Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə86/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   82   83   84   85   86   87   88   89   ...   151

272 

 

hissəsidir.  Onlar  istehlakçıları  fasiləsiz  olaraq  elektrik  enejisi 



ilə  təmin  etmək  üçün  məsuldurlar.  Bu  səbəbdən  onların 

etibarlılığı  və  yaxşı  tənzimlənməsi  olduqca  mühümdür. 

Generatorların  quruluşu  və  texniki  xərcləri  onların 

mürəkkəbliyindən  və  qabaritinin  ölçüsündən  mühüm  şəkildə 

aslıdır. 

Generator  işləyərkən    stator  dolağının  korlanması  onun 

işini  dayandıra  bilər.  Bu  zədələnmələrin  dolağın  fazalararası 

qısa  qapanması,  bir  fazada  sarğılararası  qısa  qapanma  və 

neytralı  torpaqlanmış  generatorlarda  bir  fazanın  yerlə  və  ya 

gövdə  ilə  qapanması  kimi  növləri  vardır.  Sinxron 

generatorlarda  stator  dolağının  yerlə  qapanma  halları  ən  çox 

rast  gəlinən  qəzalardandır.    Bu  cür  hallar  çox  ciddi  fəsadlarla 

nəticələnə  bilər.  Stator  dolağının  vacibliyinə  əsaslanaraq  onu 

yerlə  qapanmadan  mühafizə  edən  xüsusi  bir  sistemin 

yaranması zəruridir. 

Əlavə  yüklənmə  relesi  (59N)  stator  dolağında  olan 

xətaları  təxminən  90-95%  aşkar  edir  ki,  bu  da  adi  mühafizə 

metodudur.  Stator  dolağının  yerlə  qapanma  vəziyyəti  və 

gərginliyin  59N  relesi  tərəfindən  müəyyən  edilməsi  arasında 

xətti  əlaqə  vardır.  Üçüncü  harmonik  mühafizə  metodu  isə 

ümumilikdə  generatorun  çıxış  gərginliyinin  təmiz  sinusoidal 

olmayıb  harmonik  komponentlər  tərəfindən  təhrif  olunmasına 

əsaslanır. 

 

 



İKİNCİ TƏRƏFİ AÇIQ ÜÇBUCAQ BİRLƏŞMİŞ 

GƏRGİNLİK TRANSFORMATORUNUN TƏDQİQİ 

 

 

Magistr:                                                   Elmi rəhbər 



Məmmədov Fuad Fərhad oğlu                dos. S.M.Tağızadə 

II kurs, A5136 

 

Gərginlik  transformatorunun ikinci  tərəfinə  maksimal  və 




273 

 

minimal  gərginlik  releləri,  ölçü  releləri  və  güc  relelərinin 



dolaqları qoşulur.

 

Sıfır ardıcıllıqlı gərginlik sxemlərini almaq üçün, üçfazlı 



gərginlik  transformatorundan  istifadə  edilir.  Üç  ədəd  birfazlı 

gərginlik  transformatorundan  istifadə  edilsə,  onlar  şəkil  1-də 

göstərildiyi  kimi  bağlanar.  Bütün  üçfazlı  gərginlik 

transformatorlarının  birinci  tərəf  dolaqları  ulduz  olaraq 

bağlanar  və  sıfır  nöqtəsi  torpaqlanır,  transformatorun  ikinci 

tərəf dolaqları isə ardıcıl olaraq açıq üçbucaq 

şəklində birləşdirilir. 

Relenin 


uclarına 

verilən 


 

 

  



gərginliyinin  qiymət  və  fazanı  təyin  etmək 

üçün,  ona  şəkil  1-də  göstərildiyi  kimi 

istiqamət 

veririk. 

Gərginlik 

transformatorlarında  ikinci  tərəf  dolağındakı 

gərginlik  itkisini  nəzərə  almasaq,  a  və  x 

ucları  arasındakı  gərginlik,  ikinci  tərəf 

dolaqları  e.h.q  -in  həndəsi  cəminə  bərabər 

olur.  Bu  e.h.q-ləri  gərginliklərlə  bərabər 

götürürük. 

     


 

   


 

   


 

   


 

 

 



 

   


   

 

 



 

 

   



 

             (1)       

  

 Üç  fazın  gərginliklər  cəmi   



  

 

   



 

   


 

)  sıfır 

ardıcıllıqlı gərginliklərin 3 mislinə bərabərdir. 

              

              

 

   



 

   


 

    


 

                           (2)    

Ona görə də rele uclarındakı gərginlik üçün (1) ifadəsini 

bu şəkildə göstərmək olar.  

                           

   


 

 

 



 

   


   

 

                                 (3) 



Beləliklə  gərginlik  transformatorunun  ikinci  tərəf  açıq 

üçbucağının  sərbəst  uclarına  qoşulmuş  rele  və  cihazlar,  sıfır 

ardıcıllıqlı  gərginlik  mürəkkəbələrinin  3  mislinə  bərabər  olan 

gərginlikləri  ölçür.  Normal  hallarda  və  ya  fazalar  arası 

      Şəkil 1 



274 

 

birləşmələr  zamanı  sıfır  ardıcıllıqlı  gərginlik  mürəkkəbələri 



nəzəri  olaraq  sıfıra  bərabərdir.  Praktiki  cəhətdən  isə  bir  çox 

hallarda sıfır ardıcıllıqlı gərginlik mürəkkəbələri sıfıra bərabər 

deyil, müəyyən bir qiymətə malikdirlər. 

Normal  halda  bu  gərginliklərin  olması,  transformatorun 

habelə  başlıca  olaraq  sistemin  faz  gərginliyinin  yerə  nəzərən 

qeyri-simmetrik  olması  sayəsində  baş  verir.  Bele  qeyri-

simmetrik  gərginliyə  qeyri-balans  gərginliyi  deyilir  ki,  buda 

normal gərginlikdən bir neçə faiz artıq olur.     

Açıq  üçbucaq  birləşməsi  əldə  etmək  üçün,  ayrı  ayrı 

gərgnlik  transformatorlarından  istifadə  etmək  məcburi  deyil. 

Çox  vaxt  bu  məqsədlə  gərginlik  transformatorunun  nüvəsi 

üzərinə  xüsusi  üçüncü  bir  dolaq  keçirilir.  Üçfazlı  gərginlik 

transformatoru 

vasitəsi 

ilə 

sıfır  ardıcıllıqlı  gərginlik 



mürəkkəbəsi əldə etmək üçün, bəzi hallarda köməkçi nüvədən 

isdifadə  edilir.  Bu  zaman  köməkçi  nüvə  üzərinə  xüsusi  dolaq 

yerləşdirilir.  Bu  dolaqlar  əgər  ardıcıl  birləşdirilsə,  bir  fazın 

torpaqlanması  zamanı  zədələnmiş  fazaların  dolaqlarındakı 

cərəyan tərəfindən yaranan maqnit seli, sərbəst nüvələr üzərinə 

sarınmış  dolaqdan  keçərkən  onlarda  sıfır  ardıcıllıqlı 

gərginliklər əmələ gətirər. 

 

XAOTİK VƏ SİSTEMLİ BÖYÜMƏ ŞƏRAİTİNDƏ BAKI 



ŞƏHƏRİNİN TƏCHİZAT SXEMİNİN İŞLƏMƏSİ 

 

Magistr:                                                      Elmi rəhbər: 

Mərufov İlkin Malik o.                             prof.Yusifbəyli N. 

II kurs, qrup A5126   

 

Bildiyimiz  kimi,  Respublikamızda  müxtəlif  növ  elektrik 



stansiyaları  mövcuddur.  Bunlara  misal  olaraq  Azərbaycan, 

Bakı,  Şirvan,  Cənub,  Şimal,  Sumqayıt,  Səngəçal,  Şahdağ, 

Astara,  Şəki,  Xaçmaz,  Naxçıvan,  İstilik  Elektrik  Stansiyaları, 

Bakı  İEM,  Naxçıvan  qaz-turbin  Elektrik  Stansiyası, 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə