Ölkənin sosial-iqtisadi inkişaf
konsepsiyasının prioritetlərinə uyğun
olaraq aparılan islahatlar nəticəsində
iqtisadi inkişafın davamlılığı təmin
olunmuş və Azərbaycan Respublika-
sının beynəlxalq aləmdə müsbət imici
daha da möhkəmlənmişdir.
Ötən dövr ərzində həyata keçirilən
məqsədyönlü tədbirlər nəticəsində qey-
ri-neft sektorunun inkişafında müstəsna
rolu olan nəqliyyat infrastrukturunun in-
kişafı, ölkənin tranzit potensialının daha
da artırılması istiqamətində bir sıra əhə-
miyyətli nailiyyətlər əldə edilmiş, Azər-
baycanın mühüm nəqliyyat və logistika
mərkəzinə çevrilməsi üçün münbit şə-
rait yaradılmış, tranzit yükdaşımaların
həcmi və keyfiyyəti yüksəlmişdir. Bakı
Beynəlxalq Dəniz Ticarət Limanının fəa-
liyyətinin müasirləşdirilməsi üçün onun
yenidən təşkili yolu ilə Xəzər dənizinin
Bakı şəhərinə aid akvatoriyasında liman
xidmətləri göstərmək hüququ olan “Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı” Qapa-
lı Səhmdar Cəmiyyəti yaradılmış, habelə
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Li-
manı Kompleksinin tikintisinə başlanıl-
mışdır.
Azərbaycan Respublikası Konstitusi-
yasının 109-cu maddəsinin 32-ci bəndi-
ni rəhbər tutaraq, Yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının dünya standart-
larına cavab verən liman səviyyəsinə
çatdırılması, eləcə də limanın normal
fəaliyyətinin təmin edilməsi və liman əra-
zisində yükaşırmaların həyata keçirilməsi
üçün zəruri infrastrukturun yaradılması
məqsədi ilə qərara alıram:
1. Yeni Bakı Beynəlxalq Dəniz Ti-
carət Limanı üçün 6 ədəd portal kranın
alınması və 2 ədəd mövcud kranın mo-
dernləşdirilməsi məqsədilə “Azərbaycan
Respublikasının 2017-ci il dövlət büdcə-
si haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 27
dekabr tarixli 1180 nömrəli Fərmanının
1.14.3.3.9-cu yarımbəndində nəzərdə tu-
tulmuş vəsaitdən “Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı” Qapalı Səhmdar Cəmiy-
yətinə müvafiq olaraq 33,2 milyon (otuz
üç milyon iki yüz min) manat və 3,6 mil-
yon (üç milyon altı yüz min) manat ol-
maqla, cəmi 36,8 milyon (otuz altı milyon
səkkiz yüz min) manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Ma-
liyyə Nazirliyi bu Sərəncamın 1-ci his-
səsində nəzərdə tutulan məbləğdə maliy-
yələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Na-
zirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 avqust 2017-ci il.
Azərbaycan tarixən qədim İpək yo-
lunun keçdiyi, ən uzaq dövlətləri birləş-
dirən ticari-iqtisadi dəhlizlərin qovuşdu-
ğu məkan olub. Qloballaşan dünyanın
yeni geoiqtisadi çağırışları kontekstində
ölkəmizin bu sahədə tarixi rolu daha da
artaraq, strateji əhəmiyyət kəsb edir. Pre-
zident İlham Əliyevin rəhbərliyi ilə digər
sahələrdə olduğu kimi, ölkə iqtisadiyya-
tında da əhəmiyyəti böyük olan nəqliyyat
sektorunun inkişafı, tranzit imkanlarının
genişləndirilməsi üçün mühüm işlər gö-
rülür. Həm ölkə daxilində müasir nəqliy-
yat infrastrukturu yaradılır, həm də tranzit
potensialı gücləndirilir. Bütün bunlar isə
Azərbaycana daha da böyük həcmdə si-
yasi və iqtisadi dividendlər gətirəcək.
İqtisadiyyat naziri, Tranzit Yükdaşı-
malar üzrə Koordinasiya Şurasının sədri
Şahin MUSTAFAYEV müsahibəsində bu
sahədə görülən işlər barədə ətraflı məlu-
mat verdi.
- Şahin müəllim, son illərdə Azər-
baycanın tranzit imkanlarının geniş-
lənməsi istiqamətində mühüm addım-
lar atılır. Bu sahədə görülən işlərin
ölkəmiz üçün əsas əhəmiyyəti nədir?
- Öncə onu vurğulamaq istərdim ki,
ümummilli lider Heydər Əliyev Azərbay-
can iqtisadiyyatının diversifikasiyasının
mühüm istiqamətlərindən olan tranzit
imkanlarının genişlənməsinə, nəqliyyat
dəhlizlərinin inkişafına daim böyük önəm
verirdi. Təsadüfi deyildir ki, ulu öndərin
təşəbbüsü ilə hələ 1998-ci ilin sentyabrın-
da Bakıda 9 ölkənin (Azərbaycan, Bolqa-
rıstan, Gürcüstan, Qırğızıstan, Moldova,
Rumıniya, Türkiyə, Özbəkistan, Ukray-
na) dövlət başçısı, 13 beynəlxalq təşkila-
tın və 32 dövlətin nümayəndə heyətinin
iştirak etdiyi tarixi İpək yolunun bərpa-
sına həsr olunmuş beynəlxalq konfrans
keçirilmiş, Avropa İttifaqının TRASE-
KA proqramı əsasında “Avropa-Qafqaz-
Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq
nəqliyyat haqqında əsas çoxtərəfli Saziş”
imzalanmış və Bakı Bəyannaməsi qəbul
edilmişdir. Saziş 12 ölkənin dövlət və
hökumət başçıları tərəfindən imzalanmış-
dır. İran İslam Respublikası 2009-cu ildə
TRASEKA proqramına qoşulmuşdur.
Əsas çoxtərəfli sazişin müddəalarına uy-
ğun olaraq, TRASEKA Hökumətlərarası
Komissiyasının Daimi Katibliyinin Bakı
şəhərində yerləşməsi qərara alınmış və
2001-ci il fevralın 21-də rəsmi açılışı ol-
muşdur.
Xüsusi olaraq qeyd edilməlidir ki,
Heydər Əliyevin təşəbbüsü ilə reallaşdı-
rılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft
boru kəməri Azərbaycanın enerji ehti-
yatlarının dünya bazarlarına çıxarılması
ilə yanaşı, ölkənin tranzit imkanlarının
genişləndirilməsi baxımından da strateji
əhəmiyyət daşıyır.
Hazırda ümummilli liderin uzaq-
görən siyasəti Prezident İlham Əliyev
tərəfindən digər istiqamətlərdə olduğu
kimi, tranzit potensialının gücləndiril-
məsi sahəsində də uğurla davam etdirilir.
Ölkəmizdə nəqliyyat infrastrukturunun
inkişafı ilə bağlı irimiqyaslı layihələr
həyata keçirilir, bu sahəyə böyük həcm-
li dövlət investisiyaları yönəldilir. Kör-
pülərin, avtomobil yolları və dəmir yolu
xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və
İran istiqamətində ölkə ərazisindən keçən
magistral yolların beynəlxalq standartlar
əsasında yenidən qurulması, Bakıda və
regionlarda beynəlxalq hava limanlarının
tikintisi Azərbaycanın nəqliyyat infrast-
rukturunun inkişafında əhəmiyyətli rol
oynamaqla yanaşı, ölkəmizin tranzit po-
tensialını daha da artırır.
Prezident İlham Əliyevin dediyi
kimi: “Azərbaycan Asiyanı Avropa ilə
birləşdirən körpüdür. Biz indi öz nəq-
liyyat infrastrukturumuzu möhkəmlən-
diririk. Bizim dəniz nəqliyyatına, dəmir
yoluna böyük investisiyalar qoyulur. Bir
sözlə, nəqliyyat sektoru gələcəkdə böyük
rol oynayacaqdır. Regionda digər mühüm
işlər də məhz bununla bağlıdır”.
- Tranzit dəhlizlərinin inkişaf et-
dirilməsi üçün hansı tədbirlər həyata
keçirilir?
- Nəqliyyat infrastrukturunun tək-
milləşdirilməsi ilə yanaşı, Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat dəhlizlərinin
kəsişməsində yerləşən və bu baxımdan,
əlverişli geostrateji mövqeyə malik olan
Azərbaycanın tranzit daşımaları sahəsin-
də potensialını reallaşdırmaq məqsədilə
nəqliyyat dəhlizlərinin inkişafı istiqamə-
tində mühüm işlər görülür. Bu baxımdan
Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit
Dəhlizi xüsusi önəm kəsb edir. Bu dəhliz
məsafə baxımından Çinlə Avropa arasın-
dakı ən qısa marşrut olduğundan, tranzit
və yükdaşıma baxımından səmərəlidir.
Belə ki, orta hesabla 5400 km uzunlu-
ğunda olan Şərq-Qərb nəqliyyat dəhli-
zinin tranzit müddəti 15 gündür. Müqa-
yisə üçün qeyd edək ki, ənənəvi okean
daşımaları vasitəsilə Çindən Türkiyə is-
tiqamətindəki yükdaşımalara 30-35 gün
sərf olunur.
2015-ci ilin noyabr ayında Çinin
Lyanyunqan vilayətindən yola düşən
konteyner qatarı Çin-Qazaxıstan-Azər-
baycan-Gürcüstan-Türkiyə marşrutu ilə
hərəkət edərək, 15 gün ərzində İstanbu-
la çatmışdır. Asiya və Avropa arasında
ticarət əlaqələrinin genişlənməsi Azər-
baycandan keçən bu dəhlizin inkişafına
böyük imkanlar yaradır. Prezident İlham
Əliyevin təşəbbüsü və prinsipial mövqe-
yi sayəsində tikilən və əhəmiyyətinə görə
“Dəmir İpək yolu” adlandırılan Bakı-Tbi-
lisi-Qars dəmir yolunun istifadəyə veril-
məsindən sonra isə dəhliz quru xətlə bir-
başa Avropaya çıxış imkanı yaradacaqdır.
(Ardı 2-ci səhifədə)
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
Qiyməti 50 qəpik
9 avqust 2017-ci il № 53-56 (9147)
www.seanews.az
QƏZET
1931-ci ildən
nəşr olunur
QƏZET
1931-ci ildən
nəşr olunur
BU SAYIMIZDA
BAkIDA “DəniZ kUBokU-2017”
BeYnəlxAlq YArIŞlArI keçirilir
nüfUZlU GAC GəMiçilik ŞirkəTinin
nüMAYənDələri AxDG-Də olUBlAr
İyulun 31-də dün-
yanın nüfuzlu gəmiçilik
şirkətlərindən olan GAC-
ın rəsmi nümayəndələri
“Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC-də
olublar.
“ProfeSSor Gül” GəMi-BərəSi DəniZ
SInAğInDAn UğUrlA keçiB
Beynəlxalq Əmək Təşki-
latının məlumatına görə, hər il
dünyada istehsalat xəsarəti və
peşə xəstəliyindən 2 milyon insan
həlak olur. Bu bədbəxt hadisələr
ölkələrin iqtisadi inkişafına ziyan
vurmaqla yanaşı, dünya üzrə
ümumi daxili məhsulun 4 faizinin
itirilməsinə də səbəb olur.
Bəli, hər bir iş yerində risk və təh-
lükə var. Bu elə bir məsələdir ki, ondan
tamamilə qaçmaq mümkün deyil.
ABŞ veloSiPeD iDMAnInIn BMx növü üZrə DünYA
çeMPionATInIn eSTAfeTini AZərBAYCAnA veriB
Avqustun 1-də
Dənizkənarı Milli
Parkda “Beynəlxalq
Ordu Oyunla-
rı–2017” çərçivə-
sində Bakıda təşkil
edilən “Dəniz Kubo-
ku-2017” beynəlxalq
yarışlarının təntənəli açılış məra-
simi keçirilib.
ABŞ-ın Cənubi Ka-
rolina ştatının Rok Hill
səhərində velosiped
idmanının BMX növü
üzrə dünya çempionatı
başa çatıb.
BoŞ qAlAn Yerlərə ixTiSAS
SeçiMi BAŞlAYIB
2017/2018-ci tədris ili üçün ali
təhsil müəssisələrinin və Azərbay-
can Milli Elmlər Akademiyasının
(AMEA) magistraturalarının boş
qalan yerlərinə qəbul aprelin 9-u və
iyunun 4-də keçirilmiş ikimərhələli
qəbul imtahanında toplanılmış ballar
əsasında müsabiqə yolu ilə aparılır.
“Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC-
yə məxsus “Professor
Gül” gəmi-bərəsi təmir
olunub.
Əsaslı təmir yekun-
laşdıqdan sonra bərə də-
niz sınağından keçirilib.
“Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC-
nin “Zığ” Gəmi Təmiri Zavodunda baş-
layan əsaslı təmir işləri planlaşdırılmış
şəkildə və yüksək keyfiyyətlə aparılıb.
Səh. 3
Səh. 6
AZərBAYCAn qloBAl nəqliYYAT qovŞAğInIn
SəMərəli və eTiBArlI körPüSüDür
“AZərBAYCAn xəZər DəniZ
GəMiçiliYi” qSC-Də TəhlükəSiZ iŞ
ŞərAiTi PrioriTeT MəSələDir
Səh. 8
Səh. 4
Səh. 5
Səh. 2
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət limanı kompleksinin
tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
AZərBAYCAn reSPUBlikASI
PreZiDenTinin SərənCAMI
Azərbaycanı regionun ticarət mərkə-
zinə çevirmək məqsədi ilə son illərdə
ölkənin strateji coğrafi mövqeyindən
səmərəli istifadə etməklə tranzit və nəq-
liyyat xidmətlərinin inkişafı, nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi və
tranzit potensialının daha da artırılması
üçün konkret hədəflərə istiqamətlənmiş
kompleks tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlər çərçivəsində yerli və
beynəlxalq daşımaların idarə olunma-
sı mexanizmi təkmilləşdirilmiş, ölkənin
nəqliyyat sisteminin beynəlxalq nəqliy-
yat sisteminə inteqrasiyası genişləndiril-
miş, habelə Yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı Kompleksinin tikintisinə
başlanılmışdır.
Azərbaycanın regionun mühüm nəq-
liyyat və logistika mərkəzinə çevrilməsi
siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat dəhlizləri-
nin qovşağında yerləşən Yeni Bakı Bey-
nəlxalq Dəniz Ticarət Limanı Kompleksi
ölkənin tranzit imkanlarının yüksəldilmə-
sində həlledici rola malikdir.
Azərbaycan Respublikası Konstitusi-
yasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Yeni Bakı Beynəlxalq Də-
niz Ticarət Limanı Kompleksinin tikinti-
sinin davam etdirilməsi işlərinin sürətlən-
dirilməsi məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının 2017-
ci il dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 27 dekabr tarixli 1180 nömrəli
Fərmanının 1.14.3.3.9-cu yarımbəndində
nəzərdə tutulmuş vəsaitdən Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə
30,0 (otuz) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Ma-
liyyə Nazirliyi bu Sərəncamın 1-ci his-
səsində nəzərdə tutulan məbləğdə maliy-
yələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Na-
zirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 avqust 2017-ci il.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət limanının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında
AZərBAYCAn reSPUBlikASI PreZiDenTinin SərənCAMI
Şahin MUSTAFAYEV: “Prezident İlham Əliyevin
nəqliyyat infrastrukturunun müasir dünya standartla-
rına uyğunlaşdırılması ilə bağlı siyasəti və təşəbbüsləri
ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir,
regionda siyasi-strateji əhəmiyyətini daha da artırır”