290
ELEKTRIK MAŞINLARININ VALLARININ VƏ
YASTIQLARIN XİDMƏT MÜDDƏTİNİN
ARTIRILMASI
Tələbə: Elmi rəhbər:
Yusifzadə Fərhad Rahim o. dos.Əhmədov E.N.
IV kurs, 559.4- cü qrup
Bütün
elektrik
mühərriklərinin
vallarında
ox
istiqamətində elektromaqnit induksiya gərginliyi mövcud olur.
Valın azacıq statik və dinamik eksentrik olması zamanı maqnit
səpələnmə seli induksiya gərginliyi yaradır ki, bu da valdan, iki
diyircəkli yastıqlardan və ramadan kecən dövrü cərəyanlar
yaradır. Dövrü cərəyanların artması diyircəkli yastıqlarda yerli
qızma yaradır.
Müasir elektrik intiqallarında asinxron mühərriklərinin
qidalandırılması və tənzim edilməsi məqsədilə və əksər
hallarda
yarımkeçirici
çevricilərdən
istifadə
edilir.
Yarımkeçirici çevricinin çıxışında gərginlik invertoru qoşulur
və mühərrik invertor vasitəsilə idarə edilir. İnvertorun çıxışnda
yüksək tezlikli ardıcıl impuls gərginlikləri yaranır. İnvertor
mühərrikin stator dolağında tam sinisoidal cərəyan
yaratmadığına görə mühərrikin kütləli hissələrində o, cümlədən
vallarında və diyircəkli yastıqlarında induksiya gərginliyini
yaradır.Tezliyinin yüksəldilməsi sinfaz gərginliyin armasına,
bu isə yastıqlarda parazit cərəyanların daha da çoxalmasına və
bir sıra hallarda onun sıradan çıxmasına səbəb olur.
Əgər gərginliyin qiyməti böyük olarasa yağ plyonkasında
dielektrik deşilir, halqa və diyircək arasında elektroeroziya
yaranır. Bu aralıqda qövsün yaranması üçün 5-30V gərginlik
kifayət edir. Qövs yastıqlarının səthində intensiz elektreroziya
yaradılır və yaranan nahamarlılıq diyircək yaranana qədər
inkişaf edir. Təqdim olunan iş asinxron elektrik
mühərriklərinin diyircəkli yastıqlarının parazit cərəyanlardan
qorunması tədbirlərinin araşdırılmasına həsr edilmişdir.
291
AZƏRBAYCAN ELEKTROENERGETİKA
SİSTEMİNDƏ ALTERNATİV ENERJİDƏN
İSTİFADƏNİN İNKİŞAF PERSPEKTİVLƏRİ (KÜLƏK
VƏ GÜNƏŞ ENERJİSİ).
Magistr:
Elmi rəhbər:
Yusifzadə Rəşid Həbib oğlu dos. S.M.Mirzəyeva
II kurs, qrup A5116
Külək enerjisi digər alternativ enerji mənbələri olan
günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən
özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə
görə ən sərfəlisidir.
Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında
külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi vardır.
Hesablamalara görə Azərbaycan Respublikası özünün coğrafi
vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800
MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat
ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik
enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona
yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda
tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin
atmosferə atılmasının qarşısının alınması deməkdir.
Çoxillik müşahidələr nəticəsində müəyyən edilmişdir ki,
ən əlverişli külək şəraiti Abşeron yarımadasında, Xəzər dənizi
sahili zolağında və akvatoriyanın şimal-qərb hissəsində olan
adalardadır. Azərbaycanın qərbində Gəncə-Daşkəsən zonasında
və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisində
küləyin orta illik sürəti 3-5 m/san. olduğu üçün bu regionlarda
orta güclü külək elektrik qurğularından istifadə etmək olar.
1999-cu ildə Yaponiyanın «Tomen» şirkəti Azərbaycan
Elmi-tədqiqat Energetika və Enerjilayihə İnstitutu ilə birlikdə
Abşeronda hündürlüyü 30 və 40 metr olan iki qüllə
quraşdırmış, küləyin sürətinin orta illik qiyməti v = 7,9-8,1
292
m/san olması müəyyən edilmiş və Qobustan rayonu ərazisində
ümumi gücü 30 MVt olan külək elektrik stansiyasının
quraşdırılmasına
dair
texniki
iqtisadi
əsaslandırma
hazırlanmışdır.
2002-ci
ildə Azərbaycanın bərpa olunan enerji
resurslarının qiymətləndirilməsi həyata keçirilmiş və aşkar
olunmuşdur ki, Abşeron yarımadası iri həcmdə külək enerjisi
potensialına malikdir. Uzunmüddətli küləyin orta sürəti 6
m/san-dan artıqdır ki, bu da külək enerjisi üçün əlverişli
texniki-iqtisadi potensialın olmasını göstərir. Şimal DRES-nin
yerləşdiyi ərazidən toplanılmış külək enerjisi üzrə statistik
məlumatlar bir daha təqdim olunan göstəriciləri təsdiq etmişdir.
Aparılmış bu tədqiqatlar zamanı Qobustan rayonu ərazisi üçün
təqdim olunmuş göstəricilər külək enerjisi potensialının 4-cü
sinfinə aid edilir ki, bu da yüksək potensial hesab olunur.
Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən
istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını
artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı
il ərzində ABŞ-da və Orta Asiya ölkələrində 2500-3000 saat,
Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400-3200
saatdır.Qeyd etmək lazımdır ki, günəş stansiyalarının
effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi
mövqeyindən asılıdır. Belə ki, bir il ərzində 1m
2
yer səthinə
düşən günəş enerjisinin miqdarı Azərbaycanda 1500-2000 kVts
təşkil edir. Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş
şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil
edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə
sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri
kimi qiymətləndirilə bilər. İşdə misal üçün 3 otaqlı standart
evin günəş panellərinin vasitəsi ilə təchizatı göstərilir.
Dostları ilə paylaş: |