Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə84/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   80   81   82   83   84   85   86   87   ...   151

266 

 

açılması 



və 

açılan 


transformatorun 

yükünün 


digər 

transformatora köçürülməsi. 

Tədqiq  olunan  şəbəkə  hissəsi  “Abşeron”  REŞ  –  nin  bir 

hissəsi olan 220/110/10 kV  “Zabrat”  yarımstansiya və onunla 

paralel 

işləyən 


qidalandırıcı 

yarımstansiyalardır. 

Yarımstansiyada  iki  ədəd  paralel  işləyən  АТДЦТН–

180000/220 

markalı 

avtotransformator  quraşdırılmışdır. 

Yarımstansiya     220 kV – luq 1 – ci və 2 – ci “Zabrat” xətləri 

ilə 


uyğun  olaraq  220/110  kV  “Sənaye  Qovşağı” 

yarımstansiyası və “Sumqayıt” ES ilə, 220 kV – luq 3 – cü , 4 – 

cü  “Zabrat”  xətləri  ilə  “Şimal”  DRES  ,  110  kV  –  luq  3  –  cü 

“Suraxanı” , 5 – ci “Zabrat” , “Təmiz Şəhər” xətləri ilə uyğun 

olaraq  110/20/6  kV  “Suraxanı”,110/35/10  kV  “Zabrat”,    110 

kV  “Təmiz  Şəhər”  yarımstansiyaları  ilə  əlaqələnir. 

Yarımstansiyadan  1  –  ci  ,  2  –  ci  “Kürdaxanı”  xətləri  ilə 

110/35/10 kV “Kürdaxanı” bəsləyici yarımstansiyasına elektrik 

enerjisi  ötürülür.  Yarımstansiyada  elektrik  enerjisi  itkilərini 

avtotransformatorlarda  yaranan  elektrik  enerjisi  itkiləri  təşkil 

edir.  Mövsüm  etibarilə    avtotransformatorların  hərəsi  20%  -ə 

dək  yüklənmiş  halda  işləyir.  Transformatorlarda  olan  yüksüz 

işləmə  itkiləri  daimi  olduğundan  avtotransformatorların  belə 

işləməsi iqtisadi səmərəli deyil. Ölçü avadanlıqları ilə zamanın 

eyni  bir  anında  avtotransformatorun  220  kV  və  110  kV 

tərəflərindəki  gücləri  qeyd  etsək  sadə  üsul  ilə  transformatorda 

yaranan 

aktiv 


və 

reaktiv 


güc 

itkilərini 

taparıq. 

Avtotransformatorun  10  kV  hissəsi  xüsusi  sərfiyyat  üçün 

istifadə  edilir,  ayrı  ayrı  bölmələrə  qoşulmuş  xüsusi  sərfiyyat 

transformatorlarından  biri  ehtiyata  açılmışdir.  Bu  hissədə 

yaranan  itki  avtotransformatorun  əsas  hissəsində  yaranan  itki 

ilə müqayisədə kiçik olduğundan nəzərdən ata bilərik.  

Tədqiqatın aparılmasında məqsəd transformatorların paralel 

işləməsi  zamanı  çoxda  az  olmayan  elektrik  enerji  itkilərinin 

təyin olunmasının analizindən ibarətdir. 

 



267 

 

GÜC İTKİLƏRİNİN AZALDILMASI MƏQSƏDİ İLƏ 



İŞLƏDİCİLƏRİN YAXINLIĞINDA YENİ GÜC 

MƏRKƏZLƏRİNİN YARADILMASININ 

ƏSASLANDIRILMASI 

Magistr:                                             Elmi rəhbər: 

Hüseynov Vurğun İslam oğlu           prof. Kazımzadə R.Z.  

II kurs, qrup A5146 

 

Dövlətimiz günü gündən artan elektrik enerjisi istehlakını 



təmin  etmək,  həmçinin  xarici  ölkələrlə  elektrik  enerji 

mübadiləsini möhkəmləndirmək üçün ölkə daxili elektrik enerji 

istehsalını  daimi  olaraq  artırır.  Son  illərdə  Azərbaycanın 

elektroenergetika sistemində nəzərə çarpacaq dərəcədə yenidən 

qurma  işlərinin  aparılmasına  baxmayaraq  bir  çox  texniki  və 

iqtisadi  faktorlardan  asılı  olaraq  şəbəkə  sistemində  elektrik 

enerji itkilərinin miqdarı əhəmiyyətli dərəcədə çoxdur. 

Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin 

məlumatlarına  əsasən  ölkəmizdə  2016-cı  ildə  istehsal  olunan 

elektrik  enerjisinin  miqdarı  ümumilikdə  -  24952.9  milyon 

KVt/saat olmuşdur. İstehlak olunan gücün miqdarı isə 17618.0 

milyon  KVt/saat  təşkil  edib.  Elektrik  enerjisinin  istehlakçılara 

ötürülməsi  prosesində  yaranan  itkilərin  miqdarı  isə  il  ərzində 

2350.2 milyon KVt/saat olmuşdur. Bu isə ümumilikdə istehsal 

olunan  gücün  15%-ni  təşkil  edir.Statistikadan  görünür  ki, 

elektroenergetika  sistemində  olan  itkilər  istehsal  edilən  və 

istehlakçılara  ötürülən  elektrik  enerjisinin  böyük  bir  hissəsini 

təşkil  edir.  Odur  ki,  bu  itkilərin  azaldılması  böyük  miqdarda 

elektrik enerjisinə qənaət etmək deməkdir. 

Elektroenergetika  sistemində  elektrik  enerji  itkilərini 

azaltmaq  üçün  iqtisadi  və  texniki  cəhətdən  əsaslandırılmış 

müxtəlif  üsullar  tətbiq  etmək  məqsədə  uyğundur.  İtkilərin 

azaldılması məqsədilə faktiki itkiləri, elektrik enerjisinin nəqli 

zamanı  yaranan  texnoloji  itkiləri,  texniki  itkiləri  və  s.  kimi 




268 

 

halları 



hədəf 

olaraq 


seçmək 

lazımdır. 

Ölkəmizin 

elektroenergetika  sistemində  itkilərin  böyük  faizi  elektrik 

enerjisinin  ötürülməsi  zamanı  yaranan  texnoloji  və  texniki  

itkilərdən qaynaqlandığından baxılan dissertasiya mövzumu bu 

itkilərin azaldılması üçün görülən tədbirlər üzrə qurulacaq. 

Yuxarıda  sadaladığımız  itkiləri  azaltmaq  məqsədi  ilə 

təşkilati və texniki tədbirlər görülür. Təşkilati tədbirlər 

 

elektrik 



stansiyalarının  və  elektrik  şəbəkələrinin  iş  rejimlərinin  və 

sxemlərinin  optimallaşdırılması    hesabına  elektrik  enerjisi 

itkisinin  azaldılmasını  təmin  edir.  Texniki  tədbirlər  elektrik 

enerjisi  itkisinin  azaldılmasını  təmin  edən  elektrik 

stansiyalarının  və  elektrik  şəbəkələrinin  tikilməsi  və  yenidən 

qurulması üzrə həyata keçirilən tədbirlərdir. Texniki tədbirlərin 

icrası iqtisadi cəhətdən daha səmərəli olduğu üçün təklif olunur 

ki,  itkilərin  aradan  qaldırılması  yeni  güc  mərkəzlərinin 

yaradılması ilə həyata keçirilsin.

 

 



ABŞERON YARIMADASININ ELEKTRİK 

TƏCHİZAT SXEMİNDƏ 220 KV-LUQ DAİRƏVİ 

SXEMİN İŞLƏNMƏSİ 

 

Magistr:                                           Elmi rəhbər: 

İbrahimli Fərid Yavər                     prof. Kazımzadə R.Z.  

II kurs, qrup A5146 

 

Dünyanın bir çox meqapolis və şəhərlərində olduğu kimi 



Bakı şəhərini və şəhərətrafı əraziləri lazımi elektrik enerjisi ilə 

təmin  etmək  məqsədi  ilə  220  və  110kv-luq  dairəvi  təchizat 

sistemi  işlənib  hazırlanmışdır.  Ölkəmizdə  bu  sistemin 

yaradılmasında 

məqsəd 

220 


kv-luq 

qovşaq 


yarımstansiyalarından  elektrik  enerjisini  110kv-luq  elektrik 

şəbəkələri  vasitəsilə  şəhərin  bütün  hissələrinə  çatdırmaq  və 

həmçinin  hərhansı  bir  səbəbdən  enerji  təchizatı  kəsilən  zaman 

istehlakçıların başqa bir mənbə ilə təmin olunmasıdır.  Dairəvi 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə