Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə82/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   78   79   80   81   82   83   84   85   ...   151

260 

 



 

daha az naqil bağlantısı imkanı vardır; 

 

giriş və çıxış siqnallarının vəziyyətləri izlənə bilər. 



Supervisory  Control  And  Data  Acquisition  sözlərinin  ilk 

hərflərindən ibarər olan SCADA “Mərkəzi Yoxlama Nəzarət və 

Məlumat Toplama” sistemi olaraq adlandırılmaqdadır. SCADA 

sistemləri geniş əraziyə yayılmış obyektlərin tək bir mərkəzdən 

kompyuter, smartfon kimi cihazlarla izlənəbildiyi bir sistemdir. 

SCADA  Atom  elektrik  stansiyaları,  Elektrik  stansiyaları,  Su 

yığma-təmizləmə-paylama məntəqələrində və b. yerlərdə geniş 

istfadə olunur.

 

       “SCADA”nın üstünlükləri: 



 

Sistemin hər an izlənə bilməsi 



 

Vaxt və iş gücü qazancı 



 

Istehsal olunanın qeyd və analiz edilməsi 



 

Sistemin enerji təqibi və qənaəti 



 

Cəzalı vəziyyətlərin qarşısının alınması 



 

Sahədəki vəziyyətdən xəbər alıması və vaxtında müdaxilə 



 

Sistemə edilən müdaxilələrin qeyd edilməsi



 

 

GÜC TRANSFORMATORLARININ RELE 



MÜHAFİZƏSİNİN LAYİHƏLƏNDİRİLMƏSİ 

Magistr: 

 

 

 



     Elmi rəhbər:  

Əliyev Lazim Natiq oğlu                   dos. S.B.Yunisova 

II kurs, qrup A5116 

 

Elektroenergetika  sisteminin  ayrı  –  ayrı  hissələrində, 



xüsusilə  elektrik  stansiyalarında,  şəbəkələrdə  istismar  zamanı 

müxtəlif  zədələnmələr  və    qeyri  normal  iş  rejimləri  baş  verə 

bilər. Zədələnmələr xüsusən qısaqapanmalar zamanı cərəyanın 

kəskin  artması    stansiya  və  yarımstansiya  həcmində  böyük 

termiki  və  dinamiki  dağıntılara    səbəb  olur.Qısaqapanma 

cərəyanlarının bu cür təsiri  bahalı olan elektrik avadanlığının 

sıradan  çıxmasına  və  elektrik  təchizatının  pozulmasına  gətirib 



261 

 

çıxarır.Eyni  zamanda  qısaqapanma  zamanı  gərginliyin  kəskin 



azalması  müşahidə  olunur  ki,bu  da  enerji  mənbələrinin  və 

işlədicilərin normal işini pozur.O, paralel işləyən generatorları 

sinxronluqdan  çıxarır  və  mühərriklərin  dayanıqlı  işini 

pozur.Əgər  zədələnmə  tez  bir  zamanda  aşkarlanıb  aradan 

qaldırılmasa  ən  qorxulu  hal    ümumisistem  dayanıqlığının 

pozulması  baş verə bilər. Beləliklə rele mühafizəsinin əsas işi 

zədələnmələrin  və    qeyri  normal  iş  rejimlərinin  aradan 

qaldırılması  və  siqnallaşdırılmasıdır.

 

Rele mühafizəsinin əsas 



qurğusu reledir.

 

Transformatorların  istismarı  zamanı  üç  əsas  zədələnmə 



baş verə bilər. 

Artıq yüklənmə 

 

Qısaqapanmalar ( daxili və xarici) 



 

Gövdəyə qapanma 



Artıq  yüklənmə  −    adətən  transformatordan  qidalanan 

işlədicilərin    eyni  zamanda  qoşulması  və  paralel  işləyən 

transformatorların  birinin  açaılması  zamanı  EAQ-dan  sonra 

işdə qalan transformatorda   baş verir. Artıq yüklənmə zamanı 

gərginliyin  meyletməsi  o,  qədər  də  çox    olmur  və  adətən 

izolyasiyanın  termiki  köhnəlməsinə  və  transformatorun  

istismar müddətinin azalmasına səbəb olur. 

Qısaqapanmalar  −  transformatorların  xaricində  və 

daxilində  baş  verə  bilər.  Daxildə  baş  verən  qısaqapanmalar 

adətən  müxtəlif    fazaların  qapanması    və  yaxud    bir    fazanın  

sarğıları  arasında  baş  verir.  Bele  qısaqapanmalar  qövs    ilə 

müşaiyyət  olunur  və  yanğına  səbəb  ola  bilər.Güclü 

qısaqapanmalar  transformatorun  dolaqlarının  və  gövdəsinin 

tamamilə zədələnməsi kimi ağır fəsadlara gətirib çıxara bilər. 

Xaricdə  baş  verən  qısaqapanmalar  işlədicilərə  tərəf  

xətlərdə  baş  verən  qısaqapanmalar  hesab  edilir.Adətən  bu  tip 

zədələnmələr  transformatorlarda  elektrodinamiki  qüvvələr 

yaradır və dolaqların mexaniki zədələnməsinə səbəb olur. 

Gövdəyə  qapanma  −  daxili  zədələnmə  hesab 



262 

 

edilir.Gövdəyə  qapanma  transformatorun  dolağı  ilə  gövdə  və 



ya  dolaqla  nüvə  arasında  baş  verir.Gövdəyə  qapanma  zamanı 

cərəyanın  qiyməti  neytralın  rejimindən  və  dolağın  qapanma 

hissəsindən  asılı  olur.Yağ  transformatorlarında  bu  tip 

zədələnmə qaz ayrılması ilə müşaiyyət olunur və nəticə etibarı 

ilə yanğına səbəb ola bilər. 

 

ELEKRTİK AVADANLIQLARININ TEST VƏ 



DİAQNOSTİKASINDA QEYRİ-SƏLİST EKSPERT 

SİSTEMLƏRİN TƏTBİQİ. 

 

Magistr: 



 

 

 



      Elmi rəhbər:  

Həsənov Emin Elçin oğlu                   dos. M.H.Həmidov 

II kurs, qrup A5116 

 

Elektrik avadanlıqlarının iş rejimlərinə nəzarət etmək və 



onlarda  yarana  biləcək  nasazlıqları  vaxtında  müəyyən  etmək 

üçün  texniki  diaqnostikanın  tətbiqi  vacibdir.  Elektrik 

qurğularının  əsas  avadanlıqlarından  olan  transformatorlarda 

müxtəlif səbəblərdən nasazlıqlar yarana bilir ki, bu nasazlıqlar 

vaxtında  aradan  qaldırılmasa  böyük  ziyanlarla  qarşılaşmaq 

labüdlüyü  ortaya  çıxır.  Odur  ki,  təqdim  olunan  işə  kankret 

diaqnostik obyekt olaraq transformatorları götürmüşəm. 

Diaqnostika  üsullarının  çoxluğunun  nəzərə  alınması  və 

hər bir transformatora bütün üsullarının tətbiq olunması böyük 

xərc  və  xidmət  tələb  edir.  Ona  görə  transformatorlarda 

diaqnostika  sınaqlarının,  onların  vacibliyi  nəzərə  alınmaqla 

aparılması  tezliyi  müəyyən  olunmuşdur.  Bundan  başqa, 

diaqnostika  üsullarının  standart  və  genişləndirilmiş  həcmdə 

sınaqlara  və  xüsusi  diaqnostika  üsullarına  bölürlər. 

Transfotmatorlara  vizual  baxış  keçirilməsi  bu  zaman  xüsusi 

statusa  malik  olur,  belə  ki,  bütün  diaqnostika  üsullarının 

əvvəlində  olur  və  onların  hamısının  tərkib  hissəsidir. 

Diaqnostika sınaqlarının standart həcmi: 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə