Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə66/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   62   63   64   65   66   67   68   69   ...   151

210 

 

yaxşı  texnoloji  xassələrlə  xarakterizə  olunur  ki,  bu  da  onların 



bir  qədər  şaxələnmənin  və  gel  fraksiyanın  olması  ilə  izah 

olunur.  Əsas  zəncirin  tam  doymuş  olması  SKEPT  əsasında 

rezinlərin  istilikdən,  ozondan  və  eyni  zamanda  yaxşı 

möhkəmlik,  elastiklik  xassələrinin  saxlanması  ilə  bərabər 

aqresiv mühitlərin təsirinə qarşı davamlılığını təmin edir. 

SKEPT  əsasında  rezinlərin  yüksək  dielektrik  və  suda 

şişməyə qarşı davamlılğı  kimi  xas-sələri onun elektrotexnikda 

və  kabel  sənayesində  tətbiq  edilməsinə  geniş  şərait  yaradır. 

Etilen-pro-  pilen-dien  kauçuku  butil  kauçuku  əsasında  rezin 

qarışıqlarının texnoloji xassələrini və vulka- nizatların istiliyə, 

şaxtaya  qarşı  davamlılığını  yaxşılaşdıraraq  onunla  birlikdə 

yaxşı vulkanizasiya olunur. 

Etilen-propilen-dien  kauçukunun  yuxarıda  qeyd  edilen 

müsbət  xassələri  ilə  yanaşı  onun  bir  sıra  çatışmayan  cəhətləri 

də 

vardır: 


yüksək 

doymamış 

kauçuklarla 

birgə 


uyğunlaşmaması, az ya- pışqanlığa malik olması, aşağı sürətlə 

vulkanizasiyası, metallarla əlaqə möhkəmliyinin aşağı ol- ması 

və  s.  Bu  göstərilən  çatışmamazlıq  etilen-propilen  kauçukunun 

Neft,  Neft-kimya,  maşınqa-  yırma  və  rezin  sənayesində  geniş 

tətbiq edilməsinə maneəçilik törədir. Bu çatışmamazlıqları ara- 

dan  qaldırmaq  üçün  etilen-propilen-dien  kauçuku  əsasında 

rezinin  reseptində  müəyyən  dəyişiklik  etməklə  xassələrinin 

yaxşılaşdırılması  istiqamətində  elmi  iş  aparmağı  qarşıya 

məqsəd 

qoymuşuq.  Bu  məqsədlə  etilen-propilen-dien 



kauçukunu  1-fenil 2-dixloretanla müxtəlif nisbətlərdə modifi- 

kasiya edərək laboratoriya vərdənəsində 30-40

 °C temperaturda 

25  dəqiqə  müddətində  doldu-  rulmuş  kompozisiyalar 

hazırlanmışıq. 

Hazırlanmış 

kompozisiyaları 

hidravlik 

vulkanizasiya  pre-  sində  30  dəqiqə  müddətində  153±2  °C 

temperaturda  vulkanizasiya  etmişik.  Alınmış  vulka-nizatların 

fiziki-mexaniki xassələrini tədqiq etmişik. Tədqiqat nəticəsində 

müəyyən edilmişdir ki, modifikasiya olunmuş rezinin texnoloji 

xassələri  və  vulkanizatın  bir  sıra  xassələri  modifikasiya 



211 

 

olunmamış rezinə nisbətən müsbət istiqamətdə  yaxşılaşmışdır. 



Biz  tədqiqat  işini  davam  etdiririk,  apardığımız  tədqiqatın 

nəticəsi  bizə  etilen-propilen  kauçukunun  geniş  miqyasda 

istifadə edil-məsinə əsaslar yaratmağa imkan yarada bilər.

 

                                                                                                                



KARBAMİDLƏ  MODİFİKASİYA OLUNMUŞ EPOKSİD 

OLİQOMERİNİN ALINMASI 

 

Magistrant:  

 

           Elmi Rəhbər: 



Dalilan Elmira                             dos.Abdullayev.N.A. 

