Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə87/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   83   84   85   86   87   88   89   90   ...   151

275 

 

Mingəçevir  Su  Elektrik  Stansiyası  və  digərlərini  qeyd  etmək 



olar.  

Hər  stansiyanın  özünə  uyğun  istehsal  elədiyi  güc  var. 

Əvvəlki  illərə  baxsaq  istehsal  olunan  enerjinin  miqdarının 

artdığını  görə  bilərik.  2016-cı  ildə  ölkə  üzrə  istehsal  olunan 

elektrik  enerjisinin  miqdarı  təxminən  23.07  milyard  kVt  saat 

olmuşdur.  2015-ci  ildə  istehsal  olunan  elektrik  enerjisinə 

baxsaq  görərik  ki,  0.8  faiz  artım  var.Məlumdur  ki,  elektrik 

stansiyasının gücünün artması onun işlədicilərinin sayından və 

gücündən asılıdır. 

 Əgər  Azərbaycanın  elektrik  stansiyalarında  elektrik 

enerji  tələbatçılarının  güclərinin  artmasından  asılı  olaraq 

elektrik stansiyalarının istehsal elədiyi aktiv və reaktiv güclərin 

dəyişməsinin statistikasına baxsaq görərik ki, güc artımı xaotik 

şəkildə müxtəlif illərdə müxtəlif qiymətlər almışdır.       Eyni 

zamanda  Bakı  şəhərinin  də  elektrik  enerjisinə  olan  tələbatının 

son  illərdə  3-4  faiz  artdığını  qeyd  etmək  olar.  Həmin 

dəyişməyə uyğun olaraq  sistemli şəkildə elektrik stansiyasının 

yaxın  gələcəkdəki  istehsal  edəcəyi  gücün  miqdarını  tapmaq 

olar.  Təqdim  olunan  işdə  əsas  məqsəd  Bakı  şəhərinin  elektrik 

təchizat  sxeminin  (enerji  artımının  riyazi  modelini  qurmağla) 

xaotik və sistemli böyümə şəraitində necə işləməsini müəyyən 

etməkdən ibarətdir.    

 

PVX MİKSER QURĞUSUNUN AVTOMATİK  

İDARƏ OLUNMASI  

 

Magistr: 

 

                              Elmi rəhbər: 



 

Nurullayev Şəmsi Rövşən oğlu        dos. Xanəhmədova S.Ə. 

II kurs, qrup  A5226 

  

 

Məlum  olduğu  kimi,  müasir  dövrümüzdə  gündəlik 

həyatımızda  istifadə  olunan  plastik  materiallar  ətraf  mühitə, 

təzyiqə,  suya  və  digər  təsirlərə  məruz  qalır.  Bu  materialların 



276 

 

tətbiq sahələrindən asılı olaraq onların müxtəlif təsirlərə davam 



gətirməsi vacib məsələlərdən biri hesab edilir. Fərqli rənglərdə 

olan plastik xammaddə hazırlanarkən içərisinə müxtəlif qatqısı 

olan maddələrin əlavə olunması tələb olunur. Burada ən önəmli 

olan  məsələ  plastik  materialın  hazırlanmasında  xammal  kimi 

istifadə  olunan  Poli-Vinil-Xloridin  (PVX)  (PVC  -  Poly  Vinil 

Chloride)  digər  qatqi  maddələri  ilə 

qarışdırılmasıdır. 

Qarışdırmada  məqsəd  qatqı  maddələrinin  plastik  içərisində 

bərabər  paylanmasını  təmin  etməkdir.  Əks  halda  hazırlanan 

maddənin  bir  hissəsi  sərt  tərkibli  olduğu  halda,  onun  digər 

hissəsi  isə  elastiki  tərkibli  alınır,  bundan  əlavə  həm  də  plastik 

məhsulda  rəng  qatışıqlığının  yaranır  [1,  2,  3].  Bu  səbəbdən 

qeyd  olunan  tipli  maddələrin  istehsalında  PVX  mikser 

qurğusuna böyük tələbat yaranır.  

Təqdim  olunana  işin  məqsədi  və  yeniliyi  PVX  mikser 

qurğularında  Proqramlaşdırılan  Məntiq  Kontrollerlərindən  - 

PMK istifadə olunmaqla istehsal prosesinin yüksəldilməsindən 

ibarətdir.  Bundan  əlavə  PMK-nın  tətbiqi  ilə  istehsal  prosesin 

yerinə  yetirirlməsi  zamanı  qəza  baş  verən  hallarda  yaranan 

problemlərin qısa müddət ərzində qaldırılmasını təmin edəcək. 

Bu məqsədlə xüsusi tərtib edilmiş proqramların tərtibi texnoloji 

prosesin  icrası  zamanı  qəza  hadisəsi  haqqında  məlumatın 

verilməsi,  onun  qeydə  alınması,  sistemdəki  mühafizə 

qurğularının  və  siqnalizasiyanın  dərhal  işə  düşməsi,  qəzanın 

yerinin 

dəqiqləşdirilməsi, 

həmin 

qurğrunun 



işinin 

dayandırılması  və  bu  kimi  bir  çox  problemlərin  qısa  müddət 

ərzində operativ olaraq həllinini təmin edir. 

 

 



 

 

 



 


277 

 

İES-İN QİSMƏN YÜKLƏNMƏ REJİMLƏRİNDƏ 



ENERGETİK QURĞULARIN EFFEKTİVLİYİNİN 

ARTIRILMASI ÜSULLARI  

Magistr: 

                                    Elmi rəhbər:               

Ömərov Eldar Ramiz oğlu            dos.C.P.Məmmədova          

II kurs, qrup A5316 

 

Ölkəmizdə  istehsal  olunan  elektrik  enerjisinin  təqribən 



85-90%-i  istilik  elektrik  stansiyalarında  (İES)  istehsal  olunur 

ki,  buna  da  ildə  milyon  tonlarla  üzvi  yanacaq  sərf  olunur. 

Göründüyü  kimi  ölkəmizin  enerji  sistemində  istehsal  olunan 

elektrik  enerjinin  maya  dəyərini  azaltmaq  üçün  əsas  vəzifə 

istilik  elektrik  stansiyalarının  (İES)  istismar  göstəricilərini 

yaxşılaşdırmaqdır.  Belə  ki,istehsal  olunan  elektrik  enerjisinin 

maya  dəyərinin  təqribən  85-90%-i  yanacaq  təşkiledicisinə 

aiddir.  Son  illərdə  dünyanın  digər  ölkələrində  olduğu  kimi, 

ölkəmizin  enerji  sistemində  də  yükün  tənzimlənməsi 

prosesində  böyük  güclü  enerji  bloklarından  istifadə  olunur. 

Belə ki, enerji sistemində bazis  yüklərində işləmək üçün gücü 

N

e



=333  MVt  olan  bloklar  sistemdə  yükün  tənzimlənməsində 

iştirak edir və bu zaman bloklar qismən yüklənmə rejimlərində 

istismar  edilirlər.  Qismən  yüklənmə  rejimində  energetik 

qurğuların həm iqtisadi səmərəliliyi, həm də etibarlılığı kifayət 

qədər  azalır.    İstismar  təcrübəsi  göstərmişdir  ki,  qismən 

yüklənmə  rejimində  N

e

=300  MVt  olan  blokların  faydalılığı 



11%-ə  qədər  azalır.  Başqa  sözlə  şərti  yanacağın  xüsusi  sərfi 

xeyli artır. Digər tərəfdən qismən yüklənmə rejimlərində buxar 

generatorunun  qızma  səthlərində  hidravlik  və  temperatur 

rejimləri pozulur və nəticədə qazanda qəza halları  yaranır. Bu 

səbəbdən Azərbaycan enerji sistemində buxar generatorlarının 

qızma  səthlərində  qəza  halları  baş  verir  və  nəticədə  buxar 

generatorlarının və ümumilikdə enerji avadanlıqlarının hazırlıq 

əmsalı aşağı düşür. 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə