Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


NEFT VƏ QAZ SƏNAYESİNDƏ ƏMƏYİN



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə47/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   43   44   45   46   47   48   49   50   ...   151

150 

 

NEFT VƏ QAZ SƏNAYESİNDƏ ƏMƏYİN 



TƏHLÜKƏSİZİLİYİNİN TƏMİN EDİLMƏSİNİN 

PROBLEMLƏRİ HAQDA 

 

     Magistr:                                          Elmi rəhbər: 



     Əzizov Rahim Rasim oğlu            dos. N.E.Zeynalov  

     I kurs, qrup A2327 

 

Hal  hazırda  neft  və  qaz  müəssisələri  öz  fəaliyyətini  elə 



formada həyata keçirir ki,onun obyektlərinin qurasdırılması və 

istismarı  sağlamlıq,təhlükəsizlik  texnikası  və  ətraf  mühitin 

mühafizəsi standartlarına uyğun olaraq yüksək səviyyədə təmin 

edilsin.Hər  bir  müəsisədə  əməyin  mühafizəsi  işlərinin 

təkminləşdirilməsini təmin edən vəzifələrini və ya məqsədlərin 

əhəmiyyəti    geniş  qəbul  edilməlidir.Təşkilatda  hər  hansı 

səviyyədə  qəbul  edilən  məqsəd  və  ya  vəzifələr  sağlamlıq 

təhlükəsizlik  texnikası  və  ətraf  mühitin  mühafizəsi  üzrə 

səmərəli  idarəetme  sisteminin  fundamental  tərkib  hissəsi 

olmalıdır. 

Qeyd 

etmək 


lazimdir 

ki,istehsal 

obyektlerinin 

layihələndirilməsi  tikinti  və  istismara  verilməsi  zamanı  güclü 

mühəndis  nəzarətinin  standart  və  tədbirlərin  tətbiqi  sayəsində 

mövcud təhlükəsizlik texnikası gücləndirilməli səhhət  və ətraf 

mühitlə bağlı təhlükəli hallar minumuma  endirilməlidir. 

Ümumiyyətlə  mədənlərdə  və  muəssisələrdə  işlərin 

müəyyən  olunmuş  parametrlərə  uyğun  şəkildə  aparılması 

risklərə nəzarət etmək üçün zəruridir.Odur ki,qanuniləşdirilmiş 

tədbirlər  struktur  nəzarəti  və  texniki  xidmət  sistemi  əməyin 

mühafizəsi  üçün  etibarli  sistem  və  nəzarət  cihazlari 

müəssisənin  təmiz  və  səliqəli  vəziyyətə  saxlanılması  və  bu 

tədbirləri  və  təcrübəni  müvafiq  surətdə  həyata  kecirən  yüksək 

ixtisasli heyyət olmasi məqsədə uyğun sayilmalıdır. 

Neft  və  qaz  sənayesinin  hər  bir  müəssisəsində  işçilərin 

xəsarət  və  xəstələrdən  qorunması  üçün  iş  muhitində  təhlükəli 



151 

 

maddələrin  təsirinə  məruz  qalmaqla  bağlı  riskləri  aradan 



qaldırmaq və ya müəssisə işçilərinin və podratçıların müdafiəsi 

məqsədi  ilə  onların  məruz  qaldıqları  təhlükələrlə  bağlı  xəsarət 

və  xəstəliklərin  nəticələrini  minumuma  çəkdirmək  üçün  bütün 

potensial  təhlükəli  hallar  aşkarın  edilməsi  qiymətləndirilməli 

ve nəzarətə götürülməsi vacib sayilmalıdır. 

Bütün  deyilənlərin  istehsalatda  həyata  keçirilməsi 

təhlükəsiz iş şəraitinin yaradılmasında mühüm rol oynayır. 

 

NEFT QAZ QUYULARININ QAZILMASINDA QƏZA 



VƏ MÜRƏKKƏBLƏŞMƏLƏRİN LƏĞVİ VƏ 

QARŞISININ ALINMASINDA HƏYAT 

FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİNİ 

TƏDBİRLƏRİNİN İŞLƏNİB HAZIRLANMASI. 

 

 Magistr:                                              Elmi rəhbər: 

 Qaybaliyev Rüstəm Qara oğlu            dos. A.S.Sadıqov 

 II kurs, qrup A2316 

 

 

Araşdırmalar nəticəsində aşkar olunmuşdur ki, quyularda 



baş  vermis  ən  çox  qəza  alət  tutulmasıdır.  Bu  qəzaların 

yaranması səbəbi əsasən aşağdakılardan ibarət olur. 

-

 

Novların yaranması zamanı ortaya çıxan tutulmalar; 



-

 

“Quyu-lay” sistemlərində təzyiq düşküsü zamanı baş 



verən tutulmalar; 

-

 



Quyuların yuyulması zamanı yaran tutulmalar 

Zaman  keçdikcə  quyu  divarının  möhkəmliyini  itirilməsi 

nəticəsində  lüləyin  daralması  nəticəsində  əmələ  gələn 

tutulmalar.     

Neft-qaz  quyularının  qazılması  zamanı  çox  sayda  baş 

verə biləcək qəzalar vardır. Neft-qaz qaz quyularının qazılması 

zamanı baş verə biləcək qəzalar texnoloji prosesin pozulmasına 

yol açan amillər nəzərdə tutulur. Bu amilləri yaradan faktorlar 

qazıma  kəmərinin  quyuda  tutulması  və  yaxud  qazıma 



152 

 

kəmərinin  hər  hansı  bir  hissəsinin  sınaraq  quyuda  qalmasına 



səbəb olur. 

Araşdırmalar zamanı həmçinin  müəyyən olunmuşdur ki, 

quyuların qazılması zamanı  mürəkkəbləşmələr əsasən geoloji, 

texniki  və  digər  səbəblərdən  meydana  gəlirlər.  Neft-qaz 

quyusunda yaranan mürəkkəbləşmə o deməkdir ki, quyu lüləsi 

öz  funksiyasını  itirir  və  bunun  nəticəsində  qazıma  prosesi 

çətinləşir,  hətda  elə  vaxt  olur  ki,  qazıma  prosesi  mümkün 

olmur.  Müşahidə  edilmiş  mürəkkəbləşmələrə,  quyunun 

lüləsinin  divarlarının  möhkəmliyinin  və  dəyanətliliyinin 

itirilməsi,  neft-qaz-su  təzahürlərinin  baş  verməsi  və  işlək 

vəziyyətdə olan kəmərdə yaranan mürəkkəbləşmələri aid etmək 

olar. 


 

Belə  mürəkkəbləşmələrin  ləğv  edilməsi  və  həmçinində 

xəbərdarlığı üçün aşağda ki, təkliflər irəli sürülür. 

-

 



Qazıma  kəmərini  açıq  lülə  içərisində  uzun  muddət 

hərəkətsiz saxlanmasına yol verilməməli

-

 

Həlqəvi fəzada mayenin hündürlüyə qalxma sürətinin 1.5 



m/san-dən az olmamasına yol verməmək; 

-

 



Qazıma məhlulu sıxlığının nəzərə çarpacağı dərəcədə 

dəyişməsinə yol verilməməli; 

Quyuda  hidrostatiki  təzyiqin  təyinində  əsasən  qazıma 

məhlulunun  sıxlığının  hesabatında  Amerika  Neft  İnsitutu  və 

QOST  tərəfindən  verilmiş  təklifləri  quyunun  yuması  zamanı 

hidrodinamiki təzyiqin təyini ilə əlaqələndirmək. 

 

NEFTIN

 



 

ASILI

 

HISSƏCIKLƏRIN

 

SƏMT

 

SULARINDAN

 



 

ONLARIN

 

ZƏRƏRLI

 

QARIŞIQLARINDAN

 

TƏMIZLƏNMƏSI 

Magistr:                                              Elmi rəhbər: 

Sadiqbəyli Şəbnəm Gəray qızı             Prof.  Rzayev A.H 

II kurs, qrup A2316 

 

Lay 


suyu 

ilə 


birlikdə 

hasil 


edilən 

neftin 



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə