Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə80/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   76   77   78   79   80   81   82   83   ...   151

252 

 

araşdırılmış  və  onların  aradan  qaldırılması  yolları  müəyyən 



olunmuşdur. 

 

PLASTIK KÜTLƏDƏN HAZIRLANMIŞ DETALLARIN 



HAZIRLANMA TEXNOLOGİYASI 

 

Magistr:                                              Elmi rəhbər:                                                                                                                                         

Vəliyev Rövşən                                  prof. K.Ə.Cahid 

II kurs, qrup A422.6 

 

Plastik  kütlələr  hərarətə  az  davamlı  və  tez  köhnələn 



olurlar.  Bunlardan  hazırlanan  məmulatların  əksəriyyətinə 

verilən  forma  və  möhkəmlik  uzun  müddət  120C-dən  çox 

olmayan  isti  şəraitdə  saxlanıla  bilir.  Müxtəlif  atmosfer 

təsirlərindən  plastik  kütlələrdə  bərpa  oluna  bilməyən  əsaslı 

dəyişikliklər  baş  verə  bilir.  Belə  ki,  bunların  rəngi  dəyişir, 

qabalıq və kövrəklik baş verə bilir. Onların möhkəmliyi azalır, 

dielektrik xassələri zəifləyir, su çəkməsi artır. 

Qızdırıldıqda plastik hal alan, təzyiq altında öz formasını 

dəyişən,  soyuduqdan  və  təzyiqdən  azad  olduqdan  sonra  tələb 

olunan formanı saxlayan yüksək molekul çəkili üzvi maddələrə 

və ya həmin maddələr əsasında alınan xəlitələrə plastik kütlələr 

deyilir.  Plastik  kütlədən  hazırlanmış  hissələrin  ucuz  başa 

gəlməsi onlardan hazırlamaq üçün bir neçə üsul tətbiq edilir.  

Preslənən  –  bu  üsul  ilə  hazırlanan  hissələr  xarici 

görünüşünə görə müxtəlif ola bilər. Əsasən dairələrə, linglərə, 

gövdələrə və s. hissələrə oxşar olur. 

Tökülən  –  bu  hissələr  xarici  görünüşünə  görə  təkərlərə, 

vintlərə, dairələrə və oymaqlara oxşayırlar. 

Preslənənlər  –  bu  hissələr  naməlum  konstruksiyası  ilə 

əlaqədar  olaraq  tətbiq  edilən  texnologiya  proseslərinə  görə  üç 

qrupa ayırmaq olar; a - preslənmədən tamam hazır alınan; b - 

preslənmədən  sonra  mexaniki  emal  əməliyyatlarını  keçən  

tökmə; c - preslənməsi ilə hazırlanan hissələr. 



253 

 

KÜLƏK TURBINLƏRİ 

Tələbə:                                                   Elmi rəhbər: 

Cəfərov Kamran Cavad oğlu                 Hüseyinli Z.S. 

 IV kurs, qr 424.4                                                                                                                                                      

                            

      Tədimat  alternativ  enerji  məbələrindən  istifadə  etməklə 

mexaniki enerjidən elektrik enerjisinin alınma mexanizimi olan  

külək trubininə həsr edilmişdir. 

      Dünya  iqtisadiyatının  inkişafı  və  tənəzzülü  enerji 

mənbələrindən  bilavasitə  aslıdır.  Yeraltı  enerji  mənbələrinin 

tükənən  olması,  onların  istehsalının  insan  və  maşın 

resurslarından  bilavasitə  aslılığı  dünya  sənayesinin  alternativ 

enerji mənbələrində səmərəli və faydalı istifadəsini tələb edir.  

       Küləyin təbii sürətini külək trubininin daxilində  mexaniki 

üsulla  artırmaqla    turbinin  faydalı  iş  əmsalının  yüksəldilməsi,  

daha az  sürətdə  avadanlığın iş qabliyyətinin təmin edilməsi və 

nəticədə ərazidə daha çox kilovat  enerji əldə edilməsidir. 

       Konstruksiyanın iş prinsipi aşağıdakı kimidir: 

    Külək trubininin girişinə daxil olan külək  külək tutucusunun 

hesabına  sürəti  hesabi  parametr  qədər  artacaqdır.  Nəticədə  iki 

pəri  eyni  vaxtda  fıraltma    gücünə  malik  külək  sürəti  əldə 

edildiyindən birinci  pillədəki   iki pəri fırladacaqdır. Qurğunun 

daxilində    olan  külək  öz  istiqamətini  böyük  diametrdən  kiçik 

dimetrə  dəyişən  birinci  pillədə  hərəkət  edərək    Bernuli 

qanununa  əsasən  onun  sürəti  artaraq  ikinci  pillədə  yerləşən  

pəri  fıraltmış  olur.  Sonradan  kinetik  enerjisinin  çox  hissəsini 

sərf  etmiş  külək    gövdənin  qapalı  olması  hesabına  ikinci  və 

üçüncü pillələr arasında yerləşən külək tutucusunda toplanaraq 

yenidən böyük diametrdən  kiçik diametr istiqaqmətidə  üçüncü 

pilləyə doğru hərəkət edir və üçüncü  pillənin girişindəki  pəri 

fırladaraq  eyni  qaydada  dördüncü    pillədəki    pəri  fırladaraq 

beşinci  pillədən atmosferə  xarıc olur. 

       Nəticədə  çoxpilləli  rejim  əsasında  küləyin  kinetik 

enerjisindən faydalı və itkisiz şəkildə istifadə etməklə daha çox 




254 

 

enerjinin  əldə  olunması  ilə  yanaşı,    nisbətən  kiçik  sürətlərdə 



küləyin  sürətinin  artırılması  hesabına  külək  turbinlərinin    iş 

qabliyyəti təmin edilmiş olur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


255 

 

“ENERGETIKA” BÖLMƏSİ 



“ŞİMAL” İSTİLİK ELEKTRİK STANSİYASININ 

ƏTRAF MÜHİTƏ TƏSİRİNİN ARAŞDIRILMASI 

 

Magistr:                                                  Elmi rəhbər: 

Abbasov Elçin Canblat oğlu,                dos. F.A.Rəhimov 

II kurs, qr.A5316 

 

Qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf 



mühitin qorunması bütün dünyanın diqqət mərkəzindədir.  

 

 



İES-lər  həm  atmosferi,  həm  də  hidrosferi  çirkləndirən 

əsas müəssisələrdən biridir. İES-in ekoloji cəhətdən xarakterizə 

edilməsi  ancaq onun istismar nəticələrinə əsasən  aparılmalı və 

ətraf mühitə zərərli təsiri araşdırılmalıdır.  

İstilik elektrik stansiyasının tüstü borularından atmosferə 

aşağıdakı  maddələr  atılır:  tam  yanma  məhsulları  (CO

2

,  H


2

O, 


SO

2

,  SO



3

),  natamam  yanma  məhsulları  (CO,  CH

4

,  C


2

H

4



C

20



H

12

 ),azot oksidləri (N



2

O,NO,N


2

O

3



, NO

2

, N



2

O

4



, N

2

O



5

) və s.


 

İES-nin  ətraf  mühitə  təsiri  əsasən  yandırılan  yanacağın 

növündən asılıdır.

 

Ətraf  mühitin  çirklənməsinin  qarşısını  almaq  məqsədilə 



təbii  ehtiyatlardan,  o  cümlədən  enerji  ehtiyatlarından  səmərəli 

istifadə  etməklə  yanaşı  ilk  növbədə  ətraf  mühitə  atılan  zərərli 

maddələrin  azaldılmasına  yönəlmiş  texnologiyalar  tətbiq 

etməklə  yanaşı  dövlətin  bu  sahədə  normativ  sənədlərinə  əməl 

edilməlidir. 

 “Azərenerji”  ASC  enerji  obyektlərinin  tikintisində  və 

yenidən  qurulmasında   ən  müasir  və  qabaqcıl  texnologiyalar 

tətbiq  etməklə,  ekoloji  təmizlik  prinsiplərinə  əməl  edilməsi 

istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. 

Təqdim etdiyimiz işdə Şimal İES-in fəaliyyətinin ekoloji 

aspektləri  tədqiq  edilmiş,  stansiyanın  ətraf  mühitə  təsiri 

araşdirilmış  və  atmosferə  atılan  zərərli  tullantıların  miqdarları 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə