Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə107/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   103   104   105   106   107   108   109   110   ...   151

337 

 

almaq  məqsədi  ilə  işlənən  enerji  çeşidlərinin  ümumiləşmiş 



adıdır.  Alternativ  energetika  daha  çox  gələcəyə  yönələn 

perspektiv sahədir. O bu gün o qədər də çox yayılmamış, ancaq 

ətraf  mühiti  təmizlikdə  saxlamaq  və  iqtisadi  səmərililik 

baxımından əlverişlidirlər. Alternativ enerji mənbələri dedikdə 

əsasən aşağıdakılar nəzərdə tutulur: 

Biokütlə  enerjisi,  Külək  enerjisi,  Günəş  enerjisi, 

Geotermal  enerji,  Dalğa  enerjisi,  Nüvə    parçalanmasından 

yaranan  enerji,  Qabarma-çəkilmə  enerjisi,  Dünya  okeanının 

termik enerjisi.  

Son  dövrlərdə  dünya  ölkələri  sürətlə  bərpa  olunan 

alternativ  enerji  mənbələrinə  keçidi  prioritet  məsələyə 

çeviriblər.  Ənənəvi  enerji  mənbələrinin  tədricən  tükənməsini 

və  onlardan  istifadə  zamanı  ətraf  mühitə  vurulan  külli 

miqdarda ziyanı  nəzərə  alaraq, hazırda dünyanın  əksər inkişaf 

etmiş  ölkələrində  bərpa  olunan  enerji  mənbələrdən  geniş 

istifadə  edilir.  Statistik  məlumatlara  görə,  inkişaf  etmiş 

ölkələrdə ümumi istehsal olunan enerjinin təqribən 15 faizi su 

elektrik  stansiyaları  da  daxil  olmaqla,  alternativ  enerji 

mənbələrinin payına düşür.Bu sahədə ABŞ, Kanada, Almaniya, 

Finlandiya,  Norveç,  Danimarka,  İspaniya,  Yaponiya  və  Çin 

daha qabaqcıl mövqe tuturlar. 

Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sahələrindən 

biri  də  energetika  sektorudur.  Ümummilli  lider  Heydər 

Əliyevin  birbaşa  təşəbbüsü  ilə  Azərbaycan  Dövlət 

Rayonlararası Elektrik Stansiyasının (DRES) və Şəmkir SES-in 

tikilməsi,  nəinki  enerji  sahəsinin,  o  cümlədən,  Azərbaycan 

iqtisadiyyatının  bütün  sahələrinin  daha  da  inkişafına  səbəb 

olub. Müstəqillik qazanıldıqdan sonra xarici investisiyalar üçün 

əlverişli  şəraitin  yaradılması  və  onların  sürətlə  ölkə 

iqtisadiyyatına  cəlb  edilməsi  nəticəsində  energetika  sahəsinə 

güclü sərmayə axını başladı. 

Bərpa  olunan  enerji  mənbələri  Azərbaycan  üçün  çox 

əhəmiyyətlidir,  lakin  Azərbaycanda  hidroenerjidən  başqa 



338 

 

praktikada  bərpa  olunan    enerji  sahələri  çox  azdır.  Buna 



baxmayaraq  alternativ  enerji  mənbələrindən  istifadə  etmək 

məqsədilə 

21 

oktyabr 


2004 

cü 


ildə 

Azərbaycan 

Respublikasının  Prezidenti  “Azərbaycan  Respublikasında 

alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadə 

olunması  üzrə  Dövlət  Proqramı”nın  təsdiq  edilməsi  haqqında 

sərəncamı  qüvvəyə  minmişdir.  Dövlət  Proqramının  məqsədi 

ölkənin  təbii  potensialından  istifadə  etməklə  bərpa  olunan  və 

ekoloji  cəhətdən  təmiz  mənbələrdən  enerji  istehsalını 

genişləndirməkdən və karbohidrogen enerji resurslarından daha 

səmərəli istifadə edilməsini təmin etməkdən ibarətdir. 

 

NEFTİN QİYMƏTİNİN FORMALAŞMASINDA 

BEYNƏLXALQ MEXANİZMLƏR 

 

Tələbə:              



   

           Elmi rəhbər: 

Məmmədov Əkbər Sabir 

           prof. Q.Ə.Səfərov 

IV kurs, qrup  701.4 

 

Ölkə gəlirlərinin əsas mənbəyi və strateji cəhətdən böyük 

əhəmiyyətə  malik  olan  neftin  qiyməti  beynəlxalq  bazarda 

yalnız  onun  hasilatı  və  emalına  çəkilən  xərclərlə  müəyyən 

edilmir. Onun qiymətinin formalaşmasında bir sıra beynəlxalq 

mexanizmlər rol oynayır.  

Daxili  bazarda  olduğu  kimi  beynəlxalq  bazarda  da 

qiymətlər tələb və təklif əsasında tənzimlənir. Lakin neft digər 

məhsullardan  fərqli  olaraq  digər  mexanizmlərin  də  təsirinə 

məruz  qalır.  Bu  neftin  dünyada  olan  strateji  önəmi,  iqtisadi 

əhəmiyyəti  və  fiziki-kimyəvi  xüsusiyyətlərindən  irəli  gəlir. 

Onun  yanacaq-energetika  sənayesində  oynadığı  rol  ölkələr 

üçün strateji önəmini və ona olan tələbatı izah edir. 

Qlobal  dünyada  enerji  probleminin  müxtəlif  həll  yolları 

tədqiq edilsə də, hələ də neftin alternativi adlandıra biləcəyimiz 

enerji  mənbəyi  aşkar  edilməyib.  Məhz  bu  problemin  həll 




339 

 

edilməməsi  ölkələrin  neftə  olan  maraqlarını  artırır  ki,  bu  da 



neftin dəyərinin müəyyən edilməsinə təsir göstərir.  

Bütün  bunları  nəzərə  aldıqda  neftin  qiymətinin 

formalaşmasında  rol  oynayan  mexanizmləri  aşağıdakı  kimi 

ayıra bilərik: 

1.

 

İqtisadi mexanizmlər 



2.

 

Siyasi mexanizmlər 



3.

 

Texnoloji mexanizmlər 



İqtisadi mexanizmlər dedikdə, neft bazarında tələb-təklif 

münasibəti,  iqtisadi  məhdudlaşdırma  tədbirləri  (kvota, 

embarqo),  xam  neftin  qiyməti,  iqtisadi  gözləntilər,  milli 

valyutanın  dəyəri,  iqtisadi-maliyyə  böhranları  və  s.  amillər 

nəzərdə  tutulur.Siyasi  mexanizmlər  isə  ölkələrin  iqtisadi 

mənafelərindən irəli gələn milli maraqlar və siyasi münaqişələr 

nəticəsində  tətbiq  edilən  sanksiyalar,  eləcə  də  ölkələrarası 

siyasi situasiya kimi siyasi faktorlardır. Texnoloji mexanizmlər 

əsasən  neft  hasilatı  və  onun  emalı  proseslərinə  birbaşa  təsir 

göstərdiyindən xam neftin ilkin qiymətini müəyyən edir. Neftin 

fiziki  xüsusiyyətləri  və  coğrafi  amillər  əsasında  onun  hasilatı 

fərqlənir.  Məsələn,  səhrada  neft  hasilatı  zamanı  neft  ilə  birgə 

qum  və  tozlar  çıxır  ki,  bu  da  neftin  keyfiyyətini  azaldaraq, 

neftin yenidən təmizlənməsini zəruri edir. Qeyd edək ki, neftin 

hasilatı  zamanı  çəkilən  xərclər  onun  qiymətinə  təsir  edir.  Bu 

səbəbdən də Ərəb ölkələri neft hasilatı zamanı nanotexnologiya 

və  digər  müasir  texnoloji  avadanlıqlara  xeyli  maliyyə  vəsaiti 

ayırırlar.  

 

“HOLLAND SİNDROMU” VƏ AZƏRBAYCAN 

MEXANİZMİ

 

         



               

     Tələbə:       

 

 

    Elmi rəhbər: 



Əliyeva Təhminə

 

Saməddin qızı      prof. Suleymanov Q.S. 



VI kurs, qrup 709.4 

Nəzəri  yanaşmaya  görə,  "Holland

 

sindromu"  şəraitində 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə