Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Əlyazma hüququnda Rüstəmzadə Coşqun Sədi oğlu


Təmizlənmə dərəcəsinin məhlulun xüsusi çəkisindən asılılığı



Yüklə 1,71 Mb.
səhifə22/23
tarix11.12.2023
ölçüsü1,71 Mb.
#147651
1   ...   15   16   17   18   19   20   21   22   23
Coşqun Rüstəmzadə Dissertasiya orijinal(1)

Təmizlənmə dərəcəsinin məhlulun xüsusi çəkisindən asılılığı
Şəkil 3.5
Hidrosiklonun keyfiyyət göstəricilərinin ilkin məhsulun xüsusi çəkisindən asılılığını nəzərdən keçirə bilərik.

Alınan məhsulun xüsusi çəkisinin ilkin gil məhlulunun xüsusi çəkisindən asılılığı
Şəkil 3.6
Tədqiqatlar göstərir ki, xüsusi çəkinin artması ilə təmizlənmə dərəcəsi pisləşir. 1 qram xüsusi çəkiyə qədər yüksək dərəcədə təmizlənmə müşahidə olunur. Xüsusi çəkinin daha da artması ilə təmizlənmə dərəcəsi kəskin şəkildə aşağı düşür. Nəzərə alsaq ki, sonuncu məhlulun təxminən 50-55 % -i 50 mikrondan kiçiklərdir, onda təmizlənmə dərəcəsinin pisləşməsinin səbəbi aydın olur.
K.İ.Manquşev ilkin məhlulun tərkibindən asılı olaraq hidrosiklonun çıxış diametrin təyin etmək üçün emprik düstur verib.
(3.18)
Neftlə çirklənmiş torpağın özlülüyü artdıqca hidrosiklonların keyfiyyət göstəricilərinin pisləşməsi onunla izah olunur ki, oxdan radial istiqamətdə hərəkət edərkən neftin bərk hissəciklərə qarşı müqaviməti artır.
Yuxarıda deyilənlərə əsasən özlülüyü 10-12 cm2-dan çox olan torpaqların təmizlənməsi effektiv deyil. Lakin təmizlənən torpağı ardıcıl şəkildə hidrosiklon qurğusundan buraxmaqla biz təmizləmə də effektivliyi əldə edə bilərik.

D 75 Hidrosiklonun sxemi
Şəkil 3.7

NƏTİCƏ VƏ TƏKLİFLƏR


  1. İstifadə olunan məlumatların müqayisəli təhlilləri göstərir ki, neftlə çirklənmiş torpağın bərpası və dayanıqlığını daha dəqiq qiymətləndirilməsi üçün çirklənmiş torpağın funksionallıq və struktur qabiliyyətlərini xarakterizə edən əsas parametrlərdən istifadə etməklə yaradılan vacib sistematik yanaşma olmalıdır. Məlumat meyarlarına görə isə neftlə çirklənmiş torpaqların diaqnostikasının universal eyni zamanda prioritet üsulu olan multisubstrant sınaq üsulu (MST) ilə bağlı məlumat verilmişdir.

  2. Aparılan arşdırmaların nəticələri göstərir ki, çirklənmə 20 %-dən artıq olduqda özlülük və xüsusi çəkini ardıcıl azaltmaq üçün çirklənmiş torpağın Hidrosiklon qurğusundan “Polluted sensor” (Çirkli sensor) mexanizmi tətbiq etməklə bir neçə dəfə buraxılır, həmçinin bu mexanizm vasitəsilə hidrosiklonun çıxış diametri tənzimlənir. Son nəticə olaraq torpağın tam təmizlənməsini və neftin tərkibində olan mexaniki hissəcikləri 50 mk-a qədər azaltmaq tövsiyyə olunmuşdur.

  3. Rekultivasiyanın son mərhələsində kimyəvi reagentlərdən istifadə edilir. Bu reagentlərdən ən effektlisi nanoqruluşlu reagentlərdir. Fe3O4 nanoqruluşlu reagentdən istifadə etməklə radioaktiv şüalanma dozasını İSO standartlarına gətirilməsinin məqsədəuyğunluğu əsaslandırılmışdır.

  4. Aparılan tədqiqatlar göstərir ki, dünyada ən müasir tələblərə cavab vermək üçün rekultivasiya proseslərini kompleks şəkildə aparmaq təklif olunmuşdur.




Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə