Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə89/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   85   86   87   88   89   90   91   92   ...   151

281 

 

Riyaziyyat  bölməsinin  sədri  vəzifəsində  çalışmışdır.  Həmin 



illərdə  Elektrotexnika  sahəsində  ilk  dərsliklər  və  rusca-türkcə 

elektrotexniki  terminlər  lüğətini  hazirlayır  1936-1938  -  ci 

illərdə  Azərbaycan  Sənaye  İnstitutunun  Energetika  Fakültəsin 

yaradıcısı  və  ilk  dekanı  olmuşdur      1939  -  cı  illərdə  Sibirə 

Krasnoyarsk  şəhərinə  sürgün  olunur  sürgündə  də  yorulmaz 

alim,  müdrik  filosof  kimi  çalışır  və  həmin  düşərgənin  texniki 

şöbəsində rəis müavini işləyirdi. 

 

PAYLAYICI ELEKTRİK ŞƏBƏKƏLƏRİNDƏ KEÇİD 



PROSESLƏRİNİN ANALİZİ. 

 

Magistr: 



 

 

 



     Elmi rəhbər:  

Şahmuradov Bəşir Vidadi oğlu       dos. N.A.Mufidzadə 

II kurs, qrup A5116 

 

Elektrik  enerjisi  sənaye  əhəmiyyətli  və  irimiqyaslı 



enerji  növü  olub,  geniş  ərazini  əhatə  edir  və  idarə  olunması 

mürəkkəbdir.  Sistemin  əsas  vəzifəsinin  işlədiciləri  daima, 

kəsintisiz,  keyfiyyətli  və  etibarlı  enerji  ilə  təmin  etmək 

olduğunu  nəzərə  alsaq,  bu  vəzifənin  qarşısında  ona  dayanıqlı 

olacaq və tələblərə cavab verəcək sistem yaratmaq lazım gəlir. 

Bu  sistemin  qurulması  üçün  bir  çox  optimallaşdırılmalar 

aparmaq,  texniki  məsələləri  analiz  edib  problemlərin  həllini 

tapmaq,  iş  prosesini  dahada  təhlükəsizləşdirmək  və 

asanlaşdırmaq lazımdır. 

Keçid prosesləri sistem və onun avadanlıqları üçün çox 

vacib  əhəmiyyət  kəsb  edən  və  araşdırılması  lazım  gələn 

proseslərdən biridir. Elektrik  sisteminin gərginlik (U), cərəyan 

(İ), aktiv güc (P), reaktiv güc (Q), tezlik (f) kimi dəyişən rejim 

parametrləri və aktiv müqavimət (R), induktiv müqavimət (X), 

aktiv keçirilicilik (g), iduktiv keçiricilik (b) kimi sabit struktur 

parametrləri ilə xarakterizə olunur. 




282 

 

Maqnit  selləri  və  induktivlik  kimi  sistemin  inersiyalı 



parametrləri  dəyişərkən  sistemin  saniyənin  kiçik  bir  hissəsi 

qədər vaxtda ES-nin keçdiyi rejimə keçid rejimləri, bu rejimdə 

baş  verən  proseslərə  isə  keçid  prosesləri  deyilir.  Fiziki 

mahiyyətinə  görə  keçid  prosesləri  iki  növə:  elektromaqnit  və 

elektromexaniki keçid proseslərinə ayrılır. 

Qısaqapanmalar  bu  proseslərin  yaranmasına  səbəb 

olacaq  ən  vacib  nümunələrdəndir.  Sistemdə  qəflətən  fazların 

birinin və ya bir neçəsinin, bir-biri ilə və ya yerlə qapanmasına 

qısaqapanmalar deyilir. Qısaqapanma anında müqavimət sıfıra 

enir.  Və  cərəyan  şiddətlə  artıq.  Nəricədə  avadanlıq  və  ya 

elektrik veriliş xətti zədələnərək sıradan çıxır.  

Qısaqapanma  hesabatı  aşağıdakı  məsələlərin  həllində 

əsas götürülən hesabatlardandır: 

 



Elektrik sisteminin birləşmə sxeminin seçilməsi 

 



EVX-nin en kəsiyi və avadanlıqların seçilməsi 

 



Rele mühafizəsi və avtomatika qurğularının seçilməsi 

 



Sistemdə neytralların sayı və yerlərinin təyin olunması 

və.s. 


Qısaqapanma  cərəyanlarının  hesabatı  üçün  bir  çox 

sadələşdirici  amillər  qəbul  edilir.  Bundan  əlavə,  sistemi  təşkil 

edən elementlərdə fazalar arası və fazalarla  yer arası tutumlar, 

aktiv  müqavimətlər  nəzərə  alınmır.  Bu  faktorların  isə 

qısaqapanma  cərəyanına  nə  dərəcədə  təsir  göstərdiyi  barədə 

məlumat  yoxdur.  Bu  göstəricilər  çox  az  təsir  göstərsə  belə, 

onların birgə təsiri kifayət qədər böyük ola bilər. 

Təqdim olunan bu işdə, paylayıcı elektrik şəbəkələrində 

baş  verə  bilən  müxtəlif  növ  qısaqapanmaların  sistemin 

sxemində,  onun  gücündən,  elementlərinin  parametrlərindən, 

neytralın rejimindən asılılıqlarına həm bir yerdə, həm ayrılıqda 

baxılır.  Məsələ  kifayət  qədər  böyük  həcmli  olduğundan,  onun 

baxılması  kompyuter  texnikasının  köməyi  ilə  yerinə  yetirilir. 

Bunun üçün “OrCAD 17” proqramından istifadə olunur. 

Bu  işdə  gözlənilən  nəticə  qısaqapanma  cərəyanlarının 



283 

 

qiymətləndirilməsi  və  bunun  nəticəsi  olaraq  qısaqapanma 



cərəyanının  hesabatında  müəyyən  modernləşdirici  təklif  irəli 

sürməkdir. 

 

POLADƏRİDƏN ELEKTRİK QÖVS SOBALARINI 

QİDALANDIRAN 10-35KV ŞƏBƏKƏLƏRDƏ KEÇİD 

PROSESLƏRİ 

 

Magistr:  

 

 

         Elmi rəhbər:  



Səyidov Nurlan Heybət oğlu           dos.  İ.N.Rəhimli 

II kurs, qrup A5216 

 

Məlum  olduğu  kimi  elektrik  təchizat  sistemi  müxtəlif 



elementlərdən  ibarətdir  ki,  məhz  bu  elementlər  də  müxtəlif 

parametrlərlə  ifadə  olunur.  Şəbəkədə  müxtəlif  səbəblərdən 

aralıq rejim olan keçid rejimi yarana bilər. Keçid rejimlərində 

yaranan  bu  prosesləri  isə  keçid  prosesləri  adlandırırlar.  Keçid 

proseslərinin fiziki analizini aparsaq, bu prosesləri 2 yerə ayıra 

bilərik.  

 

Elektromaqnit keçid prosesləri.  



 

Elektromexaniki keçid prosesləri. 



Elektrik qövs sobasının  işini analiz edərkən  aydın olur 

ki, sobanın elektrik təchizatını təşkil edən müxtəlif açar və soba 

transformatorları  olduqca  ağır  iş    rejimdə  fəaliyyət  göstərir. 

Başqa sözlə sobada iş  zamanı yaranan böyük cərəyanlar keçid 

proseslərinə səbəb olur ki, bu da kommutasiya aparatları üçün 

olduqca təhlükəlidir. Buna görə də qövs sobası layihə edilərkən 

KOMMUTASİYA APARATLARI sobanın  iş rejiminə uyğun 

bütün xarakteristikalar nəzərə alınmaqla seçilməlidir.  Elektrik 

qövs  sobası  üçün  açarın  seçilməsi  zamanı  aşağıdakılar  nəzərə 

alınmalıdır 

 

Elektrik qövs sobasının gərginlik və gücü. 



 

Sobanın  iş rejimi və rejimə uyğun xarakteristikaları. 



 

Açarın malik olduğu əsas parametrlər. 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə