272
hissəsidir. Onlar istehlakçıları fasiləsiz olaraq elektrik enejisi
ilə təmin etmək üçün məsuldurlar. Bu səbəbdən onların
etibarlılığı və yaxşı tənzimlənməsi olduqca mühümdür.
Generatorların quruluşu və texniki xərcləri onların
mürəkkəbliyindən və qabaritinin ölçüsündən mühüm şəkildə
aslıdır.
Generator işləyərkən stator dolağının korlanması onun
işini dayandıra bilər. Bu zədələnmələrin dolağın fazalararası
qısa qapanması, bir fazada sarğılararası qısa qapanma və
neytralı torpaqlanmış generatorlarda bir fazanın yerlə və ya
gövdə ilə qapanması kimi növləri vardır. Sinxron
generatorlarda stator dolağının yerlə qapanma halları ən çox
rast gəlinən qəzalardandır. Bu cür hallar çox ciddi fəsadlarla
nəticələnə bilər. Stator dolağının vacibliyinə əsaslanaraq onu
yerlə qapanmadan mühafizə edən xüsusi bir sistemin
yaranması zəruridir.
Əlavə yüklənmə relesi (59N) stator dolağında olan
xətaları təxminən 90-95% aşkar edir ki, bu da adi mühafizə
metodudur. Stator dolağının yerlə qapanma vəziyyəti və
gərginliyin 59N relesi tərəfindən müəyyən edilməsi arasında
xətti əlaqə vardır. Üçüncü harmonik mühafizə metodu isə
ümumilikdə generatorun çıxış gərginliyinin təmiz sinusoidal
olmayıb harmonik komponentlər tərəfindən təhrif olunmasına
əsaslanır.
İKİNCİ TƏRƏFİ AÇIQ ÜÇBUCAQ BİRLƏŞMİŞ
GƏRGİNLİK TRANSFORMATORUNUN TƏDQİQİ
Magistr: Elmi rəhbər
Məmmədov Fuad Fərhad oğlu dos. S.M.Tağızadə
II kurs, A5136
Gərginlik transformatorunun ikinci tərəfinə maksimal və
273
minimal gərginlik releləri, ölçü releləri və güc relelərinin
dolaqları qoşulur.
Sıfır ardıcıllıqlı gərginlik sxemlərini almaq üçün, üçfazlı
gərginlik transformatorundan istifadə edilir. Üç ədəd birfazlı
gərginlik transformatorundan istifadə edilsə, onlar şəkil 1-də
göstərildiyi kimi bağlanar. Bütün üçfazlı gərginlik
transformatorlarının birinci tərəf dolaqları ulduz olaraq
bağlanar və sıfır nöqtəsi torpaqlanır, transformatorun ikinci
tərəf dolaqları isə ardıcıl olaraq açıq üçbucaq
şəklində birləşdirilir.
Relenin
uclarına
verilən
gərginliyinin qiymət və fazanı təyin etmək
üçün, ona şəkil 1-də göstərildiyi kimi
istiqamət
veririk.
Gərginlik
transformatorlarında ikinci tərəf dolağındakı
gərginlik itkisini nəzərə almasaq, a və x
ucları arasındakı gərginlik, ikinci tərəf
dolaqları e.h.q -in həndəsi cəminə bərabər
olur. Bu e.h.q-ləri gərginliklərlə bərabər
götürürük.
(1)
Üç fazın gərginliklər cəmi
) sıfır
ardıcıllıqlı gərginliklərin 3 mislinə bərabərdir.
(2)
Ona görə də rele uclarındakı gərginlik üçün (1) ifadəsini
bu şəkildə göstərmək olar.
(3)
Beləliklə gərginlik transformatorunun ikinci tərəf açıq
üçbucağının sərbəst uclarına qoşulmuş rele və cihazlar, sıfır
ardıcıllıqlı gərginlik mürəkkəbələrinin 3 mislinə bərabər olan
gərginlikləri ölçür. Normal hallarda və ya fazalar arası
Şəkil 1
274
birləşmələr zamanı sıfır ardıcıllıqlı gərginlik mürəkkəbələri
nəzəri olaraq sıfıra bərabərdir. Praktiki cəhətdən isə bir çox
hallarda sıfır ardıcıllıqlı gərginlik mürəkkəbələri sıfıra bərabər
deyil, müəyyən bir qiymətə malikdirlər.
Normal halda bu gərginliklərin olması, transformatorun
habelə başlıca olaraq sistemin faz gərginliyinin yerə nəzərən
qeyri-simmetrik olması sayəsində baş verir. Bele qeyri-
simmetrik gərginliyə qeyri-balans gərginliyi deyilir ki, buda
normal gərginlikdən bir neçə faiz artıq olur.
Açıq üçbucaq birləşməsi əldə etmək üçün, ayrı ayrı
gərgnlik transformatorlarından istifadə etmək məcburi deyil.
Çox vaxt bu məqsədlə gərginlik transformatorunun nüvəsi
üzərinə xüsusi üçüncü bir dolaq keçirilir. Üçfazlı gərginlik
transformatoru
vasitəsi
ilə
sıfır ardıcıllıqlı gərginlik
mürəkkəbəsi əldə etmək üçün, bəzi hallarda köməkçi nüvədən
isdifadə edilir. Bu zaman köməkçi nüvə üzərinə xüsusi dolaq
yerləşdirilir. Bu dolaqlar əgər ardıcıl birləşdirilsə, bir fazın
torpaqlanması zamanı zədələnmiş fazaların dolaqlarındakı
cərəyan tərəfindən yaranan maqnit seli, sərbəst nüvələr üzərinə
sarınmış dolaqdan keçərkən onlarda sıfır ardıcıllıqlı
gərginliklər əmələ gətirər.
XAOTİK VƏ SİSTEMLİ BÖYÜMƏ ŞƏRAİTİNDƏ BAKI
ŞƏHƏRİNİN TƏCHİZAT SXEMİNİN İŞLƏMƏSİ
Magistr: Elmi rəhbər:
Mərufov İlkin Malik o. prof.Yusifbəyli N.
II kurs, qrup A5126
Bildiyimiz kimi, Respublikamızda müxtəlif növ elektrik
stansiyaları mövcuddur. Bunlara misal olaraq Azərbaycan,
Bakı, Şirvan, Cənub, Şimal, Sumqayıt, Səngəçal, Şahdağ,
Astara, Şəki, Xaçmaz, Naxçıvan, İstilik Elektrik Stansiyaları,
Bakı İEM, Naxçıvan qaz-turbin Elektrik Stansiyası,