Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə68/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   64   65   66   67   68   69   70   71   ...   151

216 

 

Birinci  halda  iondəyişdirici  qətran  nümunəsinin  kütləsi  ion 



dəyişmə  bərabərliyi  alınana  kimi  elektrolit  məhlulunun 

müəyyən  həcmi  ilə  kontakta  gətirilmişdir.  İkinci  halda 

elektrolit  məhlulu  iondəyişdirici  qətranın  udulan  ionlarla 

doydurulmasına kimi ionitlə dolu kalonnadan keçirilmişdir. 

 

 

MODİFİKASİYA OLUNMUŞ OLİQOMER ƏSASINDA 



YAPIŞQAN KOMPOZİSİYASININ HAZIRLANMASI 

VƏ TƏDQİQİ 

 

Magistr:                                                     Elmi rəhbər:  



Bayramova Həcər Tahir qızı                    Dos. N.Abdullayev         

II kurs, Qr: A3226 

 

Yüksəkmolekullu  birləşmələr  əsasında  plastik  kütlələrin 



və  müxtəlif  məqsədlər  üçün  istifadə  olunan  kompozisiya 

materiallarının  alınması  sənayenin  sürətlə  inkişaf  edən 

sahələrindəndir.  Onlar  bir  çox  üstün  xassələrinə  görə  - 

yüngül,aqressiv mühitlərə davamlı,asan  formalaşa və rənglənə 

bilən olmasına görə bir çox istehsal sahələri üçün əvəzolunmaz 

bir xammal  olmuşdur. Yüksəkmolekullu birləşmələrə aid  olan 

oliqomerlər əsasında alınan kompozisiya materiallarından olan 

yapışqanlar  da  sənaye  və  məişətdə  müxtəlif  materialların 

yapışdırılması  məqsədi  ilə  geniş  istifadə  olunur.  Oliqomer 

əsaslı  yapışqanlar  bir  çox  üstün  xassələrinə  görə  -  qaynaq  və 

digər  yapışdırma  üsullarından  daha  geniş  yayılmışdır. 

Oliqomer 

əsaslı 

yapışqanlardan 



istifadə 

etdikdə 


konstruksiyaların  etibarlılığı  artır  və  calaqların  kipliyi  təmin 

olunur.  Oliqomer  əsaslı  yapışqanlar  avtomobil,  aviasiya, 

kosmik,tikinti  və  sənayenin  digər  sahələrində  geniş  tətbiq 

olunur. Yapışqanlar iki  kateqoriyaya ayrılır  - sintetik  və təbii. 

Hal-hazırda  sintetik  yapışqanlar  daha  çox  istifadə  olunur. 

Sintetik  yapışqanların  istifadəsində  xammal  kimi  xam  neft, 




217 

 

təbii qazdan alınan məhsullar istifadə olunur. Hal-hazırda geniş 



istifadə  olunan  sintetik  yapışqanlara  misal  olaraq  karbamid-

formaldehid,  fenol-formaldehid,  melamin  -  formaldehid, 

rezorsin  formaldehid  əsaslı  yapışqanları  və  polivinilasetat 

emulsiyasını  göstərmək  olar.  Bu  yapışqanlardan  karbamid-

formaldehid 

və 


fenol-formaldehid 

əsaslı 


yapışqan 

kompozisiyaları daha çox tətbiq olunur. Karbamid-formaldehid 

oliqomeri  əsasında  hazırlanan  yapışqanlar  taxta  məmulatların 

90%-nin  yapışdırılmasında  istifadə  olunur.  Bu  kompozisiya 

maye  və  toz  halında  istifadə  edilir.  Karbamid-formaldehid 

oliqomeri  əsaslı  yapışqan  kompozisiyasının  çatışmayan  cəhəti 

onun  nəmliyə  qarşı  davamsızlığı,  yapışqan  qatının  kövrək 

olması  və  sərbəst  formaldehidin  çox  olmasıdır.  Bu 

yapışqanlarda sərbəst formaldehidin miqdarı fenol-formaldehid 

əsaslı  yapışqanlara  nisbətən  daha  çoxdur  və  bunun  qarşısını 

almaq üçün ona müxtəlif əlavələr və qeyri-üzvi nanohissəciklər 

əlavə  edilir.  Fenol-formaldehid  oliqomeri  əsasında  hazırlanan 

yapışqanlar kimyəvi stabilliyi, suya, istiliyə və yeyilməyə qarşı 

davamlılığı  ilə  digər  yapışqanlardan  daha  üstündür.  Bu 

yapışqanlar  kəskin  hava,  temperatur  və  nəm  şəraitində  çox 

yüksək  yapışqanlıq  qabiliyyətinə  malikdir  və  rütubətə  qarşı 

davamlıdır.  Sənayedə  bu  materialların  istismar  şəraitini 

yaxşılaşdırmaq  və  tətbiq  sahələrini  artırmaq  məqsədilə  onlar 

müxtəlif  üzvi  birləşmələrlə  modifikasiya  olunur.  Tədqiqat 

işində  karbamid-formaldehid  və  fenol-formaldehid  oliqomeri 

epixlorhidrinlə  qələvi  mühitdə  modifikasiya  olunmuş,  əsas 

fiziki-kimyəvi 

və 

fiziki-mexaniki 



göstəriciləri  tədqiq 

olunmuşdur.  Modifikasiya  nəticəsində  alınan  oliqomerlərdə 

sərbəst  formaldehidin  miqdarı  təxminən  2-3  dəfə  azalmış, 

kövrəklik aradan qaldırılmış və istiyə davamlılıq yüksəlmişdir.  

Modifikasiya  olunmuş  oliqomerlər  əsasında  hazırlanan 

yapışqan kompozisiyanın tərkibi aşağıdakı kimidir, k.h.  

Butadien-nitril kauçuku (SKN-40)........................100  

Benzilxloridlə modifikasiya olunmuş  




218 

 

Fenol-formaldehid oliqomeri..............................150-200  



Sink oksidi............................................................3-5  

Maqnezium oksidi................................................4-8  

646 №-li həlledici................................................300  

Aseton................................................................350  

Bu  tərkibdə  hazırlanan  yapışqan  kompozisiyası  müxtəlif 

təbiətli  materialların  yapışdırılmasında  istfadə  olunmuş  və 

müsbət nəticə alınmışdır. 

 

ELASTOMER QARIŞIQLARI ƏLAVƏ ETMƏKLƏ 



CKU-3 KAUÇUKUNUN MEXANIKI XASSƏSININ 

ARTIRILMASI. 

Tələbə:                                                       Elmi rəhbər: 

Kərimova Aytac Etibar                              prof. Əmirov F.Ə. 

III kurs, Qr 327.5       

                                

Poliizopren  kauçuku  şin  sənayesinin  ən  əsas 

kauçuklarından 

biridir. 

Onun 

mexaniki 



xassələrini 

yaxşılaşdırmaq  üçün  bir  sıra  ölkələri  alimləri  mühün  tədqiqat 

işləri  aparırlar.Bu  məqsədlə    CKU-3  kauçukunu  müxtəlif 

komponentlər  əlavə  etməklə  yüksək  fiziki-mexaniki  xassəyə 

malik  rezinlər  alınır.  Bu  sahədə  B.V.  Kyenruyotun  və  A.A. 

Bukanobun  işləri  maraq  doğurur.  CKU-3  kauçukunun  əsas 

göstəricilərini artırmaq  ən mühüm və ən aktual temadır. 

Bunları  nəzərə  alaraq  bu  işin  məqsədi  etilen  propilen  , 

xlorlaşdırılmış    polipropilen  və  plastikləşdirici  əlavə  etməklə 

CKU-3  kauçuku  əsasında    yüksək  mexaniki  xassələrə  malik 

rezinlərin alınması. 

CKU-3  və  plastikləşdirici  əsasında  doldurulmuş  rezin 

qarışıqları  istehsalatda  istifadə  olunan  (edilən)  kompozisiya 

tərkibli 

vərdənədə 

hazırlanmış 

və 

xassələri 



öyrənilmişdir.Alınan nəticə cədvəldə  verilmişdir. 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə