimi dahi mütə
fəkkirlər yetişmişdir.
islamda elmilik və əxlaq fəlsəfəsi çox güclüdür. Döv
ləti idarəçilik məsələləri üzrə də İslami dəyərlər zəngin
mənəvi əsaslar verir və təbliq edir. Qurani-Kərimin 4-cü
«Ən Nisa» surəsinin 58-ci ayəsində insanlara «Ölkəni əda
lətlə idarə etmək» tapşırılmışdır.
Peyğəmbər Əleyhissəlam (Həzrət Məhəmməd) bütün
Ərəbistan yarımadasında İslamın qəbul edilməsinə 10 il ər
229
zində nail olmuşdur. Cihad müharibəsi adlanan bu döyüşlər
də islam ordusunun itkisi çox az olmuşdur. Həzrət Məhəm
məd öz naib və döyüşçülərinə, nail olduqları ərazilərdə qətl
və talan tədbirlərini qadağan etmişdi.
Dünyanın və xüsusilə Qərbin zəka sahiblərindən bir
çoxu «İnsanın sirli təbiətinə islam necə yol tapır?» sualına
cavab axtarırlar. İslamın yaradıcısı Muhamməd (ərəbcə belə
tələffüz edilir) «Allahdan başqa Allah yoxdur» kəlamı ilə
Allaha inamı mənəvi tərbiyənin əsas mənbəyinə çevirdi. Bu
o deməkdir ki, müsəlman yalnız Allahın qarşısında səcdə
etməlidir. Həmin Ulu Tanrı isə ona inananları cənnətlə
mükafatlandırır, cəhənnəm qorxusu ilə düzlüyə dəvət edir
(pozğunçuluğa cəhd edənlər bu qorxu ilə düz yolu seçir və
əgər seçmirlərsə vicdan əzabı çəkirlər).
islamda əxlaq fəlsəfəsi insan paklığının əsasını təşkil
edir.
İnsanın sirli təbiətinə islamın necə yol tapmasının sə
bəbini bəzi Qərb alimləri belə şərh edirlər: «Avropada ən
çox tənqid olunan məsələ Şərqdə çoxarvadlıhq adətidir...
(Lakin). Şübhə yoxdur ki, Şərqdə olan qanuni çoxarvadlıhq
Qərbdəki saysız-hesabsız gizli evlənmələrdən daha yaxşı
dır»1. Digər Qərb müəllifi teoloq Anna Bezan belə yazır:
«Nə vaxt ki, men gecələr bizim küçələrimizdə qadınları
görürəm, bu qənaətə gəlirəm ki, Qərb islamdan öyrənərək,
onun bu adətinə hiyləgərcəsinə təəccüblənməyə son qoy
malıdır: çünki islam qadın üçün ər və övlada malik olmağa
imkanını qanuni olaraq həyata keçirir2». Digər Qərb sosiolo
qu Artur Şopenqauer «Qadınlar haqqında bir neçə söz» adlı
kitabında yazır: «Mən başa düşə bilmirəm, əyər qadın son-
suzdursa (ailəyə uşaq bəxş etməkdən məhrumdursa) nə
üçün onun əri ikinci qadınla evlənə bilməsin». Məlumdur ki,
Bax: Seyid Mudjtaba Rukni Muavi Lari. Qərb mədəniyyəti müsəl
manın gözü ilə {rus dilində). Baku, 1992, s.180.
Yenə orada. S.179-180.
230
kilsə buna icazə vermir, islam isə (icazə) verir.
İslami dəyərlərə əsaslanan
islami həmrəylik
müasir
dövrdə bütün müsəlman xalqlarının inkişafı və gələcəyi
üçün mühüm zəmanətdir.
Təəssüflər olsun ki, sünni-şiə məzhəb ayrılığı bu bir
liyə ve həmrəyliyə müəyyən dərəcədə mane olur.
Ceyms Hay der «Dəstəksiz Xəncər» kitabında yazır ki,
«sünni-şiə məsələsi islamın bütün düşmənləri üçün hə
diyyədir». Müəllif islamın təsir qüvvəsini zəiflətmək üçün
məsləhət verir ki, farslar və türklər arasında milli zəmində
təfriqələr və ədavəti qızışdırmaq lazımdır (neft üzrə müna
qişələr də belə təfriqə səbəblərindən biridir).
Məlumdur ki, Amerika qitəsindən kənarda əsas neft
yataqları Şərqdə, müsəlman xalqlarının yaşadıqları ərazilər
də yerləşir.
Azərbaycanlı mühacir Miryaqub Mehdizadə 1922-ci
ildə Beynəlxalq Cenevrə konfransında Sovet nümayəndə
heyəti tərkibində olmuş və «Beynəlmiləl siyasətdə petrol»
adlı əsərində (1928-ci il) Rusiya hökümətinin 1922-ci ildə
Azərbaycan neft rayonlarını Qərb şirkətlərinə icarəyə ver
mək planına qarşı N.Nərimanov və digər azərbaycanlıların
mübarizəsini şərh etmişdir.
Azərbaycan xalqının görkəmli nümayəndələri olan
Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Mirzə
Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Seyid Əzim Şirvani
sünni-şiə ayrılığına qarşı kəskin mövqe tutmuş və onu mü
səlman xalqlarını parçalayan mürtəce bir cərəyan kimi pis
ləmişlər. Onlar eyni zamanda islami dəyərlərə böyük hör
mətlə yanaşmışlar. 1920-22-ci illərdə Azərbaycan formal
müstəqilliyə malik idi. Lakin Rusiyanın XI ordusunun Azər
baycanda qalması və Sergey Kirov, Serebrovski, Anastas
Mikoyan kimi şovinist bolşeviklərin burada rəhbər partiya
və təsərrüfat vəzifələrində olması Azərbaycan hökümətinə
başçılıq edən Nəriman Nərimanovun fəaliyyətini məhdud
231