Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə95/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   91   92   93   94   95   96   97   98   ...   151

300 

 

(3)  kadr  (yalnız  idarəçi  və  əlaqəli  qrumlarların  işləri  üçün 



vəzifə tipləri); 

(4) müvafiq iş qanunlarına uyğun gərəkli əsas verilənlər;  

Kadr  register  modulu,  sistemin  təməlini  təmsil  edir. 

KADRIS    modullar  sistemi  olub  və  bu  səbəbdən  mərhələli 

olaraq  təqdim  olunur.  Fərdi  ehtiyac  və  istəklərə  görə  tətbiq 

oluna  bilər.  Kadr  register  sistemi  təməl  kadr  əməliyyatlarının 

sadə və sürətli idarəsi üçün istifadə olunan əsas moduldur: 

(1)  Təşkilat  məhdud  olmayan  bir  və  ya  daha  çox  təşkilati 

strukturun saxlanmasını təmin edir; 

(2)  İş  yerlərinin  sistemləşdirilməsində  iş  yerləri  ilə  bağlı 

məlumatların idarə olunması üçün istifadə olunur

(3) Kadr qovluq işçiləri və onların ailə üzvləri haqqında lazımi 

məlumatları saxlayır; 

(4)  Data  ixrac  və  idxal  üçün  universal  interfeys  sənədlərin 

mətn,  Excel  və  HTML  fayllarına  ötürülməsi  üçün  istifadə 

olunur. 


 

XİDMƏTLƏRİN STANDARTLAŞDIRILMASI 

 

 

Magistr: 

  Elmi rəhbər: 

Həmzəyeva Fidan Yavər qızı 

  Dos. R.Q. Hacıyev 

II kurs, qrup A6336 

   

 

Xidmət  sahəsində  standartlaşdırma  –  həyat  və  insanın, 

həmçinin 

ekologiyanın  sağlamlığı  üçün  təhlükəsizlik 

aspektlərində  istehlakçıların  maraqlarının  müdafiə  edilməsinin 

bir üsuludur. 

Dünya 

təcrübəsində  standartlaşdırma  mehmanxana 



təsərrüfatında,  turizm,  sərnişin  və  yük  daşınmalarında,  rabitə, 

təhsil, bank işlərində  tətbiq edilir. Standartlaşdırmanın obyekti 

kimi xidmət müəyyən çətinliklər yaradır. Onlara aiddir: 

 



Xidmətlərin  çox  növlərinin  qiymətləndirilməsinin 

qeyri-mümkünlüyü; 




301 

 



 

Keyfiyyət  haqqında  istehlak  fikirlərinin  öyrənilməsi 

üçün  ekspert  və  sosioloji  qiymətləndirilmələrin  tətbiqi  və 

zərurəti; 

 

Xidmətin 



göstərilməsi 

proseslərinin 

normallaşdırılması (həmçinin təhlükəsizliyi); 

 



Qanunverici 

və 


normativ 

təsnifatların 

və 

terminologiyanın uyğunlaşdırılması; 



 

Personala 



və 

xidmət 


göstərilməsinə  tələblərin 

müəyyən edilməsi və s. 

Xidmətlərin  hər  növü  üçün  keyfiyyətin  konkret 

göstəricilərinə 

tələblərin 

hazırlanması 

xidmətlərin 

standartlaşdırması üzrə əsas məsələni təşkil edir. 

Yəni, xidmətlərin standartlaşdırmasının əsas spesifikasını 

xidmətin keyfiyyətinin göstəricilərinin hazırlanması təşkil edir. 

Başqa  sözlə,  istehsalatda  və  xidmət  istehlakında  keyfiyyət 

məsələləri mühüm rol oynayır. 

Məhsul  və  xidmət  öz  təyinatına  uyğun  olmalıdır,  öz 

funksiyalarını  düzgün  yerinə  yetirməlidir.  Başqa  sözlə,  qida 

məhsulları 

yeməli 


olmalıdır, 

avtomobil 

getməlidir, 

mühazirələrin mövzuları təhsil proqramına uyğun olmalıdır və 

bütün  bunlar  ətraf  mühitə  ziyan  verməməlidir.  Xidmətlər 

sahəsində  keyfiyyət  göstəricilərin  nomenklaturasını  müəyyən 

edən əsas sənədlərdən biri ГОСТ 52113 dövlət standartıdır.  

Xidmət  sahəsi  –  yüksək  sürətlə  inkişaf  edən  müasir 

iqtisadiyyatın  ən  böyük  sektorudur.  Hətta  istehsal  sektorunda 

fəaliyyətin  əhəmiyyətli  hissəsi  (tədqiqatlar  və  konstruktor 

layihələri,  marketinq,  informasiya  texnologiyaları)  istehsal 

sahəsi  deyil,  daha  doğrusu  xidmət  sahəsidir.  Hər  il 

istehlakçılara xidmətlərin və onların  göstərilməsi  metodlarının 

müxtəlifliyi artır. 

 “Xidmət”  anlayışı  izahların  böyük  müxtəlifliyinə 

malikdir,  onları  iki  qrupa  birləşdirmək  olar:  “xidmət”  hərəkət 

prosesi kimi (xidmət prosesi) və “xidmət”  fəaliyyətin məhsulu 



302 

 

kimi.    Xidmət  sahəsinin  menecmentin  inkişafı  təxminən  30 



ildən ibarətdir. 

Xidmət  sahəsinin  təşkil  edilməsi  üzrə  strategiyanın 

hazırlanma xüsusiyyətlərini müəyyən etmək üçün  iki aspektdə 

onun fəaliyyətinin spesifikasını anlamaq lazımdır: 

 

maddi  və  cismi  məhsuldan  fərqli  olaraq  xidmətin 



xüsusiyyətləri; 

 



xidmətin 

(xidmətlər) 

göstərilməsi 

prosesinin 

xüsusiyyətləri. 

“Xidmət”  anlayışı  izahların  böyük  müxtəlifliyinə 

malikdir.  Onları  iki  qrupa  birləşdirmək  olar:  “xidmət”  hərəkət 

prosesi kimi (xidmət prosesi) və “xidmət”  fəaliyyətin məhsulu 

kimi. 

 

ADNSU-DA TƏHSİLİN KEYFİYYƏTİNİN 



YÜKSƏLDİLMƏSİ YOLLARI 

 

 

   Magistr: 

  Elmi rəhbər: 

   Hüseynzadə Fatimə İslam qızı 

  dos. H.C.Cəfərov 

   II kurs, qrup A6336 

   

  

Azərbaycan  Respublikasının  “Təhsil  haqda  qanunu”nun 

3-cü  maddəsində  deyilir  ki,  təhsil  sahəsində  dövlət  siyasətinin 

əsas  prinsipləri  aşağıdakılardır:  Humanistlik;  demokratiklik; 

bərabərlik;  millilik  və  dünyəvilik;  keyfiyyətlilik;  səmərəlilik; 

fasiləsilik; 

vəhdətlilik; 

daimilik;  varislik;  liberallaşma; 

inteqrasiya. 

Əgər 


mövzumuz 

universitetimizdəki 

 

təhsil 


keyfiyyətindən  gedirsə,  vurğulamalıyıq  ki,  təhsilin  mövcud 

standart  və  normalara,  sosial  iqtisadı  tələblərə,  şəxsiyyətin, 

cəmiyyətin  və  dövlətin  maraqlarına  uyğunluğu  həm  dövlət, 

həm də elə universitet səviyyəsində çox aktualdır. 

Hal-hazırda  ADNSU-nun  qarşısına  qoyduğu  və  bu 

baxımdan çox saylı işlər gördüyü məqsədlərdən birincisi  təhsil 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə