Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə58/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   54   55   56   57   58   59   60   61   ...   151

185 

 

çirkab  sularının,  netşlamın  nəqli  və  təmizləyici  qurğulara 



ötürülməsi  üçün  Almaniya  istehsalı  olan  “Börger”,  VK-186-

5230  QD,  VK-186-260  QD  və  digər  nasoslar;“TOPAS”  tipli 

biotəmizləyici  qurğu  –  3  ədəd,  30,  50  və  150  nəfərlik. “QSS-

500” 


sistemli 

neftşlam 

emal 

edən 


qurğu, 

gücü 


5  m

3

/saat;“VEW Sistem Specification” tipli separator qurğusu, 



neftlə çirklənmiş suların təmizlənməsi üçün, gücü 5  m

3

/saat;  



BP-şirkətinin  tətbiq  etdiyi  su  təmizləyici  qurğular: 

Dissolved  Gas  Flotation(DFG)  unit;  Hidrocyclone  system; 

Granular  Media  Filter  (GMF);Guard  Filters;Sludge  Storage 

Tanks; Centrifuge. 

 

TƏBİİ NAFTEN TURŞULARI ƏSASINDA 

MÜRƏKKƏB EFİRLƏRİN-QLİKOL EFİRLƏRİNİN 

ALINMASI 

 

Magistrant:  



 

 

 Elmi Rəhbər: 



Abdullayev İlham İlqar oğlu  

prof.Mustafayev S.Ə. 

II kurs. Qrup - A3326 

  Neft  və  neft  məhsullarından  ayrılan  naften  turşuları  və 

onların  törəmələri  qiymətli  texniki  xassələrə  malikdirlər.Bu 

törəmələr  arasında  mürəkkəb  efirlər  polimer  materiallar  üçün 

plastifikatorlar,yüksək  istismar  xassələrinə  malik  olan  sürtgü 

yağları,korroziya  ingibitorları  və  bir  sıra  maddələrin 

alınmasında  geniş  tətbiq  edilir.Bu  istiqaməti  inkişaf  etdirmək 

üçün  naften  turşuları  əsasında  qlikol  efirlərinin  alınması 

olduqca 

perspektivli 

sayılır.Tədqiqatın  bu  istiqamətdə 

aparılması üçün xammal kimi dəniz neftləri qarışığından alınan 

kerosin-qazoyl  fraksiyasının  qələvi  təmizlənməsindən  ayrılan 

naften  turşularından  xammal  kimi  istifadə  edilmişdir.Naften 

turşularının  mürəkkəb    qlikol  efirlərini  almaq  üçün  ilk  öncə 

naften  turşularının  yüksək  reaksiya  qabiliyyətli  xloran 

hidridləri  alınmışdır.Bunun  üçün  naften  turşuları    neytral 

karbohidrogenlərdəncüt hidridlərlə təmizləndikdən sonra analiz 




186 

 

edilərək  xassələri  müəyyən  edilmişdir:  T



qay

=80-208 


0

C/0.27 


kPa, 

n

20

 

=1.4592,sıxlığı=954.4    kq/m



3

,T

ə



=265.5 

mq 


KOH/q.Naften  turşularının  xloranhidridləri  PCl

3

  ilə  aşağıdakı 



reaksiya üzrə alınmışdır: 

3RCOOH+2PCl

3

→3RCOCl+P



2

O

5



+3HCl 

Sintez edilmiş xloranhidrid vakuum altında qovulduqdan 

sonra fraksiyalara ayrılmış və xassələri aşağıda göstərilmişdir: 

T

qay



=130-147

0

C/0.37kPa,n



20

=1.4789,sıxlığı=1018.2 

kq/m

3

, % Cl=19.8 



Sonra  alınmış  naften  turşularının  xloranhidridlərinin 

etilenqlikolla  asilləşmə  reaksiyaları  aparılmışdır.Reaksiya 

aşağıdakı kimi gedir: 

RCOCl+HOCH

2

-CH


2

OH→RCOOCH

2

-CH


2

OH      (1) 

    RCOCl+HOCH

2

-CH



2

OH→RCOOCH

2

-CH


2

OOR   (2) 

Reaksiyaya girən komponentlərin mol nisbətlərindən asılı 

olaraq etilenqlikolun mono- və bis- efirlərinin çıxımı dəyişir. 

  Xloranhidridin  etilenqlikola  olan  nisbəti  1:1  olduqda 

monoefirin (1) çıxımım88-90%,bis- efirlərin çıxımı 10-12% və 

əksinə  2:1  olduqda  isə  bis-efirin  çıxımı  85-90%,monoefirin 

çıxımı  isə  10-15%  təşkil  edir.Aralıq  reaksiyaların  getməməsi 

üçün  eterifikasiya  üçetilaminin  iştirakı  ilə  benzol  mühitində 

(reaksiya həcminin 30%-i qədər)  aparılmışdır. 

  Məlum  olmuşdurki,  55-60

0

C  temperaturda  monoefirin 



maksimal çıxımına nail olunur. 

 

    



TƏBİİ NEFT TURŞULARININ 

NİTROTÖRƏMƏLƏRİN DUZLARININ CO

2

 

MÜHİTİNDƏ KORROZİYASININ KİNETIKASINA 

TƏSİRİ 

Tələbə:                                              Rəhbər: 

Əliyeva Almaz Rasim                       dos.Məmmədova N.Ə 

III kurs, 327.5     

 

 

 



  

 

Müasir  dövrdə  texnologiyanın  sürətlə  inkişaf  etdiyi 




187 

 

qlobal  və  yerli  mühitdə  metal  tərkibli  avadanlıqların 



korroziyadan  mühafizəsi  aktual  problemlərdən  biridir.  Bu 

problem  daha  çox  neft  sektorunun  əsası  olan  neft  və  qaz 

hasilatı,  nəqli  və  emalı  zamanı  polad  avadanlıq  və  boru 

kəmərlərinin atmosfer korroziyasının təsirinə məruz qalması ilə 

bağlıdır.  Eyni  zamanda  kənd  təsərrüfatı  texnikası  və  hərbi 

texnikanın  istismar  müddətindən  daha  çox  konservasiya 

şəraitində  saxlandığı  nəzərə  alınarsa,  bu  sferada  intensiv 

korroziya  proseslərinin  mövcudluğu  aydın  görünür.  Korroziya 

prosesləri  yaratdığı  iqtisadi  problemlərlə  bərabər,  planetimizin 

ekoloji  faktorlarının  da  kəskin  dəyişməsinə  səbəb  olur.  Hər  il 

dünya  miqyasında  istehsal  olunan  metalların  15-20%-i 

korroziya  nəticəsində  yararsız  hala  düşür.Bu  baxımdan  baş 

vermiş  korroziya  proseslərinin  qarşısını  almaq  üçün  yüksək 

effektivliyə  malik  korroziya  inhibitorlar  və  inhibitorla 

mühafizə  materiallarını  almaq  üçün  xammalların  seçilməsi 

vacibdir. 

Təqdim  etdiyimiz  tədqiqat  işində  CO

2

  mühitində 



poladın korroziyasında sintez edilmiş təbii neft turşusunun allil 

və vinil efirlərinin nitrotörəmələri əsasında alınmış duzlar təklif 

edilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  korroziya  prosesi  həm 

CO

2, 



həm  də  H

2

S  mühitində  öyrənilmişdir,  lakin  ədəbiyyatda 



H

2

S  mühitində  korroziya  prosesləri  və  onlardan  müdafiə 



üsulları  haqqında  məlumatların  çox  geniş  olduğunu  nəzərə 

alaraq, 


biz 

CO



mühitində 

korroziya 

proseslərinin 

öyrənilməsinə daha çox diqqət yetirmişik. 

CO



ilə  doymuş  suda  1%  NaCl  məhlulunda  C1018 



poladının  CO

korroziyasının  kinetikasına  təsiri  öyrənilmişdir. 



Tədqiqat  işində  təbii  neft  turşusundan  doymamış  allil  və 

vinilefirləri  alınmış,  onların  nitrotörəməli  sintez  edilmiş  və 

alınan  nitrotörəmələr  əsasında  Na  və  K  duzları  alınmışdır. 

Alınan  duzlar  CO

mühitində  korroziya  inhibitoru  kimi  təklif 



edilmişdir.  Aparılmış  təcrübələrin  nəticələri  cədvəldə 

verilmişdir. 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə