Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə91/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   87   88   89   90   91   92   93   94   ...   151

287 

 

şəhəri və Qəbələ rayonunda quraşdırılmışdır.                                                



 

 

Şəkil 1. Ay ərzində orta hesabla 1 obyektin günün 



saatları üzrə elektrik enerjisi sərfiyyatı 

   Cədvəl 1 

Bakı şəhəri və Qəbələ rayonunun orta aylıq və orta illik günəş 

və külək enerji potensialı 

 

Nəzəri  hesablamalara  və  aparılmış  təcrübələrə  əsasən  demək 



olar  ki,  günəş  və  külək  enerjisindən  birgə  istifadə  və  bu 

enerjinin  akkumulyasiya  edilməsi  imkanı  daha  əlverişlidir. 

Belə  bir  sistemin  Bakı  şəhərindəki  poliqonda  tam  olaraq 

fəaliyyət  göstərməsi tərəfimizdən həyata keçirilmiş və son 6 il 

ərzində dayanmadan fəaliyyət göstərməsi təmin edilmişdir.  

İşlənib  hazırlanmış  hibrid  günəş  və  külək  enerji  sistemi 



0

5

10

15

20

25

30

35

0

2

4

6

8

10

12

14

16

18

20

22

24

Sərfiyyat (kVt)

Günün saatları

Region 


Orta illik enerji potensialı 

 



II 

III 


IV 

VI 



VII 

VIII 


IX 

XI 



XII 

Orta 


illik 

 

Günəş enerjisi, ümumi radiasiya kkal/sm



Bakı 


7,4 

9,8 


13,9 

17,8 


21.2 

23,1 


23,9 

24,5 


22,3 

18,6 


13,1 

10,2 


17,1 

Qəbələ 


2,3 

2,7 


3,8 

5,5 


5,6 

6,8 


8,8 

8,9 


8,4 

6,6 


4,9 

3,8 


5,7 

 

Külək enerjisi, m/san 



Bakı 

6,7 


6,5 

7,3 


6,5 

6,4 


6,7 

6,6 


6,8 

6,4 


6,3 

5,9 


5,4 

6,5 


Qəbələ 

2,4 


2,4 

2,6 


2,6 

2,9 


2,9 

2,6 


2,7 

2,4 


2,5 

2,6 


3,1 

2,1 



288 

 

Azərbaycanda  elmi-tədqiqat  və  təcrübə  üçün  yaradılmış  ilk 



sistemdir.  İlk  olmasına  baxmayaraq,  sistemdən  alınmış 

nəticələr dünyada movcud olan bu tipli sistemlərlə uyğunlaşır. 

Belə  sistemlərin  işlənib  hazırlanması  Azərbaycanda  dayanıqlı 

və stabil çıxışa malik alternativ energetikanın inkişaf etməsinə 

əhəmiyyətli dərəcədə töhvə verəcəkdir.  

 

400 MVT-LIQ BLOKUN BUXAR VƏ QAZ 



TURBİNLƏRİNİN İŞİNİN TƏDQİQİ 

 

Tələbə:                                                      Elmi rəhbər: 

Soltanov Süleyman Elman oğlu               dos. Ş.N.Nəsirov 

IV kurs, qr. 577.4   

  

“Şimal  ES”  Azərbaycan  enerji  sistemində  mühüm 



stansiyalardan biridir.  Bu da onun işinin  tədqiqini  aktual edir. 

“Şimal ES” –də 400 MVt-lıq Buxar-qaz qurğusu quraşdırılıb.  

Qurğu M701 – F Mitsubishi modelli 1 ədəd qaz turbini,                

1 ədəd util-qazanı, 1 ədəd TC2F – 35,4 tipli buxar turbinindən 

ibarətdir. Qurğunun ümumi gücü 393,5 MVt, qaz turbinin gücü 

qaz  yanacağı  ilə  işlədikdə  264,4  MVt,  maye  yanacağı  ilə 

işlədikdə 230 MVt-dir. Buxar turbinin hesabat gücü 138,3 MVt 

–dir. Qidalandırıcı transformatorun yüksək gərginlik tərəfindən 

ölçülmüş güc əmsalı 0,90 (hesabat parametrlərində).  

Atmosfer  havası  giriş  hava  filtrindən  keçməklə 

kompressorun  giriş  hissəsinə  verilir  və  17  pilləli  ox  boyu 

kompressorda  sıxılaraq  yanma  kamerasına  ötürülür.  Yanma 

məhsulları  4  pilləli  reaktiv  qaz  turbinində  genişlənir.  Turbinin 

soplolarında  qazın  potensial  enerjisi  kinetik  enerjiyə,  işçi 

kürəklərdə  isə  kinetik  enerji  mexaniki  enerjiyə  çevrilir. 

Turbində  hasil  edilmiş  enerjinin  bir  hissəsi  kompressorun 

fırlanmasına  sərf  edilir,  qalan  hissəsi  elektrik  generatorunda 

elektrik  enerjisinə  çevrilir.  Turbində  genişləndikdən  sonra 




289 

 

yanma  məhsulları  qazan  utilizatora  ötürülür.  Util  qazanında 



yüksək təzyiqli, orta təzyiqli, alçaq təzyiqli barabanlar yerləşir.  

Util  qazanın  barabanlarında  və  qızma  səthlərində  alınan 

buxar  uyğun  olaraq  buxar  turbininin  YTS,  OTS  və  ATS  –nə 

verilir, uyğun olaraq iş görülərək elektrik enerjisi alınır.     

M  701  –  F  Mitsubishi  firmasının  qaz  turbini  4  pillədən 

ibarət  olan  reaktiv  turbindir.  Giriş  tərəfindən  baxanda  turbin 

saat əqrəbi istiqamətində fırlanır. Turbinin oxunun generatorun 

oxu  ilə  birləşməsi  turbin  tərəfdən  elastik  (ox  istiqamətində 

termiki  genişlənməyə  imkan  verən),  generator  tərəfindən  sərt 

birləşmənin kombinasiyası ilə əldə olunur. Mitsubishi M 701 – 

F  qaz  turbinin  müsbət  cəhətlərinin  tədqiq  edilməsi  istismar 

prosesi üçün aktual hesab edilir.  

İstismar  prosesində  yanma  kamerasında  temperaturu 

1325


0

C-də  yanma  məhsulları  qaz  turbininə  verilir.  Turbində 

hasil  edilmiş  enerjinin  bir  hissəsi  kompressorun  fırlanması 

üçün,  bir  hissəsi  isə  elektrik  generatorunun  fırlanması  üçün 

istifadə  edilir.  Turbinin  soyudulmasını  təmin  etmək  üçün  və 

yaxşı istismar xarakteristikasını əldə etmək üçün kompressorun 

6 və 11-ci pillələrindən sonra aralıq ayrımlar qurulmuşdur. Qaz 

turbinin  metalının  detallarında  normal  işçi  temperaturu 

saxlamaq  üçün,  eynilə  turbinin  rotorunun  soyudulması 

lazımdır. Soyudulma bilavasitə soyuducu havanın məcburi seli 

ilə  həyata  keçirilir.  Sıxılmış  kompressor  havası  rotora 

verilməmişdən əvvəl soyudulur və təmizlənir. 

400  MVt-lıq  buxar  və  qaz  turbinlərinin  işinin  tədqiqindən 

faydalılıq göstəriciləri alınmışdır. Qurğunun işinin tədqiqindən 

alınan  nəticələr  buxar  və  qaz  turbinli  İES-lərin  hesabatında 

istifadə edilir.       

 

 

 



 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə