Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Əlyazma hüququnda Rüstəmzadə Coşqun Sədi oğlu



Yüklə 1,71 Mb.
səhifə13/23
tarix11.12.2023
ölçüsü1,71 Mb.
#147651
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
Coşqun Rüstəmzadə Dissertasiya orijinal(1)

Hazırlıq üçün mərhələ. Neft məhsulları və neftlə çirklənmiş torpaq təəqəsi mürəkkəb texnogen kompleks yaradır elə bu səbəbdən də topoqrafik planlama və torpaq tədqiqatının miqyaslarını bundan asılı olaraq təyin olunur. Tədqiqat aparılan müddətdə torpaqların tipoloji tədqiqatı torpağın üzərindəki bərkimiş neft örtüyün qalınlığı, neft ilə hopmuş layın dərinliyi, çirklənmənin dərəcəsi eləcə də onların bioloji mənimsənilməyə dəyərli olub olmadığına xüsusi fikir verilməlidir.
Rekultivasiya prosesinin texniki və bioloji mərhələlərinin texnologiyalarının hazırlanması üçün neftlə çirklənmiş torpağın və torpaq-qrunt qarışığının fiziki-kimyəvi, aqrokimyəvi göstəricisi müəyyən olunması məqsədilə laboratoriyada analiz işləri görülür. Neftlə çirklənmiş ərazilərin iri miqyaslı torpaq-qurunt sahələrinin xəritəsi tərtib edilir. Ardınca isə aşağıdakı əməliyyatlar həyata keçirilir.
- torpaq-qurunt formasının çirklənmənin dərəcələrindən asılı olmayaraq sahəsi hesablanır;
- anbarlaşdırılma və çıxarılması əhəmiyyətli vacib olan neft və şlamla çirklənmiş torpaq-qruntun çirklənmə səviyyəsinin dərinliyi üzrə həcmi hesablanır;
Çıxarılma və anbarlaşdırılma işləri vacib olan neft və neft məhsulları ilə çirklənmiş torpaq-qruntun kütləsi başqa-başqa növlər üzrə aşağıdakı düstürla hesablanır.
W = H x S x V (3.1)
W- neftlə çirklənən torpaq-qruntun kütləsi, t-ilə,
H – neft ilə çirklənmiş səthin qalınlığı, metrlə;
S- neftlə çirklənən hər hansısa növün sahəsi, m2-ilə;
V-müvafiq olaraq qranulometrik tərkibli hər hansı neft və şlamla çirklənən növün müəyyən qatının həcmi q/sm3-ilə.
Neftlə çirklənən və çıxarılması vacib olan torpaq-qruntda neft məhsullarının miqdarı aşağıda verilmiş düsturla hesablanır:
(3.2)
Q – neftl və neft məhsulları iləçirklənmiş torpaq-qruntunda neftli maddələrin miqdarı, t-ilə;
V - neftlə çirklənən torpaq-qruntun həcmi, q/sm3-ilə;
В - çıxarılması lazım olan torpaq-təbəqəsində neftli maddələrin miqdarı, %-ilə;
S - neftli maddələrlə çirklənən torpaqların sahəsi, m2-ilə;
Verilən cədvəllərdə dövrü olaraq nəmlənən və qalan bitiumlaşmış torpaq-qruntunda neft maddələrinin umumi miqdarları verilmişdir.

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə