Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə88/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   84   85   86   87   88   89   90   91   ...   151

278 

 

Qismən 



yüklənmə 

rejimlərində 

işləyən 

enerji 


qurğularının  effektivliyinin  artırılmasında  qarşıda  duran  əsas 

vəzifə  onların  iqtisadi  səmərəliliyinin  və  etibarlılığının 

artırılmasıdır.  Bu  rejimdə  iqtisadi  səmərərliliyin  artırılması 

üçün 2 əsas variantın tətbiqi xüsusi əhəmiyyətə malikdir:  

 

Blokun sürüşən başlanğıc təzyiqə keçirilməsi 



 

Qismən  yüklənmə  rejimlərində  yükün  bloklar  arasında 



optimal paylanması 

Blokların  sürüşən  başlanğıc  təzyiqə  keçirilməsini 

məhdudlaşdıran  əsas  problem  buxar  generatorlarının  qızma 

səthlərinin qeyri-hesabat rejimlərində işləməsi ehtimalıdır. Belə 

ki,  kritikdən  yüksək  təzyiqdə  işləyən  enerji  qurğuları  qismən 

yükləmə  rejimlərində  sürüşən  başlanğıc  təzyiqlə  işləyərsə 

qazan  qurğusunun  qızma  səthləri  kritik  təzyiq  ətrafı  sahədə 

işləməli  olacaq.  İstismar  qaydalarına  əsasən  isə  buna  yol 

verilməməlidir.    Ona  görə  də  ТГМП-344  ACO  buxar 

generatorlarında  təzyiqə  qarşı  (P=27  MPa)  mühafizə 

mövcuddur  və  istənilən  anda  mühafizə  işə  düşüb  bloku  işdən 

saxlaya bilər. Qismən yüklənmə rejimlərində enerji bloklarının 

buxar  generatorlarının  qızma  səthlərinin  sürüşən  başlanğıc 

təzyiqdə  etibarlı  işləməsi  ehtimalını  yoxlamaq  üçün  mövcud 

ola  biləcək  rejim  parametrlərində  boruların  temperatur 

rejiminin  təcrübi  tədqiqi  aktuallıq  kəsb  edir.    Bu  məqsədlə 

qismən 

yüklənmə 



rejimlərində 

energetik 

qurğuların 

effektivliyinin artırılması üsulları araşdırılmışdır.  

 

 

 



 

 

 



 


279 

 

NANOSÜZÜLMƏ ÜSULU ƏSASINDA XƏZƏR 



DƏNİZİ SUYUNUN ŞİRİNLƏDİRİLMƏ 

TEXNOLOGİYASININ TƏDQİQİ 

 

Magistr: 



 

 

 



     Elmi rəhbər: 

Qubadov Seyidağa Əyyar oğlu       prof. M.M.Ağamalıyev 

I kurs,  qrup A5336 

 

Müasir  dövrün  aktual  problemlərindən  biri  təmiz  suyun 



çatışmazlığıdır.  

Tədqiqatın məqsədi müasir nanosüzülmə üsulu ilə Xəzər 

dənizi  suyunun  şirinləşdirmə  texnologiyasının  imkanlarını 

araşdırmaqdan ibarətdir. 

Tədqiqat üsulu – kompyuter simulyasiyası ilə hesablama 

eksperimenti üsuludur. 

Xəzər  dənizi  suyunun  şirinləşdirilməsi  üçün  iki  pilləli 

nanosüzülmə  qurğusunun  texnoloji  sxemi  seçilmişdir.  ABŞ-ın 

“DOW  Chemical”  şirkətinin  ROSA  (Revers  osmosis  sistems 

analizis) kompyuter proqramı vasitəsi ilə həmin sxemin tədqiqi 

aparılmışdır. Kompyuter eksperimentlərində NF-270-400, NF-

90-400  markalı  nanomembranlardan  istifadə  edilmişdir.  Bir 

sıra  giriş  dəyişənlərinin  (konsentratın  çıxımı,  temperatur, 

resirkulyasiyanın  payı  və  s.)  şirinləşdirmə  prosesinin  əsas 

texnoloji göstəricilərinə təsiri tədqiq edilmişdir: şirinləşdirilmiş 

suyun  duzluluğuna,  membranların  sayına,  xüsusi  elektrik 

enerjisinin  sərfinə və s.  Müəyyən edilmişdir ki,  istifadə  edilən 

membranlardan ən səmərəlisi NF-90-400 markalı membrandır. 

İkipilləli  nanosüzülmə  ilə  Xəzər  dənizi  suyunun  duzluluğu 

12700  mq/l-dən  200  mq/l-dək  azaldıla  bilər  ki,  bu  da  ümumi 

duzluluğa görə içməli sulara qoyulan tələblərə cavab verir. 

Alınan  nəticələr  istilik  energetikası  və  digər  sahələrdə 

istifadə edilə bilər. 

 



280 

 

AZƏRBAYCANIN GÖRKƏMLİ ENERGETİKA ALİMİ 



AĞA ƏBDÜLXALİQ OĞLU AXUNDOV  

 

Tələbə :                                               

Sadıqova Nigar Ravil qızı 

II kurs, qrup 516.6  

 

Ağa Axundov Əbdülxalıq oğlu 21 mart 1982 – ci  ildə 



Bakı quberniyasının Şamaxı şəhərində anadan olmuşdur. 1900-

1905  -  ci  illərdə  İmperator  II-ci  Aleksandr  adına  Kiyev 

Politexnik  İnstitutunun  Kimya  bölməsində  təhsil  almışdır 

1906-1908  -  ci  illərdə  Hacı  Zeynalabdin  Tağıyevin ilk 

təqaüdçülərindən biri kimi Belçikaya gedir, Lyej Universitetini 

mühəndis-elektrik  ixtisası  üzrə  bitirir.  1908-1910  -  ci  illərdə 

İsveçrənin  Sürix  şəhərində  “Erlikon”  zavonunda  mühəndis 

işləmişdir   Luqanoda ilk Su Elektrik Stansiyasının layihəsinin 

müəllifi kimi məşhurdur. Cenevrə elmi cəmiyyətinin üzvü ,10 

dil  bilən  poliqlot  1911-1919-  ci  illərdə  Bakıya  qayıtdıqdan 

sonra  elektrotexniki  büro  yaradaraq  bir  çox  elektrik 

stansiyalarının,  işıqlandırma  və  güc  qurğularının  layihələrini 

hazırlamışdır  İtaliyanın  “FIAT  ”avtomobil  zavodunun 

Zaqafqaziyada  ilk  rəsmi  nümayəndəliyini  yaratmışdır  1922-

1932-  ci  illərdə  Nərimanov  adına  texnikumun  direktoru, 

“Ümumi Elektrotexnika” fənnini tədris edmişdir 1920-1922- ci 

illərdə  Xalq  Maarifi  Komissarlığında  şöbə  müdiri  vəzifəsində 

çalışmışdır   1928-1934  -  ci  illərdə  Azərbaycan  Sənaye 

İnstitutunun  (indiki  Azərbaycan  Dövlət  Neft  və  Sənaye 

Universitetı)  ümumi  işlər  üzrə  prorektoru    1930  -  ci  ildə 

Azərbaycan  Sənaye  İnstitutunun  Dosenti  seçilmişdir  1932  -  ci 

ildə Azərbaycan Sənaye İnstitutunun Professoru adını almışdır 

1932-1934-  ci  illərdə  Ali  Pedaqoji  İnstitutun  ümumi 

elektrotexnika  kafedrasının  müdiri  və    professoru  vəzifəsində 

çalışmışdır  1929-1932  -  ci  illərdə  Azərbaycan  Dövlət  Elmi 

Tədqiqat  İnstitutunun  həqiqi  üzvü  seçilmiş  və  burada  Texniki 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə