Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


NEFT NAFTEN TURŞULARIN NEYTRAL



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə57/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   53   54   55   56   57   58   59   60   ...   151

182 

 

NEFT NAFTEN TURŞULARIN NEYTRAL 



KARBOHIDROGENLƏRDƏN TƏMIZLƏNMƏSI 

ÜSULUNUN IŞLƏNMƏSI 

 

Magistrant   



 

 

Elmi rəhbər  



Cəlilov Abdulla Zahid oğlu 

prof . Mustafayev S.Ə. 

II kurs, A3326 qrup 

 

Yanacaq  və  yağlardan  naften  turşularını  ayırmaq  üçün 



neft  emalı  zavodlarında  onları  natrium  hidroksidin  sulu 

məhlulu  ilə  işləyərək  naften  naftenatlar  şəklində  ayırırlar. 

Alınan məhlula zavod təcrübəsində “qələvi tullantılar” deyilir. 

Qələvi tullantılarını mineral turşularla tam parçalayaraq “xam” 

naften turşuları alırlar. Bu turşuların  tərkibində xeyli miqdarda 

yağ  karbohidrogenləri  və  fenollar  qalır  ki,  bunlar  da  naften 

turşuları  əsasında  faydalı  neft  –  kimya  məhsullarının 

alınmasında  böyük  çətinliklər  yaradır.  Bu  qarışıqları  naften 

turşularından təmizləmək üçün hələ indiyə qədər sənaye üsulu 

yaradılmamışdır.  Göstərilən  istiqamətdə  tədqiqatları  davam 

etdirmək  üçün  natrium  naftenatların  qələvi  tullantılarından 

ayrılması aşağıdakı reaksiya ilə aparılmışdır:  

RCOONa + CuSO

4

 →(RCOO)



2

Cu + NaOH 

Aparılan  tədqiqatlar  göstərmişdir  ki,    (RCOO)

2

Cu 



çöküntüsü  əmələ  gələn  zaman  qələvi  tullantıları  ilə  ayrılan 

neytral karbohidrogen qarışıqları adsorbsiya olunurlar.    

(RCOO)

2

Cu  –  dən  neytral  karbohidrogenləri  ayırmaq 



üçün  onları  yüngül  benzin,  heksan,  benzol  və  s.  həlledicilərlə 

ekstraksiya  yolu  ilə  ayrılması  prosesləri işlənib  hazırlanmış  və 

aparılan  tədqiqatların  nəticələri  göstərir  ki,  bu  üsulla  alınan 

turşuların  təmizlik  dərəcəsi  97  –  99  %  -ə  çatır  və  bu  turşular 

neft  –  kimya  prosesləri  üçün  tam  yaralı  xammal  kimi  istifadə 

edilə bilər. Tədqiqatlar hal-hazırda davam edir.   




183 

 

NEFT SƏNAYESININ SU TƏMIZLƏYICI 



QURĞULARININ EKOLOJI VƏZIYYƏTININ 

ANALITIK TƏHLILI 

 

Magistr:                                              Elmi rəhbər: 

Abdullayev Əkbər Bəxtiyar oğlu       dos. Məmmədova F.M 

II kurs,qrup TMA 16/17 

 

Ətraf  mühitin  çirklənməsində  neft  sənayesi  əsas 



yerlərdən birini tutur.Neft sənayesində ətraf mühiti çirkləndirən 

əsas  mənbələr  neftin  çıxarılması  ,nəqli,onun  emalı,emaldan 

alınmış 

məhsulların 

istifadəçiyə 

çatdırılmasıdır.Neft 

sənayesinin  çirkab  sularına  neftin  çıxarılması  zamanı 

alınan,neft  bazalarında  neftdən  ayrılan  ,tankerlərdə  ballast 

sular,nasos  kompressor  stansiyalarındakı  sular,həmçinin 

qurğuların  soyudulması  zamanı  işlədilən  sular  və.s  aiddir.Bu 

sənaye  sahəsi  böyük  su  istehlakçısıdır.Neft  emalı  sənayesinin 

ən  problemli  tullantıları  külli  miqdarda  turş  qudron,yağlı 

sintetik 

turşulu 


və 

kükürdlü 

qələvili 

çirkab 


sularıdır.YUNESKO-nun  məlumatına  görə,neft  və  neft  kimya 

sənayesinin  çirkab  sularının  tərkibində  yüksək  toksikliklər 

səbəbindən  ətraf  mühitin  ən  təhlükəli  siyahısına  aid  olan 

neft,mazut,kerosin,yağlar  və  müxtəlif  kimyəvi  maddələr 

(tetraetil  qurğuşunun,fenol  və.s)  olur.Neft  məhsulları 

emulsiyalı, həll olmuş formada həlledici ola bilər və səthdə bu 

cür məhsullar üzən təbəqə əmələ gətirir.Bu cür hallara Abşeron 

yarımadasında  quyu  ətrafında  neft  anbarları  və  çirkab  lay 

sularının  gölməçələrində  də  rast  gəlmək  olur.Abşeron 

yarımadasının  bir  çox  gölləri  də  lay  suları  ilə  çirklənməyə 

məruz qalmışdır.Odur ki,çirkli suların ətrafa  yayılması riskləri 

qalmaqdadır. 

İşin  məqsədi:  Biz  neft  sənayesinin  çirkab  sularında 

maddələrin  normal  limit  göstəricilərini  normada  saxlamaq 

məqdəsilə  təmizləyici  qurğular  və  avadanlıqların  analitik 



184 

 

təhlilini  aparacıq  və  tədqiqatları  bu  istiqamətlərdə  davam 



etdirəcik. 

Çirkab  sularını  neft  məhsullarından  təmizləmək  üçün 

üsulun  seçilməsi  aşağıdakılara  əsaslanır:  çirkab  suyunun 

miqdarı  və  onların  tərkibi,çirkab  sularının  tərkibində  olan 

qiymətli  qarışıqların  alınması  və  istifadə  edilməsinə,  ilkin  və 

təmizlənmiş  çirkab  sularının  texnoloji  proseslərdə  və  su 

təchizatında 

dövri 


sistemlərdə 

təkrar 


istifadə 

olunmasına.Ekspriment  tətqiqatlar  aparılır  və  bu  nəticələrə 

görə optimal təmizlənmə üsulu seçilir.

   


Qabaqcıl  dünya  təcrübəsi  və  yeni  texnologiyaların  tətbiqinə 

əsaslanaraq  ölkəmizdə  də  müasir  ekoloji  monitorinq  sistemi 

yaradılmış,  ətraf  mühit  komponentlərinin  dəqiq  analizi  və 

qiymətləndirilməsi məqsədilə respublikanın müxtəlif bölgələrində, o 

cümlədən ölkəyə daxil olan transsərhəd çayların üzərində ən müasir 

cihazlarla  təmin  olunmuş  analitik  tədqiqat  laboratoriyaları  təşkil 

edilmişdir.  Çoxfunksiyalı  və  avtomatik  rejimdə  işləyən  müasir 

cihazlar havada, suda və torpaqda 3 mindən artıq çirkləndiricini təyin 

etməyə imkan verir.  

Əsasən  neft  və  neft  məhsulları  olan  çirkab  suları  təmizləmək 

üçün  ümumi  tipli  təmizləyici  qurğulardan  istifadə  edilir.Bu  tip 

təmizləyici qurğularda mexaniki,fiziki kimyəvi və bioloji təmizləmə 

üsulları  tətbiq  olunur. 

Mexaniki 

təmizləmə 

qurğularına: 

qumtutucuları,  nefttutucuları,  çökdürücülər,  flotator  və  süzgəc 

qurğuları  və.s  aiddir.  Bu  qurğularda  çirkab  sular  nisbətən  iridənəli 

qarışıqlardan  təmizlənir.Fiziki  kimyəvi  təmizləmə  qurğularına  : 

kimyəvi reagentin tətbiqi ilə flotator qurğusu və kaoqulyantın tətbiqi 

ilə  qurğu  daxildir.  Bioloji  təmizləmə  qurğularına  isə  aerotenlər, 

biosüzgəclər və bioloji gölməçələr və.s aiddir. Çirkab suların daha  

Azərbaycanda  istifadə  olunan  təmizləyici  qurğular  və 

avadanlıqlar:   

layihə  gücü  2  500  m

3

/saat  olan  mexaniki 



təmizləyici  qurğular  sistemi  (H.Əliyev  adına  BNEZ-nun  9-cu 

sexinin  ərazisində); layihə  gücü  1200  m

3

/saat 


olan 

Almaniyanın  “FACET“  şirkətinin  təmizləyici  separatorlar 

qurğusu; layihə gücü 1 600  m

3

/ saat olan mexaniki təmizləyici 



qurğular  sistemi  (“Azərneftyağ”  NEZ-nun  ərazisində);sənaye-


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə