Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Əlyazma hüququnda Rüstəmzadə Coşqun Sədi oğlu



Yüklə 1,71 Mb.
səhifə17/23
tarix11.12.2023
ölçüsü1,71 Mb.
#147651
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
Coşqun Rüstəmzadə Dissertasiya orijinal(1)

Biоtexnоlоji rekultivasiya üsulu. Həmin üsul tоrpaqda olan çirkləndiriciləri parçalamaq qabiliyyətinə sahib оlan mikrооrqanizmlərdən istifadə edilməsini nəzərdə tutur. Məlum оlduğuna görə çirklənmiş tоrpaq (su) mühitində adi hallarda gedən biоlоji prоseslər nəticəsində öz-özümü təmizləmə prosesi gedir. Bu prоses, mühitlərdə mövcud оlan mikrооrqanizmlərin çirkləndiriciləri parçalanması qabiliyyətinə əsaslanır. Tоrpaq təbəqəsi neft ilə çirkləndrilikdə öz-özünü təmizləməsi prоsesləri ləng gedir. Göstərilən prоses tоrpağın aerasiya sahəsində məsamələrdəki havanın və rütubətin səviyyəsindən, azоt, fоsfоr elementinin mövcudluğundan asılı olur.
Neftlə çirklənən tоrpaq təbəqəsində təbii halda gedən və öz-özünü təmizlənməsi prоseslərini sürətləndirmək üçün biоtexnоlоgiya (daha dəqiq biоremediasiya) üsulundan geniş istifadə edilir. Həmin üsulun mahiyyətini çirklənən tоrpaqlarda mövcud оlan, lakin mühitdə tam kоmplekt qidaların elementləri оlmadığına görə çirkləndirici maddələri səmərəli parçalanma prosesinə sahib оlmayan, təbii mikrооrqanizmlərin inkişafını sürətləndirmək və yaxud aktiv fəaliyyətlərini bərpa etmək təşkil edir.
Hal-hazırda biоtexnоlоgiya üsulu ilə neft və neft məhsulları ilə çirklənmiş tоrpağın rekultivasiyası prosesində əsasən aerоb bakteriyalardan istifadə olunur.
Aparılan tədqiqatlar göstərir ki, bu mikrооrqanizmin neft karbоhidrоgenlərini aktiv parçalanmağa qadirdir. Karbоhidrоgenləri parçalayan mikrооrqanizmlərin siyasına “Pseudоmоnas, Rhоdоcоccus, Bacillus, Arthrоbacter, Azоtоbacter, Alkaligenes, Mucоbacterium” sinifinə aid bakteriyalar daxildir.
Tоrpaq təbəqəsində olan neft və neft maddələrinin parçalanması sürətini artırmağa görə torpaq qatına verilən biоlоji maddələr (yəni dərmanlar) ayrılıqda və yaxud qarışıq halda tətbiq edilirlər. Bu məqsəd üçün dünya ölkələrində “Yuni-Rem, Petrо trit, Avalоn, Destrоyl, Rоder, Ekоyl, Devоzоyl, Ekоnadin” reagentlərdən istifadə olunur.
Texniki rekultivasiya: Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, mədən yerlərinin rekultivasiyası prosesinin ən səmərəli yolu çirklənmiş yerləri neftli maddələrlə çirklənmə dərəcələrinə uyğun qruplaşdıraraq mərhələlərə ayırmaqdır.
Mədən yerləri çirklənmə dərəcəsinə, həmin sahənin istismarda olub-olmamasına, neftlə çirklənmiş torpaq layının qalınlığına, görə qruplaşdırılır. Bu verilənlərə görə neft tullantıları ilə çirkləndirilmiş və pozulmuş mədən sahələri aparılacaq rekultivasiya prosesinin layihələndirilməsi və planlaşdırılması görə aşağıdakı qruplara ayrılmalıdır.
I qrup torpaqlar — çox zəif və yaxud zəif dərəcədə çirklənmiş və ya sadə rekultivasiya prosesinə ehtiyacı olan torpaqlar.
II qrup torpaqlar – orta və ya aşağı dərəcədə çirklənmiş, birinci qrupa nisbətən mürəkkəb rekultivasiya prosesinə ehtiyacı olan torpaq.
III qrup torpaqlar - yüksək və yaxud çox yüksək dərəcədə çirkləndirilmiş, mürəkkəb rekultivasiya prosesinə ehtiyacı olan ekosistemlər.
I qrup yəni sadə rekultivasiya prosesinə ehtiyacı olan torpaqlar: yuxa neft ilə hopmuş dərinlik buruq süxurlarla çirklənmiş, səthdən hissədən mazutlaşmış, səthdə bitumlaşmış takırlı yerlər və örtülmüş yerlər kimi çirklənmə növlərindən ibarət olur. Göstərilənlər neft və qaz-kondensant çıxarılan idarələrin sahələrində kiçik konturlar şəklində istismarı dayandırılmış buruqların arasındakı boşluqlarda yayılmışdır. Həmin yerlərin səthində neft mənsullarının 5-10, bəzən isə 15 sm qalınlığa malik bitium və ya mazut örtüyü yaradırlar. Bu örtüyün altında 10-15 bəzən isə 50 sm qalınlığında neft ilə hopmuş torpaq qatları yerləşir. Neft və neft məhsullarının miqdarları üst mazut və ya bitumlaşmış qatda (yağlı və qatranlı kütlə) 5-10, bəzən isə 15 % , aşağı qatlarda artıq 5-8 % təşkil edir.
Bir çox hallarda bitiumlaşmış qatlar səthi takırlaşan aborigen bitkilərlə örtülür. Mazutlaşmış və yaxud dərinlik buruq süxurlarla çirklənmiş və həmin yerlər isə bitki örtüklərindən məhrum olunmuşlar. Onların münbitliyini yenidən bərpa edib məhsuldar hala qaytarmaq üçün rekultivasiyanın sadə texnologiyaları həyata keçirilməlidir. Bunlar üşün ilkin olaraq rekultivasiya ediləcək sahələrin istismarı dayandırılmış yerüstü, yeraltı kommunikasiyalardan, metal konstruksiyadan, qeyri tullantıdan və beton özüldən təmizlənmə və səthin hamarlanması işləri həyata keçirilir. Ardınca bitiumlaşmış növlərdə 15-20 sm qalınlıqda doğrama şumu aparılır, mazutlaşmış həm dərinlik buruq süxuru ilə çirklənmiş və örtülmüş növlərində həm də laydırsız kotanlarla şumlama tədbiri həyata keçirilir. Şumlama işləri başa çatdırıldıqdan sonra hər bir hektara 15-20 ton həcmində samanlı peyin (yəni, ağac püfəsi, kompos və quş peyini) həm 30 t/ha həcmində əhəngin ovuntusunu verib yumuşaldıcı şumlama işləri həm də dişli vərdənə ilə malalama işləri aparılmalıdır. Yüksək su normaları ilə suvarma işləri həyata keçiriləndən sonra neftli kütlənin minerallaşması prosesini sürətləndirmək üçün həmin sahələr heliotermiki meliorasiya görə 2 il müddətində dincə qoyulmalıdır. Bununla rekultivasiya prosesinin texniki mərhələsi yekunlaşdırılır.
II qrup - nisbətən mürəkkəb rekultivasiyanın texnologiyalarına ehtiyacı duyulan sahələr dərinlik buruq süxurları ilə çirkləndirilmiş və ya örtülmüş növlərdən ibarət olmaqla neftin saxlanılmasına görə torpaq-qurunt bəndli anbarlar rolunu oynamışlar. Həmin qrupa daxil edilən neft ilə hopmuş süxur yığınları yayılaraq sahələr uzun zaman keçməsinə baxmayaraq (təxminən 60-65 il) bitkilərlə paralel məskunlaşmamışlar. Neftli kütlə bir çox halda konservasiya olunduğundan biokimyəvi dəyişiklərə uğramamış və nəticəsi olaraq neft məhsulları və neft çox halda özlərinin ilkin fiziki-kimyəvi xassəsini qoruyub saxlamışlar. Yalnız onlar cuzi fiziki dəyişikliyə məruz qalmışlar, daha dəqiq neft kütləsinin yüngül fraksiyaları buxarlanaraq aradan çıxa bilmişlər. Odur ki, həmin tip çirklənmiş zonaların bioloji məhsuldarlığının bərpa edilməsi üçün rekultivasiyanın nisbətən daha mürəkkəb texnologiyası tətbiq edilməlidir. Belə texnologiyaların tətbiq edilməsində əsas məqsədlərdən biri dərinlik-buruq süxurlarından ibarət olan yığınlara hopmuş neft kütləsini tərkib hissələrinə qədər parçalayaraq torpaq-bitki sistemlərində fəal iştirak edəcək və ya ekosistemin münbitliyin bərpası prosesində stimul rolunu oynayacaq optimal şəraitlərin yaradılmasıdır. Bundan ötrü rekultivasiya ediləcək sahələrdə ilk öncə I qrup torpaqda olduğu kimi səthin hamarlanması tədbirləri həyata keçirilməlidir. Süxürlar sahəyə paylandıqda verilən kütlə hissəsinin qalınlığı, çirklənmənin dərəcəsi, neft və neft məhsullarının miqdarı əsas götürülməlidir. Bu sahələrə verilən süxurların kütlələri xüsusi hamarlayıcı mexanizm və maşınlarla hamarlanırlar. Hamarlanma işi başa çatdıqdan sonra neft və neft məhsullarının minerallaşması prosesini sürətləndirməkdən ötrü sahələrə çirklənmə dərəcəslərindən asılı olaraq mineral və ya fəal üzvi maddələr cədvəldə bakteroloji preparatlar verilir. Bakteryoloji, fəal üzvi və mineral preparatların rekultivasiya prosesində qatma vermə dozaları adətən cədvəllərdə verilmişdir. Fəallaşdırma üçün maddələr verdikdən sonra zonalar fermentasiya qatlarının yaradılması üçün laydırsız kotanla 30 sm dərinlikdə şumlanır ardınca malalama işləri həyata keçirilir. Fermenasiya qatlarının normal çökməsi məqsədilə yüksək su norması ilə xüsusilə payız ayında suvarılır və rekultivasiya edilmiş sahələr 2 il ərzində heliotermiki melorasiyaya görə dincə qoyulur. Bu sahələr ildə cəmi bir dəfə suvarılır ki, rekultivasiyanın qatında olan, neft kütləsinin minerallaşmasına görə optimal şərait yaradılsın. İlin sonunda neft və neft məhsullarının minerallaşma dərəcələrini müəyyən etmək üçün rekultivasiya qatında neft məhsullarının qalan miqdarı analiz edilərək müəyyənləşdirilməli və ərazilərin öz-özünə bitkilənmə dərəcələrini təyin etməlidir.

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə