Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə55/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   51   52   53   54   55   56   57   58   ...   151

176 

 

materiallar  aidiyyatı  olan  ənənəvi  materialların  xassələrinə 



malikdir  və  bir  çox  göstəriciyə  görə  bu  materiallardan 

üstündür. Bir çox hallarda onlar yüksək möhkəmliyə, müxtəlif 

mühitlərin təsirinə qarşı davamlılığa, yüngüllüyə və asan emal 

olunma qabiliyyətinə malikdir. 

Tikintidə  geniş  istifadə  olunan  kompozit  materiallar  

sırasında  plastobetonlar  xüsusi  yer  tutur.  Plastobetonlar  tikinti 

kompozit  materialların  böyük  bir  qrupudur.  Ənənəvi 

materiallardan  fərqli  olara  burada  mineral  əlaqələndiricilər 

polimer əlaqələndiricilər ilə əvəz olunub. Mineral komponentin 

miqdarından  asılı  olaraq  plastobetonlar  yüngül,  orta  və  ağır 

olurlar.  Plastobetonun  xüsusi  xassələrindən  aşağıdakıları  qeyd 

etmək 


olar:  yüksək  möhkəmlik,  yüksək  hidrofobluq, 

temperaturun  dəyişməsinə  olan  davamlılıq,  aşılanmaya  qarşı 

yüksək  davamlılıq,  kimyəvi  aqressiv  mühitə  qarşı  davamlılıq 

və  ənənəvi  beton  ilə  müqayisədə  yüngül  çəki.  Qeyd  olunan 

xüsusiyyətlərə görə plastobeton adi betonun istifadəsi mümkün 

olmayan  yerlərdə  tətbiq  oluna  bilər.  Müasir  şəraitdə  istənilən 

tikinti  materialın  mühüm  göstəricisi  onun  aqressiv  mühitin 

kimyəvi  təsirinə  qarşı  davamlılığıdır.  Bu  hal  plastobetonun 

sənaye tikintisində onun səthi mühafizə olunmadan istifadəsinə 

imkan verir. 

Sənayedə  istifadə  olunan  müxtəlif  borular,  novlar  bə 

tutumlar  plastobetondan  hazırlanır.  Bunlar  geniş  çeşiddə 

kimyəvi  aqressiv  mayelərin  saxlanılmasında  istifadə  edilir. 

Plastobetonun  digər  şərtsiz  üstünlüyü  onun  yenidən  təkrar 

emalıdır.  Plastobeton  istehsalçıları  bu  materialın  50  illik 

istifadə  müddətinə  zəmanət  verir.  Istifadə  müddəti  bitəndən 

sonra  plastobeton  təkrarən  emal  olunaraq  istifadə  edilə  bilər. 

Plastobetonun tərkibində mineral komponent kimi ucuz və asan 

əldə olunan materialların istifadəsi böyük əhəmiyyət kəsb edir.  

İşin  məqsədi  yüksək  dispers  halında  olan  ucuz  mineral 

komponent  və  polimer  əlaqələndirici  əsasında  plastobetonun 

alınmasıdır.  Bununla  yanaşı  alınan  material  yüksək 



177 

 

möhkəmliyə,  hidrofobluğa  malik  və  çəkisi  ənənəvi  betondan 



yüngül olmalıdır.  

Yuxarıda qeyd olunan məqsədə nail olmaq üçün mineral 

komponent kimi məişət tullantıların yandırılması zamanı əmələ 

gələn dib  külündən  və əlaqələndirici  kimi  epoksid pastasından 

istfadə olunur. Bu zaman vacib ekoloji məsələ - küllü miqdarda 

əmələ gələn dib külünün utilizasiyası məsələsi də həll olunur.  

Aparılmış  tədqiqatlar  nəticəsində  yuxarıda  qeyd  olunan 

komponentlər  əsasında  plastobetonun  alınması  texnologiyası 

öyrənilibdir  və  tərkibində  10,  20,  40,  60  və  80%-ə  qədər 

mineral komponenti olan kompozitlər alınıbdır. 

Alınmış  kompozitlərin  8  saat  ərzində  isti  asetonda 

yuyulması  yolu  ilə  müəyyən  edilmişdir  ki,  mineral 

komponentin  miqdarı  80%  -ə  kimi  artdıqda  nümunələrin 

bərkimə dərəcəsi 75%-ə qədər azalır. 

Bundan  əlavə  müəyyən  edilmişdir  ki,  plastobeton 

nümunələri 

yüksək 

hidrofobluğa 



malikdir. 

Mineral 


komponentin  miqdarının  artması  ilə  hidrofobluğun  bir  qədər 

azalması müşahidə olunub.              

      

 

EKSTRAKSIYA  FOSFAT TURŞUSU ISTEHSALI  



TULLANTILARININ  UTILIZASIYASI 

 

Magistr:                                           Elmi rəhbər:  

İsmayılova Afina Cavanşir            dos.Məmmədova G.M.     

II kurs,qrup A3116                           

 

 

 



 

        


Fosfat  turşusunun  sənayedə  termiki  və  ekstraksiya 

üsulları  ilə alınması məlumdur. Bu üsullar müxtəlif  olduqları 

kimi alınan tullantıların tərkibi  də müxtəlif olur. 

Ekstraksiya  üsulu  ilə    fosfat  turşusu    istehsalı  zamanı 

əmələ  gələn    tullantılar  əsas  etibarilə  fosfogipsdən  və  flüorlu 

birləşmələrdən ibarətdir. 




178 

 

Fosfogips tərkibində olan P



2

O

5



 və  flüordan təmizlənmək 

üçün  müxtəlif  proseslərdən  keçirilir.  Bunlardan  ən  sadəsi 

fosfogipsin  yuyulmasıdır  ki,  o  da  müxtəlif  üsullarla  həyata 

keçirilir. 

Fosfogips şoran torpaqların melorasiyasında istifadə edilə 

bilər.  Belə  ki,  onun    verilməsi  ilə    torpaqdakı  Na

+

  ionu  tez 



yuyulan  Na

2

SO



4

-ə  çevrilir.  Torpaqda  istifadə  edilərkən 

fosfogipsin P

2

O



5

-dən təmizlənməsinə ehtiyac olmur. 

Fosfogipsin    geniş  tətbiq  sahələri  məlumdur.  Ondan 

sulfat  turşusu,  sement,  əhəng  və  s.    istehsalında  ammonium 

sulfatın  ,  həmçinin  CaSO

4

·C



10

  (NH


2

)

2



  tipli  azotlu  gübrənin 

alınmasında  istifadə  edilir,  linoleum  və  kağız  istehsalında 

doldurucu kimi tətbiq edilir. 

EFT-da  ətraf  mühitin  ekologiyasına  böyük  zərər  vuran 

komponentlərdən  biri  də    flüorlu  birləşmələrdir.  Flüorlu 

birləşmələr  biosferə,  bitki  və  heyvanlar  aləminə  zəhərləyici 

təsir  göstərır.  Flüorlu  birləşmələr  xammalda  həll  olmayan 

duzlar şəkllində olsalar da, xammalın emalından sonra flüor 

həllolan  birləşmələrin  tərkibinə  keçir.  Digər  tərəfdən  bu 

birləşmələr  qiymətli  xammal  hesab  edilir.  Ona  görə  də 

tullantı  kimi  ayrılan  flüorlu  birləşmələr  tamamilə  istifadə 

olunur.  Üzvi  sintezdə,  şüşə  sənayesində  və  əlvan 

metallurgiyada bu birləşmələr müvəffəqiyyətlə tətbiq olunur. 

Tullantının  qaz fazasını  SiF

4

  və  HF  təşkil  edir. Bu  



fazanın    50-60%-i    flüorun    payına  düşür.  Hər    iki    üsulla  

alınan fosfat  turşusunu  buraxlandıran  zaman  ayrılan  SiF

4

  

və    HF    su    ilə    udulanda    H



2

SiF


6

    turşusunun  10-15%-li  

məhlulu    alınır.  H

2

SiF



6

    turşusunun    duru  məhlulu    əsasən  

süzgəcləri  yumaq,  qatı  məhlulu  ilə  flüoridlər  və  silisium-

flüoridlər    istehsal    etmək    üçün      işlədilir.Ayrılan      qazları  

atmosferə  ötürməmək  və itkiyə  yol  verməmək  məqsədilə  

onlar  resirkulyasiya  olunur. 

EFT    istehsalında    ayrılan    flüorun    50%-i    utilizasiya  

olunur.  EFT    istehsalından    ayrılan    flüorlu    qazların  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə