leri «aza» prinsipi (yeməyin kənardan gətirilməsi) ilə keçi
rilməsi adətinə keçmək (bu adətə qayıtmaq) son dərəcə əl
verişli olardı. Güman etmək olar ki, bu müraciətə öz müna
sibətlərini bildirənlər olacaqdır, çünki bu məsələ sırf iqtisadi
məsələ deyil, həm də siyasi-mənəvi məsələdir.
Azərbaycan xalqı VII əsrin sonundan başlayaraq XX
əsrin əvvəlinə qədər İslami dəyərlərə sadiq olmuşdur. Azər
baycan Prezidenti Heydər Əliyev deyir: «Bizdə tolerantlıq,
xalqımızın dini dözümlülüyü yüksək səviyyədədir'...» Buna
görədir ki, xalqımızın islami ibadətə və islami dəyərlərə
qayıdışı nisbətən qısa bir müddətdə həyata keçirildi və əhali
vaxtı ilə dağıdılmış məsçidlərin bərpasında və yenilərinin
tikilməsində geniş iştirak edir.
İslam dini xalqımızın mənəvi dəyərlərinin qorunması
na tarixən xidmət etmiş və indi də edir. Azərbaycan Prezi
denti Heydər Əliyev demişdir: «Biz öz milli-mənəvi dəyər
lərimizi, adət-ənənələrimizi, əxlaqi-mənəvi dəyərlərimizi,
bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəs
li əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi
dəyərlər ruhunda tərbiyələndirməliyik2».
§ 4. Milli mentalitetimiz haqqında
düşüncələr
Milli mentalitetimiz (düşüncə tərzi) haqqında bu vaxta
qədər nəşr olunan yazılar hələlik dərin tədqiqat məzmunu
daşımır, daha çox təbliğat xarakterlidir. Bu sətrlərin müəlli
finin də 1997-ci ildə yazdığı qısa məqalə3 bu qəbildəndir.
Xalqımızın qonaqsevərliyi, xoşxasiyyətli olması, alicə-
1
2
3
102
«Xalq qəzeti», 28 iyun 2000
«Xalq qəzeti», 14 avqust 2001
İ.İsmayılov. Dünya Azərbaycanlıları XX əsrdə, B., 1997, s.243-250
nablığı və ağayanalığı, mehribanlığı və mərdliyi, dostluğa ve
yüksək əxlaqi prinsiplərə sadiqliyi, doğma torpağa və ailəyə
daha çox bağlılığı, qadına böyük hörmətlə yanaşması, ehtiy
acı olana əl tutmaq kimi keyfiyyətlər tarixi inkişafımızın ye
tişdirdiyi nəcib və diqqətəlayiq keyfiyyətləridir. Xalqımızda
dözümlülük (tolerantlıq) da yüksək səviyyədədir. Prezident
Heydər Əliyev demişdir: «Bizdə tolerantlıq, xalqımızın dini
dözümlülüyü yüksək səviyyədədir'».
Dünyada dahilərin miqdarını millətlərin əhalisinin sayı
nisbətinə görə müqayisə etsək, Azərbaycan xalqı bu göstə
rici üzrə ən yüksək yerlərdən birini tutar. Həqiqətən də, da
hi Nizami Gəncəvidən başlayaraq indi Amerikada yaşayan
böyük alimimiz Lütvi Ələsgərzadəyə (dünyada Lütvizadə
kimi tanınır) qədər millətimizin bəşər mədəniyyətinin bütün
sahələrinə bəxş etdiyi dahi şəxsiyyətlər haqqında ardıcıllıqla
kinofilm çəkilsə, belə bir zəngin irsə çox millətlər həsəd
apararlar. 2000-ci ildə xaricdə nəşr edilən «Dünyanın 100
böyük filosofu» kitabında Nizami Gəncəvi bu 100 nəfərdən
biridir. Halbuki, dünyada 2000-ə qədər millət və xalq ya
şayır. Heç şübhə yoxdur ki, «Dünyanın on məşhur 100 şairi»
kitabı yazılsa, bu kitabda da dahi Nizami Gəncəvinin adı
olacaqdır! Bəs Məhəmməd Füzulimiz, Hüseyn Cavidimiz,
Mirzə Ələkbər Sabirimiz, Səməd Vurğunumuz!..
Azərbaycan xalqının mədəniyyəti zəngin əxlaqi key
fiyyətlərinə görə mərifət sahibi olan millət kimi formalaş
mışdır və tanınır. Əcnəbi xaqların bir sıra görkəmli mədə
niyyət və elm xadimləri - Aleksandr Duma (Fransa), Mi-
xayıl Lermontov. İlya Çavçavadze, Əhməd Şmide, Vladimir
Veliçko və digərləri xalqımızın incə dili və ağayanalığı haq
qında gözəl fikirlər söyləmişlər.
Mübaliğəsiz demək olar ki, Azəri türkləri içərisində
hər iki nəfərindən birində müsiqiçiliyə həvəs, hər üç nəfor-
«Xalq qəzeti», 28 iyun 2000
103
dən birində şairlik istedadı vardır. Bu böyük fitri istedadın
formalaşmasında ana dilimizin xüsusi rolu olmuşdur və var
dır. Öz incəliyi və axarlığma görə Azəri türklərinin dili dün
yanın nadir incə dillərindən biridir. İstanbul universitetində
İtalyan dili və ədəbiyyatı müəllimi xanım Betul Parlaq deyir:
«Azərbaycan dili çağlayan bir bulaqdır. Nə qədər danışırsan
danış, düzümü, şirinliyi, ədəbiliyi Öz-özünə süzülüb gedir.
Bu dili başa düşənlər, incəliyi duyanlar ona vurulmaya bil
məzlər'».
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliye
vin «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqın
da» 2001-ci il 18 iyun tarixli fərmanında deyilir: «Azər
baycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri
olduğu həqiqətinin bir çox xalqların görkəmli nümayəndələ
ri dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili
XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə
edərək, onu Avrasiyanın hər tərəfində işlədilən bir dil kimi
yüksək qiymətləndirmişlər2».
Burada onu da demək yerinə düşər ki, milli düşüncəyə
malik olmaq üçün hər şeydən əvvəl milli dili, ana dilini
mükəmməl bilmək lazımdır. Ana dilini yalnız o zaman mü
kəmməl bilmək olar ki, düşüncənin özü həmin şəxsin bey
nində bu dildə yetişsin, ana dilində kamilləşsin. Aydındır ki,
başqa dildə düşünərək istədiyi fikri ana dilində dürüst və
sərbəst söyləmək qeyri-mümkündür. Nəriman Nərimanov
yazırdı ki, ana dilini bilmədən millətin dərdini başa düşmək
qeyri-mümkündür.
Azərbaycan xalqı minillikləri əhatə edən tarixində öz
milli mənliyini qoruyaraq, tarixi sınaqlardan çıxmış və milli
müstəqilliyini yaşada bilmişdir. Tarixin sınaq qatlarında ara-
sıra baş vermiş milli faciələrimiz isə əsasən milli birliyimi
2
Bax: «Xalq qəzeti», 21 avqust 1999
Bax:, «Xalq qəzeti», 19 iyun 2001
zin zəifləməsinin nəticəsində baş vermişdir.
Yaradıcı ziyalılarımız içərisində mentalitetimizdə da-
vakarlığın (aqressivliyin) olmadığını müsbət bir amil kimi
hesab etmək istəyənlər də vardır. Bizcə, bu amili müsbət
keyfiyyət kimi yox, uğursuzluqlarımızın səbəblərindən biri
kimi qəbul etmək daha dürüst olardı.
Son 10-15 ildə, əvvəlki iki əsrdə olduğu kimi, nankor
qonşularımız olan ermənilərdən aldığımız zərbələr, onlar
tərəfindən ərazilərimizin dəfələrlə hissə-hissə zəbt edilməsi
və xalqımıza qarşı soyqırım siyasətinin davam etdirilməsi
milli mentalitetimizdə olan naqis cəhətləri (nə qədər acı olsa
da, bunu etiraf etməliyik) daha geniş ayırd etməyi tələb edir.
Azərbaycanlı mentalitetinə xas olan naqis və mənfi
cəhətlər sırasına aşağıdakıları daxil etmək olar:
1. Milli birliyə nail olmaq yolunda bəzi hallarda par
çalanma meyli;
2. Tarixi yaddaşımızın zəifliyi: unutqanlıq, tarixi uğur
suzluqlarımızdan üzə çıxan nəticə və həqiqətləri
tez yaddan çıxarmağımız.
Mentalitetimizdoki mənfi hallara dair yuxarıda göstər
diyimiz bu naqis cohotlor haqqında görkəmli publisist-yazıçı
Hidayət Orucovun və digər müəlliflərin yazılarında deyil
mişdir. Hidayət Orucov yazır: «Xalqımızın başında fəlakət
bir də ona görə əksik olmur ki, əsrlər boyu formalaşaraq
dəyişməz xarakter almış mentalitetimizdə aqressivlik ol
mayıb'...»
Azərbaycanda müxtəlif tarixi mərhələlərində uğursuz
luqların və bəlaların görçəklənməsində yuxarıda sadalanan
naqis cəhətlərin güclü təsiri olmuşdur. Bu məsələləri Azər
baycan - erməni tarixi münasibətlərində qısaca olaraq izlə
məyə çalışaq.
Bax: «Xalq qəzeti», 1 dekabr 2000
105