Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə96/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   92   93   94   95   96   97   98   99   ...   151

303 

 

sistemini  köhnə  şablonlardan  xilas  edib,  müstəqilləşdirməsi, 



onu  modern  çağın  tələblərinə  uyğunlaşdırmaq  üçün  səylər 

göstərməkdir. 

ADNSU-da 

təhsilin 

keyfiyyətinin 

yüksəldilməsi 

prosesinin  icrası  zamanı  ABŞ-Avropa  təhsil  məkanına 

inteqrasiya 

əsas 

götürülməlidir. 



Günümüzdə 

reytinq 


siyahılarında  bu  ölkələrin  təhsil  siyasətlərinin  nəticələri  bunu 

təsdiq edir.  Təhsil prosesinin effektivliyinin  yoxlanması üçün 

onun  planlaşdırılması  və  icrası  yox,  məhz  nəticəsi  (tələbənin 

yiyələndiyi  bilik  və  bacarıqlar,  ixtisas  vərdişləri,  dünyagörüşü 

və.s) diqqət mərkəzində olmalıdır.  

Universitetdə  təhsil  səviyyəsinin  daxili  və  xarici 

qiymətləndirilməsi 

(əsasən 


manitorinqlər 

vasitəsilə) 

aparıldıqdan,  mövcud  təhsil  keyfiyyəti  haqda  mülahizələr 

yürüdüldükdən 

sonra 

 

müxtəlif 



sahələrdə 

(tədris 


proqramlarında 

və 


planlarında 

dəyişikliklərin 

həyata 

keçirilməsi,  ixtisas  yönümlü  laboratoriyaların  yüksək 



səviyyədə  təchizatlaşdırılması  və.s)  planlı  dəyişikliklər  edərək 

və  təhsilin  keyfiyyətinin  dəyişimini  mütəmadi    gözləmləyərək 

müsbət addımlara ümid etmək olar.  

Avropada  yaradılmış  bir  sıra  qurumlar  var  ki,  onlar  ali 

məktəb  universitetlərində  təhsilin  keyfiyyətinin  yüksəldilməsi 

üçün  baloniya  sistemli  universitetlərlə  əməkdaşlıq  qururlar. 

Onlardan  biri    özündə  42  assosiasiyanı  birləşdirən  ENQA-dır 

(Ali  təhsildə  keyfiyyətin  təmin  edilməsinin  Avropa  şəbəkəsi). 

Ölkəmizin  universitetlərinin,  o  cümlədən  ADNSU-nun  bu 

qurumla sıx əməkdaşlığı Avropa təhsil məkanına inteqrasiyanı 

sürətləndirməkdə, mövcud təhsil problemlərinin həllində böyük 

vasitə ola bilər.  

 

 

 



 


304 

 

KEYFİYYƏT MENECMENTİ SİSTEMİNİN 



QURULMASI NƏZƏRİYYƏSİ VƏ METODOLOGİYASI 

 

 

Magistr: 

 

Elmi rəhbər: 



İskəndərov Nəbi Şahmərdan oğlu    Dos. R.Q. Hacıyev 

II kurs, qrup A6336 

 

 

 



Azərbaycanda, o cümlədən dünyada iqtisadi islahatlar ilə 

yanaşı elm və texnika inkişaf etdikcə keyfiyyət anlayışına daha 

çox diqqət verilir. Hal-hazırda Azərbaycan müəssisələrində ən 

ciddi  problemlərdən  biri  də  rəqabət  qabiliyyətli  məhsulun 

istehsalının təmin edilməsinə imkan verən keyfiyyət sisteminin 

yaradılmamasından ibarətdir. Keyfiyyət sistemi anlayışı altında 

keyfiyyətə  ümumi  rəhbərliyin  həyata  keçirilməsi  üçün  zəruri 

hesab  edilən  təşkilat  strukturu,  proseslər,  metodikalar  və 

ehtiyatların  məcmusu  birləşdirilmişdir.  İstehsalçının  keyfiyyət 

menecmenti 

sisteminin 

və 


həmin 

sistemə 


nüfuzlu 

sertifikatlaşdırma  orqanı  tərəfindən  verilmiş  sertifikatın 

mövcudluğunu  ən  vacib  şərt  hesab  edən  xarici  sifarişçilərlə 

danışıqların  aparılması  zamanı  keyfiyyət  menecmenti 

sisteminin  olması  mühüm  əhəmiyyətə  malikdir.  Keyfiyyət 

menecmenti  sistemi  müəssisəsinin  xüsusiyyətlərini  nəzərə 

almalı,  məhsulun  işlənib  hazırlanmasına  və  onun  tətbiqinə 

edilən xərclərin minimuma endirilməsini təmin etməlidir. Həm 

bizim ölkədə, həm də xarici ölkələrdə keyfiyyət menecmentinə 

sistemli  yanaşmanın  formalaşdırılması  mərhələlərini  bilmədən 

səmərəli keyfiyyət sistemi yaradılması mümkün deyildir. 

Keyfiyyət 

menecmenti 

sisteminin 

qurulma 

nəzəriyyəsinin  ən  əsas  hədəflərindən  biri  hər  hansı  bir 

müəssisənin  fəaliyyətinin  müştərilərin  istək  və  tələbləri 

üzərində qurmaqla, onların məmnunluğunun təmin edilməsidir. 

Məhz,  bu  səbəbdəndir  ki,  standartda  “müştəri  məmnunluğu” 

əsas  tələb  kimi  irəli  sürülür  və  bütün  əməliyyatlarda  bu 

məsələyə  diqqət  yönəldilir.  Odur  ki,  İSO  9001  standartları 



305 

 

müasir bazar iqtisadiyyatı sistemində ən güclü marketinq aləti 



kimi  istifadə  olunur.  Standartın  tətbiqi  bazarın  imkanlarına  və 

dinamikasına çevik reaksiyasına, satış həcminin və beləliklə də 

gəlirlərin  artmasına,  müştərilərin  məmnunluğunun  əldə 

edilməsinə,  həmçinin  müəssisənin  resurslarından  səmərəli 

istifadə olunmasına, müştərilərin etibarını qazanmaqla bazarda 

firmanın dayanıqlığının təmin olunmasına yol açır. 

Keyfiyyət  problemi  bu  sahə  ilə  məşğul  olan  alimlərin, 

mühəndislərin, menecerlərin və digər şəxslərin iştrakı olmadan 

həll edilə bilməz. Məhsulun keyfiyyətinin artırılması və yüksək 

ödənişli  xarici  bazara  çıxmaq  məqsədi  ilə,  hər  il  keyfiyyətli 

menecment  və  keyfiyyətli  məhsulu  seçmək  üçün  ölkə 

səviyəsində müsabiqələr keçirilməlidir. Belə ki, müasir dövrdə 

satış  bazarını  hansısa  bir  hissəsini  əldə  etmək  üçün  əsas  şərt 

keyfiyyətdir.  Bu  səbəbdən  də  məhsulun  rəqabət  qabiliyyətini 

yalnız keyfiyyət yüksəldə bilər. 

Müəssisələr  və  təşkilatlar  səviyyəsində  keyfiyyət 

menecmenti  sistemini  yaxşılaşdırmaq  üçün  İSO  9001-2015 

standartının əsasında idarəçilik sistemini qurmaq vacib şərtdir. 

İSO  9001-2015  keyfiyyət  standartı  almış  müəssisələr  bazar 

iqtisadiyyatı  şəraitində  rəqabətə  dözümlü  olurlar.  Rəqabət  elə 

bir  şəraitdir  ki,  onun  təsiri  nəticəsində  müəssisələr  bazarda 

istənilən  dəyişikliyə  uyğunlaşa  bilər.  Məhsul  və  xidmətlərlə 

yanaşı  həmçinin  yaşayışın  keyfiyyyətinin  yüksəldilməsi  hal-

hazırda  ölkə  rəhbərlərinin,  istehsalçıların  və  istehlakçıların 

maraq  dairəsində  yer  alıb.  Hal-hazırda  keyfiyyət  sisteminə 

sertifikat  əldə  etmək  istəyən  şirkətlərin  sayı,  Azərbaycanda 

gündən-günə  artmaqdadır,  çünki  bunsuz  sənayedə  uzun 

müddətli uğur qazanmaq mümkün deyil. 



 

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə