Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə44/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   40   41   42   43   44   45   46   47   ...   151

140 

 

korroziya sürəti 0,55 q/m



2

 ·saat (effektivlik 82,3%), 200 mq/l-

də korroziya sürəti 0,35 q/m

2

 ·saat (effektivlik 88,70%) və 300 



mq/l-də 0,25 q/m

2

·saat (effektivlik 91,9%) olmuşdur.  



2:1  nisbətində  100  mq/l-də  korroziya  sürəti  0,40  q/m

2

 



·saat  (effektivlik  87,10%),  200  mq/l-də  korroziya  sürəti  0,20 

q/m


2

 ·saat  (effektivlik 93,50%) və  300 mq/l-də  0,15 q/m

2

·saat 


(effektivlik 95,20%) olmuşdur.  

3:1  nisbətində  100  mq/l-də  korroziya  sürəti  0,30  q/m

2

 

·saat  (effektivlik  90,30%),  200  mq/l-də  korroziya  sürəti  0,15 



q/m

2

 ·saat  (effektivlik 95,20%) və  300 mq/l-də  0,07 q/m



2

·saat 


(effektivlik 95,20%) olmuşdur.  

Turş mühitdə qossipol qətranı və İKSQ-1-nin 1:1, 2:1 və 

3:1  nisbətində  kerosin  həlledicidə  100,  200  və  300  mq/l-də 

kimyəvi maddələrin korroziya sürəti öyrənilmişdir. 

Həlledici  kimi  dizel  yanacağı  istifadə  etdikdə  1:1 

nisbətində  100  mq/l-də  korroziya  sürəti  0,80  q/m

2

  ·saat 


(effektivlik  82,20%),  200  mq/l-də  korroziya  sürəti  0,50 

q/m


2

·saat  (effektivlik  88,9%)  və  300  mq/l-də  0,40  q/m

2

·saat 


(effektivlik 91,10%) olmuşdur.  

2:1  nisbətində  100  mq/l-də  korroziya  sürəti  0,70  q/m

2

 

·saat  (effektivlik  84,4%),  200  mq/l-də  korroziya  sürəti  0,40 



q/m

2

·saat  (effektivlik  91,10%)  və  300  mq/l-də  0,30  q/m



2

·saat 


(effektivlik 93,20%) olmuşdur.  

3:1  nisbətində  100  mq/l-də  korroziya  sürəti  0,50 

q/m

2

·saat  (effektivlik  88,9%),  200  mq/l-də  korroziya  sürəti 



0,30  q/m

2

·saat  (effektivlik  93,3%)  və  300  mq/l-də  0,09 



q/m

2

·saat (effektivlik 98,0%) olmuşdur.  



Beləliklə,  qossipol  qətranı  ilə  İKSQ-1  inhibitorlarının 

1:1,  2:1  və  3:1  nisbətlərində  nümunələri  hazırlanmış,  onların 

korroziyaya  qarşı  mühafizə  qabiliyyəti  kerosin  və  dizel 

həlledicisində  neytral  və  turş  mühitdə  öyrənilmiş  ən  yaxşı 

effektivlik 3:1 nisbətində alındığı müəyyən edilmişdir. 

 



141 

 

YERALTI QAZ ANBARLARINDA QAZIN NƏQLƏ 



HAZIRLANMASI PROSESİNİN TƏHLİLİ 

 

       Magistr:     

 

 



           Elmi rəhbər 

       Mehdiyev Səməd Elman oğlu             dos. E.İskəndərov 

       II kurs, qrup A2136 

 

Azərbaycan  Respublikasında  iki  yeraltı  qaz  anbarı 

istismar  olunur.  Bakıdan  75  km  cənub-şərqdə  yerləşən 

“Qalmaz”  yeraltı  qaz  anbarı  1955-ci  ildə,  paytaxtdan  25 

kilometr  cənub-şərqdə  yerləşən  “Qaradağ”  yeraltı  qaz  anbarı 

isə  1954-cü  ildə  istismara  verilib.  Qalmaz  yeraltı  qaz  anbarı 

tükənmiş  qaz  yatağında,  Qaradağ  yeraltı  qaz  anbarı  isə 

tükənmiş qaz-kondensat yatağında yaradılmışdır.   

Keçmiş SSRİ-nin Vahid Qaz Təchizatı Sistemində bütün 

qaz hasilatı və təchizatı sistemdə qazın nəql təzyiqi 5,5 MPa idi 

və  Qalmaz  və  Qaradağ  YQA-larda  qazın  nəqli  üçün  istifadə 

olunan  bütün  texnoloji  avadanlıqların  hesabatları  da  5,5  MPa 

təzyiqə uyğun aparılmışdır.    

 

 



Qalmaz  YQA-da  qazın  nəqlə  hazırlanması  üçün  ilkin 

layihə əsasında absorbsiya üsulu ilə qazın qurudulması qurğusu 

tikilib  istifadəyə  verilmiş,  quyulardan  götürülən  qazın  ilkin 

separasiya prosesini keçdikdən sonra absorbsiya blokuna daxil 

olması  nəzərdə  tutulmuşdur.  Bu  layihəyə  əsasən  hidrat 

əmələgəlmənin  qarşısını  almaq  üçün  qaz  xəttinə  ştuserlərdən 

əvvəl DEQ vurulurdu. Absorbsiya prosesində absorbent olaraq 

DEQ-dən  istifadə  edilirdi.  Lakin  qurğunun  istismarının  elə  ilk 

dövrlərindən  başlayaraq  qazın  nəqlə    hazırlanma  prosesi 

qənaətbəxş  olmamış,,  karbohidrogen  kondensatı  ilə  təmasda 

olan zaman DEQ-ın köpüklənməsi baş vermişdir. Bu səbəblərə 

görə  absorbsiya  üsulu  ilə  qaz  qurutma  bloku  sistemdən 

ayrılmışdı.  Qaz  ilkin  separasiya  blokunu  keçdikdən  sonra 

birbaşa  qaz  kəmərinə  ötürüldü  və  hidrat  əmələgəlmənin 

qarşısını  almaq  üçün    ştuserdən  əvvəl  qaz  xəttinə  metanol 



142 

 

vuruldu.  Qaradağ  YQA-da  isə,  layihəyə  əsasən,  quyulardan 



götürülən qazın ilkin separasiya blokunu keçdikdən sonra alçaq 

temperaturlu  separasiya  blokuna  daxil  olması,  orada  onun 

soyudulması  üçün  turbodetanderlərdən  istifadə  edilməsi  və 

separatordan  əvvəl  qaz  xəttinə  absorbent  olaraq  DEQ 

vurulması  nəzərdə  tutulmuşdur.  Lakin  qurğunun  tikintisi 

zamanı  ilkin  separasiya  bloku  tikilib  istifadəyə  verilmiş, 

turbodetander  bloku  isə  tikilməmişdir.  Quyulardan  götürülən 

qaz  şleyflərdə  ştuserlər  vasitəsilə  drossel  olduqdan  və  ilkin 

separasiya  blokunda  sərbəst  mayelərdən  ayrıldıqdan  sonra 

toztutucuları  keçməklə  qaz  kəmərinə  verilirdi.  Hidrat 

əmələgəlmənin  qarşısını  almaq  üçün  ştuserlərdən  əvvəl  qaz 

xəttinə metanol vurulurdu.  

2008-2009-cu  illərdə  Qalmaz  YQA-nın  rekonstruksiyası 

və genişləndirilməsi  zamanı qazın  nəqlə  hazırlanması üçün iki 

pilləli  separasiya  sxemi  tətbiq  edilmişdir.  Qaradağ  YQA-nın 

genişləndirilməsi  layihəsinə  uyğun  olaraq  burada  da  yeni  qaz 

paylama  məntəqəsi  yaradılmış  və  bu  məntəqədə  qazın 

hazırlanması  üçün  iki  pilləli  separasiya  qurğusu  tikilib 

istifadəyə  verilmişdir.  Bu  qurğuda  qazın  təzyiqi  həm 

şleyflərdə,  həm  də  pillələr  arası  xətlərdə  yerləşdirilmiş 

ştuserlərin köməkliyi ilə tənzimlənir. 

Hazırda  həm  Qalmaz  YQA,  həm  də  Qaradağ  YQA 

respublikamızın ərazisində qaz təminatının qeyri-bərabərliyinin 

tənzimlənməsi,  qaz  təchizatının  etibarlılığının  artırılması 

proseslərini uğurla yerinə yetirir. Qazın nəql təzyiqi isə hər iki 

sistemdə  2,0-3,0  MPa  təşkil  edir.  Bu  anbarlar  ölkəmizdə 

əhalinin  və  sənaye  sektorunun  qazla  fasiləsiz  təminatında 

mühüm rol oynayır. 

 

 

 



 

 



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə