Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə94/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   90   91   92   93   94   95   96   97   ...   151

297 

 

maliyyə  təsirləri  və  müəyyən  edilmiş  məqsədlərə  nail  olmaq 



üçün  korporativ  informasiya  sistemlərinin  tətbiqindən 

razıdır.Xüsusilə,hərtərəfli  avtomatlaşdırma  həyata  keçirmək 

üçün 112 milyon dollar xərcləyən Hershey Foods,planda tətbiq 

olunan prosesin  əhəmiyyətli  dərəcədə  kənara çıxmasından çox 

narazıdır  .Eyni  zamanda,Gartner  Group-a  görə,tətbiq  olunan 

layihələrin  planlaşdırılan  göstəricilərlə  uyğunlaşdırılması  ERP 

sistemlərinə  görə  60%  (təxminən  3%-i  erkən  həyata  keçirilir) 

və  uğursuz  layihələr-10%-dir.Hər  hansı  maliyyə  itkisi  ilə 

qarşılaşmaq  istəməyən  müəssisə  rəhbərliyi  korporativ 

informasiya  sistemini  tətbiq  etməzdən  əvvəl    müvafiq 

olaraq,müasir  biznes  tələblərinə  cavab  verməyən  mövcud 

sistemlərin dəyişdirilməsi,iştirakçılar və müştərilərlə əlaqələrin 

genişləndirilməsi  və  istənilən  rəqabət  üstünlüyünə  nail  olmaq 

məsələlərini  yerinə  yetirməlidirlər.Korporativ  informasiya 

sisteminin tətbiq edən müəssisə qərarların qəbulu zamanı daha 

çox  məlumat  bazasına  malik  olmaq,müştəri  xidməti 

keyfiyyətinin  artımı,təchizatçılarla  əlaqələrin  yaxşılaşdırılması 

,əmək  məhsuldarlığının  artımı,istehsal  dəyərinin  minimuma 

endirilməsi  kimi  üstünlüklərə  malik  olurlar.Bununla  yanaşı, 

malların  dövriyyəsi  yaxşılaşır  və  müvafiq  olaraq  müəssisənin 

gəlirləri və mənfəətidə artır. 

KAPİTALIN İDARƏ  EDİLMƏSİ MƏSƏLƏLƏRİNİN 

HƏLLİNDƏ QEYRİ-MÜƏYYƏNLİYİN 

FORMALAŞDIRILMASI ÜSULU 

 

Magistr:                                            Elmi rəhbər: 

Məmmədli Fuad Rəfi oğlu               dos. K.A.Məmmədova 

II kurs, qrup A6216

 

 

Kapitalın  idarə  edilməsi  məsələlərinin  həllində  qeyri-



müəyyən  verilənlərin  formalaşdırılmasında  istifadə  edilə  bilən 

müxtəlif  qeyri-səlis  formalaşdırılma  üsulları  tətbiq  edilir.  Bu 

üsullar  qeyri-müəyyən  parametrin  qeyri-səlis  subyektiv 



298 

 

qiymətləndirilməsinin təqdim edilmə növlərindən irəli gələn bir 



sıra əməliyyatların icrasına imkan verir:  qiymətlər sahəsini və 

mənsubiyyət  funksiyasının  təyin  edilməsini,  təyinetmə  sahəsi 

ilə qiymətlər sahəsi arasında uyğunluğu, həmçinin mənsubiyyət 

funksiyasının  qiymətlər  sahəsinin  bircinsliyi  və  ya  qeyri- 

bircinsliyini ayırır. 

Qəbul  edilən  qərarların  operativliyinin  və  keyfiyyətinin 

artırılma  yollarından  biri  informasiya-idarəedici  sistemlərinin 

proqram  modullarının  tərkibinə  daxil    olan  süni  intellekt  üsul 

və vasitələri əsasında qərarların qəbul edilməsidir. 

Qərar  qəbuletmə  modellərində  qeyri-səlis  çoxluqlar 

nəzəriyyəsinin əsasında formalaşdırılan informasiyadan istifadə 

edilməsi  üçün  mənsubiyyət  funksiyalarının  qurulması  prose-

durları  qərar  qəbuletmə  məsələlərinin  formalaşdırılmasında 

mühüm komponent hesab edilir.  

Kapitalın  idarə  edilməsi  məsələlərinin  həlli  üçün  tətbiq 

edilən informasiya-idarəetmə sisteminin xüsusiyyəti ekspertlər 

tərəfindən verilənlərin sonradan emal üçün tolanması və emalı 

proqram  modullarının,  verilənlərin  və  ekspert  biliklərinin 

saxlanılması,  qərar  qəbuletmə  modullarının,  insan-maşın 

interfeysini realizə edən modulların olması ilə izah olunur.  

Qəbul  edilən  qərarların  keyfiyyəti  adekvat  qurulmuş 

funksiyanın  ekspert  və  ya  ekspertlərin  biliklərini  nə  dərəcədə 

əks etdirməsindən çox asılıdır. Ekspert informasiyasının emalı 

və  təqdim  edilməsi  üçün  qeyri-səlis  çoxluqlar  və  qeyri-səlis 

məntiq nəzəriyyəsinin xüsusi metodları tətbiq edilir. 

Qeyri-səlis  təsvirə  malik  olan  ekspert  informasiyaları 

əsasında  idarəetmə  məsələləri  üçün  qərar  qəbuletməyə  kömək 

sisteminin  tərkibində  qərar  qəbuletmə  prosesinin  avtomatlaş-

dırılması  modellərinin  qurulması  qeyri-səlis  çoxluq  və 

linqvistik  dəyişən  anlayışlarının    daxil  edilməsinə  görə 

mümkün olmuşdur. 

Bu  işdə  kapitalın  idarə  edilməsi  məsələlərinin  verbal 

parametrlərinin  formalaşdırılmasında  ekspertdən  söz  forma-



299 

 

sında  alınmış  informasiyanı  formalaşdırmağa  imkan  verən 



linqvistik  dəyişən  və  qeyri-səlis  dəyişənlərdən  istifadə 

edilmişdir.       

     

 

Beləliklə, kapitalın idarə edilməsi məsələlərinin  həllində 



qərar  qəbuletmə  risklərinin  qeyri-səlis  qiymətləndirilməsi 

üsullarına  baxılaraq  qeyri-müəyyənliklərin  formalaşmasına 

yanaşmalar işlənilmişdir. Qeyri-müəyyən verilənləri ehtimallar 

nəzəriyyəsinin  üsullarının  tətbiqi  ilə  linqvistik  və  qeyri-səlis 

dəyişilənlər şəklində, eləcə də formalaşdırmaq təklif edilmişdir. 

 

MÜƏSSİSƏNİN KADR SİSTEMİNİN PROQRAM 



TƏMİNATININ YARADILMASI 

 

Magistr:                                                         Elmi rəhbər: 

Qafarzadə Hikmət Vüqar oğlu                      N.Ə.Rəhimova 

II kurs, qrup A6216 

 

Kadr  sistemi  (Personnel  System),  insan  resursları 



idarəetmə sisteminin (

HRMS - Human Resources Management 

Systems

)  struktur  yanaşması  olub,  kompüterin  verilənlər 



bazasında  toplanan  digər  verilənlərlə    yenilənməsini  fayllarda 

bir  araya  gətirən  xronologiya  yönümlü  proqram  təminatıdır. 

Verilənlər  bu  tip  sistemlər  tərəfindən  qorunmaqdadır.  Hər 

səviyyədəki  kadra  keçid  imkanına  əlavə  olaraq,  kadr 

yönləndirməsi  və  müvafiq  şirkətlərin  kadr  əməliyyatlarının 

birləşdirilməsi  müddətlərini  sadələşdirən  sistem  olub,  kadr 

verilənlərinin fərqli sahələrdə analizinə və kadr idarəsinə imkan 

tanıyır.    Kiçik,  orta,  böyük  şirkətlərdə  istifadəsi  hər  bir 

aspektdən əlverişliliyə şərait yaradır. 

(1)  kadrların  məlumatları  (məs.  şəxsi  profil,  şəxsi  məlumat 

formu, müraciət formu, yönləndirmə əmrləri, əmək müqaviləsi 

və ya müqavilə); 

(2)  əmək  haqqı  (əmək  haqqı  və  ya  maaş,  davamiyyət  - 

məzuniyyət qeydləri, pensiya  və pensiya məlumatları);  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə