Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə54/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   50   51   52   53   54   55   56   57   ...   151

173 

 

texnologiyalarının  köməyinə  və  müxtəlif  çatışmazlıqlara, 



nahamar səthə  malik  olan kapsullaşdırılmış  mineral  gübrələrin  

üzərinə  qalın  örtük  qatının  çəkilməsinə  əsaslanaraq  həyata 

keçirilir.  Bu  prosesi  qoruyucu  örtüyün  çəkilməsinə  görə 

kapsullaşdırılma,  eləcə  də,  proses  zamanı  hissəciklərin 

ölçülərinin  bir  qədər  böyüməsi  (dənəvərlərin  davamlılğını  və 

həllolma 

müddətini  artırır)  müşahidə  olunduğu  üçün 

dənəvərləşdirmə adlandırmaq olar.

 

Dənəvərləşdirmə  –    hissəciklərin  müəyyən  spektr  ölçü, 



forma,  zəruri  quruluş  və  fiziki  xassələrinin  formalaşmasını 

təmin edən fiziki və fiziki-kimyəvi proseslərin məcmusudur. 

Suda  həllolma  qabiliyyətinə  malik  olan  mineral 

gübrələrin 

kapsullaşdırılması 

zamanı 


dənəvərlər 

su 


məhlullarının  çətin  və  ləng  daxil  olmasını  təmin  edən  örtüklə 

örtülməlidirlər.  Beləliklə  ləng  təsir  göstərən  gübrələr  əldə 

olunur.  Üzərində  təbəqə  olan  gübrələr  daha  üstün  fiziki-

mexaniki  xassələrə  malikdirlər:  daha  az  hiqroskopikdirlər, 

mexaniki  cəhətdən  daha  davamlıdırlar,  saxlanılma  zamanı 

yaprıxmırlar.  

Materialların  təbəqə  ilə  örtülməsi  onları  ətraf  mühitin 

təsirindən qoruyur, aktiv maddənin qısa müddətdə ayrılmasının 

qarşısını  alır  və    ya  müəyyən  vaxt  intervalında  ayrılmasını 

təmin  edir,  məhsulların  toksikoloji  göstəricisini  aşağı  salır, 

davamsız  maddələrin  saxlanma  müddətini  artırır,  bir-birinə 

qarışmayan  və  reaksiyaya  daxil  olan  maddələri  qarışdırmağa 

imkan  verir,  yeni  fiziki  və  fiziki  -  kimyəvi  xassələrin  əldə 

olunmasına səbəb olur. 

Mineral  gübrələrin  geniş  tətbiqi  müsbət  təsiri  ilə  yanaşı 

bir  sıra  ekoloji  problemlər  də  yaradır  ki,  bunlardan  ən  kəskin 

olanı  –  bitkilər  tərəfindən  mənimsənilməyən  qida  elementləri 

ilə  aqroekosistemlərin  çirklənməsidir.  Mineral  gübrələrin 

aqroekosistemlərin  neqativ  təsirini  minimuma  endirmək  üçün 

kapsullaşdırılmış  mineral  gübrələrdən  istifadə  daha  məqsədə 

uyğundur.  Kapsullaşdırılmış  mineral  gübrələrdən  istifadə 



174 

 

etməklə  gübrələrin  torpaqdan  yuyulmasının,  müxtəlif  inkişaf 



dövründə onların bitkilər tərəfindən tam mənimsənilməməsinin 

qarşısını almaq mümkündür.  

 

2-HEKSILTSIKLOHEKSANONUN 



-



HEKSILKAPROLAKTONA KATALITIK 

OKSIDLƏŞDIRILMƏSI 

Tələbə:                                                    Elmi rəhbəri: 

Əliyev Tuncay Vurğun oğlu                   Dos. Cəfərova N.Ə. 

Qrup: 345.6, II kurs 

 

Laktonlar  –  alifatik  oksiturşuların  tsiklik  efirləri  olub 



üzvi  və  neft-kimyəvi  sintezin  qiymətli  məhsullarındandır. 

Eləcə  də  bu  maddələr  xalq  təsərrüfatının  və  məişətimizim  

müxtəlif  sahələrində  istifadə  olunan  bir  çox  praktiki  dəyərli 

məhsulların  alınması  üçün  xammal  qismində  istifadə  olunur. 

Bu  baxımdan,  tədqiq  olunan  alkil  kaprolaktonlar    bioloji 

aktivliyə  malik  olan  dərman  preparatları,  iyli  və  ətirləndirici 

maddələr kimi elmə məlumdurlar . 

Aparılan tədqiqat işinin əsas məqsədi molibden V-xlorid 

və  karbamid  peroksidindən  hazırlanmış  katalitik  sistem 

iştirakında  2-n.heksiltsikloheksanonun 

-heksil-


-kaprolaktona 

oksidləşdirilməsi  olmuşdur.    Katalizatorun  mühüm  üstünlüyü 

ondan ibarətdir ki, bu oksidləşmə nəticəsində su ayrılmır və bu 

üzdən  laktonun  oksiturşuya  çevrilməsi  ilə  nəticələnən 

hidrolizinin qarşısı alınmış olur.  

İlkin maddə kimi 2-heksiltsikloheksanon götürülmüşdür. 

Oksidləşmə prosesi 40-50°С temperaturda mexaniki qarışdırıcı, 

damcı  qıfı,  əks  soyuducu  və  termometrlə    təchiz  edilmiş 

üçboğazlı  şüşə  kolbada  aşağıdakı    sxem  üzrə  aparılmışdır. 

Aparılan  tədqiqatın  nəticələri  reaksiyanın  optimal  şəraitini 

müəyyənləşdirməyə  imkan  vermişdir:  Reaksiyanın  optimal 




175 

 

temperaturu  40-50°C,  mol  nisbəti  keton:  СН



3

СООН  =  1:0,1-

0,2,  katalizatorun  miqdarı  -(5-7,5)·10

-4

q  ion  Мо



5+

/l,  reaksiya 

müddəti  isə  6  saat  qəbul  edilmişdir.  Bu  zaman    ε-heksil-ε-

kaprolaktonun  çıxımı  59,0-67,6%,  prosesin  selektivliyi  isə 

78,6-82% olmuşdur.  

 

H



H O

O

CH



3

CH

3



O

Mo

C



C

O

O



Cl

Cl

OO



OO

O

Mo



Cl

Cl

 +  2CH



3

COOH  +  2H

2

O

2



-4H

2

O



C

6

H



11

O

Mo



O

Cl

Cl



CH

3

COO



CH

3

COO



R

O

O



C

6

H



11

O

O



+

-

 



Alınmış  laktonun  spesifik  iyli  olması  bu  maddənin 

parfümer  sənayesində  ətirləndirici  kimi  kompozisiyaların 

tərkibində işlədilməsinə imkan verir.  

PLASTOBETONUN ALINMASI VƏ BƏZİ 

XASSƏLƏRİNİN ÖYRƏNİLMƏSİ 

 

   Magistr:  

        Rəhbər:  

   Babanlı Məhsəti Mustafa qızı  

   II kurs, qrup A3116 

        prof. Y.N.Qəhrəmanlı 

 

Tikinti 


materialları 

istehsalının 

müasir 

inkişafı 



mərhələsində  kompozit  materiallar  mühüm  yer  tutur.  Beləki, 

nəinki  polimerlər,  həm  də  metal  və  qeyri-metal  materiallar 

əsasında  kompozit  materiallar  mövcuddur.  Kompozit 



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə