Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


ED-20 ƏSASLI KOMPOZİSİYA MATERİALLARININ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə67/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   63   64   65   66   67   68   69   70   ...   151

213 

 

ED-20 ƏSASLI KOMPOZİSİYA MATERİALLARININ 



OPTİMİZASİYASI 

Magistr: 

 

 

 



        Elmi rəhbər: 

Əbdürəhim Cavid Kərim oğlu              Dos. Musayeva Ə.Y. 

II kurs,qrup A3216 

                                

 

 

 

Elm  və  sənaye inkişaf  etdikcə  fərqli  qruplar üzrə tətbiq edilən 

materialları  xassələrində  müsbət  istiqamətdə  dəyişikliklərə 

ehtiyac  yaranır.  Müasir  dövrümüzdə  avadanlıqların  işləmə 

ömrünün  uzun  olması  və  materialların  dayanıqlıq  həddinin 

maksimum  artırılması  başlıca  şərtlərdəndir.  Baxmayaraq  ki, 

ED-20 oliqomeri uzun illərdir ki, öz xassələrinə görə çox geniş 

tətbiq  sahəsini  qoruyub  saxlamışdır,  müasir  sənaye  və  texnika 

bu 

xassələrin 



daha  da  optimallaşdırılmasına  və  bu 

parametrlərin daha da artırılmasına ehtiyacı yaratmışdır.  

Aparılan  tədqiqat  işinin  məqsədi  ED-20  oliqomerinin 

parametrlərinə 

müxtəlif 

doldurucularla 

təsir 

edərək 


optimallaşdırmaqdır.  Doldurucular  istifadə  olunan  zaman  bir 

neçə müddəa nəzərə alınmalı, laboratoriya və sənaye şəraitində 

alınma  və  istehsal  üsulları  sadə  və  effektiv  olmalıdır.  ED-20 

oliqomerinə  əlavə  edilən  doldurucuların  daşınması  və  tətbiqi 

asan  olmalı,  material  isə  ekonomik  cəhətdən  sərfəli  olmalıdır, 

müəyyən  xüsusiyyətləri  özündə  əks  etdirməlidir,  tətbiq 

ediləcəyi sahə üzrə asan tapılan yaxud alınan olmalıdır, ekoloji 

cəhətdən  təmiz  olmalıdır  və  tətbiq  olunan  doldurucuların 

tullantılardan  təşkil  olunması  və  emal  olunaraq  ətraf  mühitin 

təmizlənməsində  rol  oynaması  da  nəzərə  alınmalıdır.  Bütün 

bunları  tədbiq  etmək  üçün  aşağıdakı  müddəalar  nəzərə 

alınmalıdır:  

 

ED-20  oliqomer  əsaslı  kompozitlərin  xüsusiyyətlərinin 



doldurucuların  növü  və  miqdarının  dəyişməsi  ilə 

optimallaşdırılması. 

 

Alınmış  yeni  kompozisiyada  komponentlərin  optimal 




214 

 

miqdarını təyin etmək. 



 

Modifikasiyanın metodologiyasını hazırlamaq. 



 

Yeni alınmış ED-20 əsaslı kompozisiyaların struktur və 



xassələrinin qarşılıqlı müqayisəsini qurmaq. 

 



Prosesin texnoloji ardıcıllığını qurmaq. 

 



Yeni  kompozit  materialların  tətbiq  sahələrində 

funksionallığının və effektivliyinin artmasını hesablamaq.  

Tədqiqat  zamanı  tədbiq  olunmuşdur:  ED-20  oliqomeri,  bitki 

yağı,  həlledici  kimi  aseton,  dolducu  kimi  balıq  qulağı,  ağac 

ovuntusu,  SiO

2

  və  müxtəlif  rəngverici  maddələr  istifadə 



edilmişdir. 

Emal  olunan  ED-20  oliqomer  əsaslı  müxtəlif  məsqədli 

kompozisiya materialları hazırlanmışdır. 

Hazırlanmış  kompozisiya  materialları  bərkidilərək  nahamar 

səthlərə,  yüksək  temperatur  şəraitlərində  tədbiq  olunmuş 

müxtəlif tikintidə örtük materialı kimi istifadə olunmuşdur. 

Əlavə  doldurucular  tədbiq  edilərək  kövrəkliyi  azaldılır,  dam 

örtükləri,  oyun  meydançalarının  divarlarında  istifadə 

olunmuşdur. 

İstehsal  olunan  ED-20  kompozisiya  materialının  alınma 

texnologiyası aşağıdakı kimidir: 

     


 

Nəticələr:Ekonomik  cəhətdən  sərfəli  doldurucular  tədbiq 

edərək materialın maya dəyərinin aşağı salınması. 

 



Ekoloji  cəhətdən  təmiz  və  zərərsiz  materialların 

hazırlanması. 

 

Örtük materiallarının daha yüngül və asan daşına bilən 



olmasını tədbiq etmək. 

 

Emal 


Üyütmə     

Qurutm


aə 

Yuma 


Mexani

ki 


Təmizlə

nmə    



215 

 

MODİFİKASİYA OLUNMUŞ



 

POLİSTİROL ƏSASINDA

 

İONDƏYİŞDİRİCİ QƏTRANIN ALINMASI 

Magistr:                                               Rəhbər:                                               

Əliyeva Günay Hüseyn qızı                dos.İ.Q.Abdullayeva                 

II kurs, Qr. A3216 

                                                                                       

İondəyişdirici  qətranlar  hidrometallurgiya  sənayesində 

durulaşdırılmış 

məhlullardan 

metal 

ionlarının 



xaric 

edilməsində  geniş  tətbiq  edilir.  Bu  sənayedə  qızıl,  platin, 

gümüş,  palladium  və  s.  kimi  qiymətli  metalların  itkisini 

minimuma  qədər  azaldır.  Qənd  şirələrinin,  antibiotiklərin, 

vitaminlərin iondəyişdirici qətranlar vasitəsilə təmizlənməsinin 

yeyinti  və  əczaçılıq  sənayesində  böyük  əhəmiyyəti  vardır. 

İonitlər 

əczaçılıq 

sənayesində 

müxtəlif 

dərmanların 

hazırlanmasında  xüsusən  yüksək  bioloji  aktivliyi  olan 

dərmanların 

(penisilin,  streptomisin,  biomisin  və  s.) 

hazırlanmasında geniş tətbiq edilməkdədir. Kimya sənayesində 

iondəyişdirici  qətranlar  qliserinin  və  formaldehidin,  eləcə  də 

çirkab suların  sink,  mis, civə duzlarından, fenol,  kaprolaktam, 

kükürdlü  və  sian  birləşmələrdən,  radioaktiv  elementlərdən 

təmizlənməsində geniş tətbiq olunur. 

Bu  məqsədlə  də  tədqiqat  işində  funksional  qruplu 

polimerlə 

modifikasiya 

olunmuş 

polistirol 

əsasında 

iondəyişdirici qatranların alınmışdır.  

Polistirol  xlor  tərtibli  polimerlə  (polivinilxloridlə) 

laboratoriya  eksdruderində  (İİRT-1  qurğusunda)  mexono-

kimyəvi  modifikasiyaya  məruz  qalmışdır.  Modifikasiyaya 

zamanı PVX:PS nisbəti 95:5 nisbətində götürülmüşdür. Proses 

140-145

0

C  temperaturda  3-5  dəqiqə  müddətində  aparılmışdır. 



Alınmış polimer qarışığı qatı sulfat turşusu ilə sulfolaşdırılaraq 

iondəyişdirici  qatran-kationit  alınmışdır.  Sulfolaşma  prosesi 

50-60

0

C-də temperaturda 4-5 saat müddətində aparılmışdır. 



Alınmış  iondəyişdirici  qətranın  iondəyişmə  qabiliyyəti 

iki    əsas  üsul:  statik  və  dinamik  üsul  ilə  təyin  edilmişdir. 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə