Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Əlyazma hüququnda Rüstəmzadə Coşqun Sədi oğlu


N eftlə çirklənən torpaqların, neftşlamlarının təmizlənilməsi qurğusu



Yüklə 1,71 Mb.
səhifə21/23
tarix11.12.2023
ölçüsü1,71 Mb.
#147651
1   ...   15   16   17   18   19   20   21   22   23
Coşqun Rüstəmzadə Dissertasiya orijinal(1)

N
eftlə çirklənən torpaqların, neftşlamlarının təmizlənilməsi qurğusu

Şəkil 3.4
Qurğunun əsas hissələri:
1. İsti su kollektorları
2. Formalı lüləklər
3. 11. Lövhəli çökdürücülər
4. Zəncirli koveyner
5. Qum konteyneri
6. 9, 14, 18, 19, 22. Nasoslar
7. İstilikdəyişdirici
8. Sentrifuqa
10. Neft çəni
12. Spiralvari su qızdırıcısı
13. Neft çəni
15. İsti su qazanı
16. 17. Vintli şnek
20. Hidrosiklon 75
21. Hidrosiklon 150
Neftlə çirklənmiş torpaqlar konveynerlər vasitəsilə ilk öncə lövhəli torlu konveynerin (4) üst hissəsinə tökülür. Konveynerlərin üstü diametric 3-4 mm olan dəlikli torlardan ibarət olur. Neftlə çirklənən torpağın çirklənməsinin səviyyəsindən asılı olaraq təmizlənmə prosesi sürətlə hərəkət edir. İsti suyun kollektorları (1) və xüsusi keçirilmələrin köməyi ilə yüksək təzyiqlə konveynerlərin üstü ilə hərəkət edən çirklənmiş torpağı yuyaraq təmizləyir. Konveynerlərin üstü bağlı olduğundan emal prosesləri bağlı formada həyata keçir və ətraf hissənin çirklənmənin qarşısı alınır. Konveynerlərin 3 və 4 mm-lik dəliyindən keçən neft-torpaq qarışığı lövhəli çökdürücülərə (3) daxil olur. Çökdürücülərin alt hissəsinə tökülən xırda torpaq yarımçıq vintli olan konveynerin (16) köməyi ilə kənarlaçdırılır və ardınca nasosların (18) köməyi ilə konveynerin üstündə yerləşdirilən hidrosiklona (20) verilir. Çökdürücülərin orta hissəsinə toplanan neft sərbəst şəkildə neft çəninə (10) daxil edilir. Çökdürücülərin orta təbəqəsində olan çirkli su nasoslar (6) köməyi ilə istilik təmizləyicisinə (7) oradan isə qızdırılaraq sentrofuqaya (8) verilir. Sentrofuqalardan (8) çıxan torpaq kənarlaşdırılır.
Aparılan araşdırmalar göstərir ki, tətbiq edilən qurğu neftlə çirklənən torpaqda başlanğıc olaraq neftin miqdarından asılı olmadan neft məhsullarında suyun miqdarını 1%-ə kimi, bərk hissəciklərdə 5 mk a qədər azaldır.
Məlumdur ki, çirklənmiş torpaqlardan incə fraksiyaları ayırmaq üçün kiçik diametrli hidrosiklonlardan istifadə olunur. Prosesin səmərəliliyini artırmaq üçün böyük bir hidrosiklon bir neçə kiçik hidrosiklonlarla əvəz edilir. Hidrosiklon qurğusunun çıxış borusunu aşağıdakı düsturla təyin etmək olar.
(3.8)
F-çıxış borusunun böyük hidrosiklonla kəsişmə sahəsi
m-böyük və kiçik hidrosiklonların çıxış borularının diametrləri nisbəti
n-kçik hidrosiklonların sayıdır.
Kiçik hidrosiklonda qəbul borusunun diametric aşağıdakı kimi tapılır.
(3.9)
Giriş hissədəki təzyiqi P=3.5 kq/sm2 olan hidrosiklonun diametrini təyin edək.
(3.10)
Qurğudakı hidrosiklonların sayı n=36 müəyyən edilmişdir.
(3.11)
Onda kiçik hidrosiklonların qəbul borusun diametric bərabər olacaq:
(3.12)
Hidrosiklonun diametri yuxarıdakı ifadələrə uyğun tapılır.
(3.13)
Bu asılılqdan istifadə edərək drenaj borusunun diametrini tapırıq:
(3.14)
Təcrübələr göstərir ki çıxış borusunun diametri verilən ifadələrə əsasən tapıla bilər.
(3.15)
Hidrosiklonun məhsuldarlığı tapaq:
(3.16)
Hidrosiklonun qurğusunun vahid sərfi aşağıdakı kimi olur.

12 l/dəq x 36=422 l/dəq (3.17)

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə