Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə104/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   100   101   102   103   104   105   106   107   ...   151

328 

 

- Rəqabət üstünlüyü;  



- Xarici investisiyanın cəlb olunması;  

- Məhsuldarlıq artımı;  

- Texnoloji asılılığın azaldılması. 

Rəqabət  –  bazarda  çıxış  eləyən  müəssisələr  arasında 

qarşılıqlı  fəaliyyət,  qarşılıqlı  əlaqə  və  mübarizənin  iqtisadı 

prosesi  kimi  öz  məhsulunun  satışı  üçün  əlverişli  imkanların 

yaradılması, istehlakçıların tələbatının təmin olunmsası və daha 

çox gəlirin əldə olunması məqsədinı daşıyır. 

Rəqabətdə 

olan  firmaların  fəaliyyətlərinin  tədqiq 

olunması  üç  mərhələli  sistemli  tədqiqatdan  ibarətdir:  - 

fəaliyyətdə  olan  və  potensial  rəqiblərin  müəyyən  olunması;  - 

rəqiblərin fəaliyyətlərinin, məqsəd və strategiya göstəricilərinin 

təhlili;  -  rəqiblərin  fəaliyyətlərinin  güclü  və  zəif  tərəflərinin 

müəyyən olunması. 

Rəqabət  qabiliyyətinin  idarə  olunması  –  məlumatın 

daima  təkmilləşdirilməsi,  mütəmadi  olaraq  onun  yeni  satış 

kanallarının,  yeni  alıcı  qruplarının  axtarılması,  servis 

xidmətinin, 

reklamın 

yaxşılaşdırılması 

üzrə 


tədbirlər 

məcmusudur. 



 

NEFTQAZÇIXARMA MÜƏSSİSƏLƏRİNDƏ İSTİSMAR 

XƏRCLƏRİNİN İQTİSADİ-RİYAZİ MODELLƏRLƏ 

QİMƏTLƏNDİRİLMƏSİ. 

 

Tələbə: 


 

 

                            Elmi rəhbər: 



Abbasova Şölə Vahid qızı                             dos.İsayev K.H.                            

VI kurs, qrup 715.4 



                             

      Bazar  münasibətləri  şəraitində  müəssiənin  istehsal  etdiyi 

əmtəənin  miqdarı  onun  istehsal  xərcləri  səviyyəsindən 

bilavasitə  asılıdır.  Məlumdur  ki,  istehsal  xərcləri  məhsulun 

maya  dəyərini  təyin  edir,  pul  ifadəsində  məhsul  vahidinə  və 

istehsal  edilən  bütün  məhsula  hesablanmış  bütün  növ  material 




329 

 

və  əmək  haqqına  çəkilən  xərcləri  ifadə  edir.  Məhsulun  maya 



dəyəri obyektiv fəaliyyətdə olan iqtisadi kateqoriya kimi nəzəri 

məzmuna  malikdir  və  müəssənin  mənfəətlə  işləməsi,  istehsal 

səmərəliliyinin  yüksəldilməsi  üçün  onun  aşağı  salınması  çox 

vacib şərtlərdəndir. 

Son 

zamanlar 



respublikanın 

neftqazçıxarma 

müəssisələrində  neft  hasilatını  səciyyələndirən  texniki-iqtisadi 

göstəricilərin pisləşməsi tendensiyası müşahidə olunur. Bu, bir 

tərəfdən  uzun  illər  istismar  edilən  neft  yataqlarında  ehtiyatın 

azalması  meyli  bunula  da  cari  hasilatın  azalması  ilə  izah 

edilirsə,  digər  tərəfdən  hasilatın  sabitləşdirilməsi  və 

artırılmasına  yönəldilmiş  tədbirlərə  sərf  edilən  xərclərin 

artması  ilə  izah  olunur.  Bu  neft  yataqlarının  işlənməsi  hər 

şeydən  əvvəl  ehtiyatların  mənimsənilməsi,  məhsulun  sulaşma 

faizinin  artması,  hasilatın  təcrübi  olaraq  mexanikləşdirilmiş 

üsulla  yerinə  yetirilməsi  ilə  fərqlənirlər.  Yuxarıda  adları 

çəkilən amillərin fəliyyəti ilə hasil edici quyuların debiti kəskin 

azalmış,  lakin  buna  baxmayaraq  bu  yataqlardan  alınan  hailat 

həcmi  ümumi  hasilat  həcmində  böyük  xüsusi  çəkiyə  malik 

olaraq  qalır.  Bütün  bunlar  həmin  yataqların  işlənməsinin 

səmərəliliyinin  artırılmasını  neftçilər  qarşısında  günün  vacib 

məsələsi  kimi  qoyur.  Bu  problemin  mühüm  istiqamətlərindən 

biri neft hasilatı maya dəyərinin dəyişmə tendensiyasının, onun 

səviyyəsini  müəyyən  edən  amillərin  müəyyən  edilməsi,  neft 

yataqlarının  işlənməsi  səmərəliliyinin  artırılması  üçün  istehsal 

xərclərinin 

aşağı 

salınması 



ehtiyatlarının 

müəyyən 


edilməsindən ibarətdir.  

Müasir dövrdə neftqazçıxarma müəssisələrində istismar 

xərclərinin  hesablabnmasında  iqtisadi-riyazi  modellərdən 

istifadə olunur. 

 

 

 



330 

 

DAYANIQLI INKIŞAF KONSEPSIYASININ 



FORMALAŞMASI 

Magistr: 

 

 

                     Elmi rəhbər: 



Əhmədov Anar Sahəddin oğlu            dos. Zeynalova S.C 

II kurs, qrup A7116 

 

Dayanıqlı  iqtisadi  inkişaf  konsepsiyasının  formalaşma 



mənbəsi  “Davamlı  İnkişaf”  fikrinin,düşüncəsinin  və  nəhayət 

tarixi,siyasi-iqtisadi  proseslər  nəticəsində  konsepsiyasının 

yaranması ilə bağlıdır. Dayanıqlı iqtisadi inkişaf ilk dəfə olaraq 

əsaslı  surətdə  və  ciddi  şəkildə  İtaliya  biznesmeni  və  alimi 

A.Peççei  tərəfindən  1968-ci  ildə  yaradılan  “Roma  klubu”-nun 

məruzələrində  araşdırılmağa  başlanmışdır.Həmin  klubun  fəal 

üzvləri  olan  ABŞ-ın  Massaçuset  Texnologiya  İnstitutunun 

professor  C.Forester  ,  R.Medouz,  M.Meşaroviç  və  E.Pestelin 

müvafiq  olaraq  “Dünya  dinamikası”,  “Artım  həddi”, 

“Bəşəriyyət  yol  ayrıcında”  kitab  və  məqalələrində  planet 

miqyasında  əhali  artımı,  ərzaq problem,  təbii və ətraf mühitin 

çirklənməsi,  bərpa  olunmayan  təbii  sərvətlərdən    istifadənin 

həddinin  keçməsi,capital  qoyuluşu,vəs  məsələlərin  həmçinin 

cəmiyyət  və  yoxsullarla  varlılar  arasında  get-gedə  uçuruma 

çevrilən  dərinləşən  və  daha  da  ziddiyyətli  xarakter  alan 

münasibətlərin  problemə  çevrilməsi  beynəlxalq  arenada 

alimlərin 

diqqətinə 

çatdırılmış 

və 


ətraflı 

şərh 


olunmuşdur.Davamlı inkişaf anlayışı öz ətraflı və geniş şərhini 

1987-ci  ildə  Q.X.Brutlandın  rəhbərlik  etdiyi  BMT-nin  “Ətraf 

Mühit    və  İnkişaf”  Komissiyasının  hazırladığı  ”Bizim  ümumi 

gələcəyimiz” adlı məruzədə tapmışdır. 

        BMT-nin  təşəbbüsü  ilə  1992-ci  il  13-14  iyunda 

Brazilyanın Rio-de Janeyro şəhərində “Ətraf mühit və Davamlı 

İnkişaf”  üzrə  keçirilən  Beynəlxalq  konfrasında    “XXI  əsrin 

gündəliyi”  və  “Rio  Bəyannaməsi”  qəbul  edilməklə,Davamlı 

inkişafın əsas müddəaları və strateji istiqamətləri bu sənədlərdə 

daha  geniş  və  ətraflı  əks  etdirildi.Qeyd  etmək  lazımdır 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə