185
çirkab sularının, netşlamın nəqli və təmizləyici qurğulara
ötürülməsi üçün Almaniya istehsalı olan “Börger”, VK-186-
5230 QD, VK-186-260 QD və digər nasoslar;“TOPAS” tipli
biotəmizləyici qurğu – 3 ədəd, 30, 50 və 150 nəfərlik. “QSS-
500”
sistemli
neftşlam
emal
edən
qurğu,
gücü
5 m
3
/saat;“VEW Sistem Specification” tipli separator qurğusu,
neftlə çirklənmiş suların təmizlənməsi üçün, gücü 5 m
3
/saat;
BP-şirkətinin tətbiq etdiyi su təmizləyici qurğular:
Dissolved Gas Flotation(DFG) unit; Hidrocyclone system;
Granular Media Filter (GMF);Guard Filters;Sludge Storage
Tanks; Centrifuge.
TƏBİİ NAFTEN TURŞULARI ƏSASINDA
MÜRƏKKƏB EFİRLƏRİN-QLİKOL EFİRLƏRİNİN
ALINMASI
Magistrant:
Elmi Rəhbər:
Abdullayev İlham İlqar oğlu
prof.Mustafayev S.Ə.
II kurs. Qrup - A3326
Neft və neft məhsullarından ayrılan naften turşuları və
onların törəmələri qiymətli texniki xassələrə malikdirlər.Bu
törəmələr arasında mürəkkəb efirlər polimer materiallar üçün
plastifikatorlar,yüksək istismar xassələrinə malik olan sürtgü
yağları,korroziya ingibitorları və bir sıra maddələrin
alınmasında geniş tətbiq edilir.Bu istiqaməti inkişaf etdirmək
üçün naften turşuları əsasında qlikol efirlərinin alınması
olduqca
perspektivli
sayılır.Tədqiqatın bu istiqamətdə
aparılması üçün xammal kimi dəniz neftləri qarışığından alınan
kerosin-qazoyl fraksiyasının qələvi təmizlənməsindən ayrılan
naften turşularından xammal kimi istifadə edilmişdir.Naften
turşularının mürəkkəb qlikol efirlərini almaq üçün ilk öncə
naften turşularının yüksək reaksiya qabiliyyətli xloran
hidridləri alınmışdır.Bunun üçün naften turşuları neytral
karbohidrogenlərdəncüt hidridlərlə təmizləndikdən sonra analiz
186
edilərək xassələri müəyyən edilmişdir: T
qay
=80-208
0
C/0.27
kPa,
n
20
=1.4592,sıxlığı=954.4 kq/m
3
,T
ə
=265.5
mq
KOH/q.Naften turşularının xloranhidridləri PCl
3
ilə aşağıdakı
reaksiya üzrə alınmışdır:
3RCOOH+2PCl
3
→3RCOCl+P
2
O
5
+3HCl
Sintez edilmiş xloranhidrid vakuum altında qovulduqdan
sonra fraksiyalara ayrılmış və xassələri aşağıda göstərilmişdir:
T
qay
=130-147
0
C/0.37kPa,n
20
=1.4789,sıxlığı=1018.2
kq/m
3
, % Cl=19.8
Sonra alınmış naften turşularının xloranhidridlərinin
etilenqlikolla asilləşmə reaksiyaları aparılmışdır.Reaksiya
aşağıdakı kimi gedir:
RCOCl+HOCH
2
-CH
2
OH→RCOOCH
2
-CH
2
OH (1)
RCOCl+HOCH
2
-CH
2
OH→RCOOCH
2
-CH
2
OOR (2)
Reaksiyaya girən komponentlərin mol nisbətlərindən asılı
olaraq etilenqlikolun mono- və bis- efirlərinin çıxımı dəyişir.
Xloranhidridin etilenqlikola olan nisbəti 1:1 olduqda
monoefirin (1) çıxımım88-90%,bis- efirlərin çıxımı 10-12% və
əksinə 2:1 olduqda isə bis-efirin çıxımı 85-90%,monoefirin
çıxımı isə 10-15% təşkil edir.Aralıq reaksiyaların getməməsi
üçün eterifikasiya üçetilaminin iştirakı ilə benzol mühitində
(reaksiya həcminin 30%-i qədər) aparılmışdır.
Məlum olmuşdurki, 55-60
0
C temperaturda monoefirin
maksimal çıxımına nail olunur.
TƏBİİ NEFT TURŞULARININ
NİTROTÖRƏMƏLƏRİN DUZLARININ CO
2
MÜHİTİNDƏ KORROZİYASININ KİNETIKASINA
TƏSİRİ
Tələbə: Rəhbər:
Əliyeva Almaz Rasim dos.Məmmədova N.Ə
III kurs, 327.5
Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etdiyi
187
qlobal və yerli mühitdə metal tərkibli avadanlıqların
korroziyadan mühafizəsi aktual problemlərdən biridir. Bu
problem daha çox neft sektorunun əsası olan neft və qaz
hasilatı, nəqli və emalı zamanı polad avadanlıq və boru
kəmərlərinin atmosfer korroziyasının təsirinə məruz qalması ilə
bağlıdır. Eyni zamanda kənd təsərrüfatı texnikası və hərbi
texnikanın istismar müddətindən daha çox konservasiya
şəraitində saxlandığı nəzərə alınarsa, bu sferada intensiv
korroziya proseslərinin mövcudluğu aydın görünür. Korroziya
prosesləri yaratdığı iqtisadi problemlərlə bərabər, planetimizin
ekoloji faktorlarının da kəskin dəyişməsinə səbəb olur. Hər il
dünya miqyasında istehsal olunan metalların 15-20%-i
korroziya nəticəsində yararsız hala düşür.Bu baxımdan baş
vermiş korroziya proseslərinin qarşısını almaq üçün yüksək
effektivliyə malik korroziya inhibitorlar və inhibitorla
mühafizə materiallarını almaq üçün xammalların seçilməsi
vacibdir.
Təqdim etdiyimiz tədqiqat işində CO
2
mühitində
poladın korroziyasında sintez edilmiş təbii neft turşusunun allil
və vinil efirlərinin nitrotörəmələri əsasında alınmış duzlar təklif
edilmişdir. Qeyd etmək lazımdır ki, korroziya prosesi həm
CO
2,
həm də H
2
S mühitində öyrənilmişdir, lakin ədəbiyyatda
H
2
S mühitində korroziya prosesləri və onlardan müdafiə
üsulları haqqında məlumatların çox geniş olduğunu nəzərə
alaraq,
biz
CO
2
mühitində
korroziya
proseslərinin
öyrənilməsinə daha çox diqqət yetirmişik.
CO
2
ilə doymuş suda 1% NaCl məhlulunda C1018
poladının CO
2
korroziyasının kinetikasına təsiri öyrənilmişdir.
Tədqiqat işində təbii neft turşusundan doymamış allil və
vinilefirləri alınmış, onların nitrotörəməli sintez edilmiş və
alınan nitrotörəmələr əsasında Na və K duzları alınmışdır.
Alınan duzlar CO
2
mühitində korroziya inhibitoru kimi təklif
edilmişdir. Aparılmış təcrübələrin nəticələri cədvəldə
verilmişdir.