II kurs  A3226   

                       

 

Epoksid qatranı və  onun əsasında alınan kompozisiyalar 



demək olar ki, elm və  texnikanın müxtəlif sahələrində istifadə 

edilir.    Modifikasiya  nəticasində  epoksid  oliqomerinin 

deformasiya-möhkəmlik, 

müxtəlif  mühitlərə  davamlılıq 

xassələri dəyişir.  

Tədqiqat  işinin  məqsədi  karbamidlə  modifikasiya  olunmuş 

epoksid oliqomeri əsasında yüksək fiziki-mexaniki və kimyəvi 

xassələrə 

malik  örtük  kompozisiyasının  alınması  və 

xassələrinin tədqiqi olmuşdur. 

Tədqiq olunan işdə karbamidlə modifikasiya olunmuş  epoksid 

oliqomeri  əsasında  örtük  kompozisiyalar  alınmış  və  onlarin 

istismar 

xassələri 

tədqiq 

edilmişdir.  Qoruyucu  örtük 



kompozisiyası  müxtəlif  mühitlərdə  metal  konstruksiyaların 

korroziyadan müdafiəsi üçün əlverişli bir vasitədir. 

Məlumdur ki, atmosfer şəraitində istismar vaxtı müdafiə edilən 

metalın  korroziyası    polimer  örtüyün  intensiv  dağılması  və 

qorunan metalın korroziyası ilə başa çatır. 

Bununla  əlaqədar  olaraq,  örtüklərin  atmosfer  şəraitində 

istifadəsinin müddətinin  qiymətləndirilməsi aktual məsələdir. 

Tədqiqatının  obyekti  kimi  əlaqələndirici  kimi  ED-20 

markalı  epoksid  oliqomeri  (sxem  1)  götürülmüşdür  və 

oliqomerin əsas xarakteristikası cədvəl 1-də təqdim edilmişdir. 




212 

 

Cədvəl 1. 



ED-20 markalı epoksid oliqomerinin əsas xarakteristikaları 

No 


Göstəricilərin adı 

 miqdar 


Orta molekul kütləsi 

390 – 430 

Epoksid qrupların miqdarı,% 



19,9 – 22,0 

OH qrupların miqdarı,% ən çox   1,7 



Sıxlığı, 20°С, kq/m

 

1166 



Qatılığı 20°С, Pa·s  

13 – 28 

6. 


Uçan  maddələrin  miqdarı  %, 

ən çox 


1,0 

  

Epoksid  oliqomerinin  modifikatoru  kimi    sənayedə  alınan  



karbamid,  bərkidici  kimi  polietilenpoliamin  PEPA  istifadə 

edilmişdir.  

Təbəqəəmələgətirici    kompozitlər    EDO-20-  yə  1-10%  

modifikatorun  və  PEPA-nın  əlavəsi  ilə  alınmışdır.  Qarışıq 

bircins  məhlul  alınana  qədər  yaxşı  qarışdırılır.  Alınmış  lak-

boya  məhlulu  metal  və  şüşə  lövhələrə  nazik  pərdələr  şəklində 

çəkilərək  bərkidilir.  Örtüklər  ya  fırça,  ya  da  pnevmatik 

tozlandırılma  ilə    çəkilir  və  30-40 

C  temperaturda  1-2  saat 



saxlanılır. 

Karbamidlə modifikasiya olunmuş epoksid əsasında yeni 

örtük  kompozisiyaları    yüksək  adgeziya  qabiliyyətinə,  zərbə 

möhkəmliyinə,  nəmə  və    suya  davamlılığa  malikdir.  Örtüyün 

optimal nisbətləri müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, 

karbamid 

epoksid 

oliqomerinin 

bərkimə 

prosesinin 

sürətləndirir və korroziyaya davamlılığını artırır. 

 

 



 

 

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə