278
Qismən
yüklənmə
rejimlərində
işləyən
enerji
qurğularının effektivliyinin artırılmasında qarşıda duran əsas
vəzifə onların iqtisadi səmərəliliyinin və etibarlılığının
artırılmasıdır. Bu rejimdə iqtisadi səmərərliliyin artırılması
üçün 2 əsas variantın tətbiqi xüsusi əhəmiyyətə malikdir:
•
Blokun sürüşən başlanğıc təzyiqə keçirilməsi
•
Qismən yüklənmə rejimlərində yükün bloklar arasında
optimal paylanması
Blokların sürüşən başlanğıc təzyiqə keçirilməsini
məhdudlaşdıran əsas problem buxar generatorlarının qızma
səthlərinin qeyri-hesabat rejimlərində işləməsi ehtimalıdır. Belə
ki, kritikdən yüksək təzyiqdə işləyən enerji qurğuları qismən
yükləmə rejimlərində sürüşən başlanğıc təzyiqlə işləyərsə
qazan qurğusunun qızma səthləri kritik təzyiq ətrafı sahədə
işləməli olacaq. İstismar qaydalarına əsasən isə buna yol
verilməməlidir. Ona görə də ТГМП-344 ACO buxar
generatorlarında təzyiqə qarşı (P=27 MPa) mühafizə
mövcuddur və istənilən anda mühafizə işə düşüb bloku işdən
saxlaya bilər. Qismən yüklənmə rejimlərində enerji bloklarının
buxar generatorlarının qızma səthlərinin sürüşən başlanğıc
təzyiqdə etibarlı işləməsi ehtimalını yoxlamaq üçün mövcud
ola biləcək rejim parametrlərində boruların temperatur
rejiminin təcrübi tədqiqi aktuallıq kəsb edir. Bu məqsədlə
qismən
yüklənmə
rejimlərində
energetik
qurğuların
effektivliyinin artırılması üsulları araşdırılmışdır.
279
NANOSÜZÜLMƏ ÜSULU ƏSASINDA XƏZƏR
DƏNİZİ SUYUNUN ŞİRİNLƏDİRİLMƏ
TEXNOLOGİYASININ TƏDQİQİ
Magistr:
Elmi rəhbər:
Qubadov Seyidağa Əyyar oğlu prof. M.M.Ağamalıyev
I kurs, qrup A5336
Müasir dövrün aktual problemlərindən biri təmiz suyun
çatışmazlığıdır.
Tədqiqatın məqsədi müasir nanosüzülmə üsulu ilə Xəzər
dənizi suyunun şirinləşdirmə texnologiyasının imkanlarını
araşdırmaqdan ibarətdir.
Tədqiqat üsulu – kompyuter simulyasiyası ilə hesablama
eksperimenti üsuludur.
Xəzər dənizi suyunun şirinləşdirilməsi üçün iki pilləli
nanosüzülmə qurğusunun texnoloji sxemi seçilmişdir. ABŞ-ın
“DOW Chemical” şirkətinin ROSA (Revers osmosis sistems
analizis) kompyuter proqramı vasitəsi ilə həmin sxemin tədqiqi
aparılmışdır. Kompyuter eksperimentlərində NF-270-400, NF-
90-400 markalı nanomembranlardan istifadə edilmişdir. Bir
sıra giriş dəyişənlərinin (konsentratın çıxımı, temperatur,
resirkulyasiyanın payı və s.) şirinləşdirmə prosesinin əsas
texnoloji göstəricilərinə təsiri tədqiq edilmişdir: şirinləşdirilmiş
suyun duzluluğuna, membranların sayına, xüsusi elektrik
enerjisinin sərfinə və s. Müəyyən edilmişdir ki, istifadə edilən
membranlardan ən səmərəlisi NF-90-400 markalı membrandır.
İkipilləli nanosüzülmə ilə Xəzər dənizi suyunun duzluluğu
12700 mq/l-dən 200 mq/l-dək azaldıla bilər ki, bu da ümumi
duzluluğa görə içməli sulara qoyulan tələblərə cavab verir.
Alınan nəticələr istilik energetikası və digər sahələrdə
istifadə edilə bilər.
280
AZƏRBAYCANIN GÖRKƏMLİ ENERGETİKA ALİMİ
AĞA ƏBDÜLXALİQ OĞLU AXUNDOV
Tələbə :
Sadıqova Nigar Ravil qızı
II kurs, qrup 516.6
Ağa Axundov Əbdülxalıq oğlu 21 mart 1982 – ci ildə
Bakı quberniyasının Şamaxı şəhərində anadan olmuşdur. 1900-
1905 - ci illərdə İmperator II-ci Aleksandr adına Kiyev
Politexnik İnstitutunun Kimya bölməsində təhsil almışdır
1906-1908 - ci illərdə Hacı Zeynalabdin Tağıyevin ilk
təqaüdçülərindən biri kimi Belçikaya gedir, Lyej Universitetini
mühəndis-elektrik ixtisası üzrə bitirir. 1908-1910 - ci illərdə
İsveçrənin Sürix şəhərində “Erlikon” zavonunda mühəndis
işləmişdir Luqanoda ilk Su Elektrik Stansiyasının layihəsinin
müəllifi kimi məşhurdur. Cenevrə elmi cəmiyyətinin üzvü ,10
dil bilən poliqlot 1911-1919- ci illərdə Bakıya qayıtdıqdan
sonra elektrotexniki büro yaradaraq bir çox elektrik
stansiyalarının, işıqlandırma və güc qurğularının layihələrini
hazırlamışdır İtaliyanın “FIAT ”avtomobil zavodunun
Zaqafqaziyada ilk rəsmi nümayəndəliyini yaratmışdır 1922-
1932- ci illərdə Nərimanov adına texnikumun direktoru,
“Ümumi Elektrotexnika” fənnini tədris edmişdir 1920-1922- ci
illərdə Xalq Maarifi Komissarlığında şöbə müdiri vəzifəsində
çalışmışdır 1928-1934 - ci illərdə Azərbaycan Sənaye
İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye
Universitetı) ümumi işlər üzrə prorektoru 1930 - ci ildə
Azərbaycan Sənaye İnstitutunun Dosenti seçilmişdir 1932 - ci
ildə Azərbaycan Sənaye İnstitutunun Professoru adını almışdır
1932-1934- ci illərdə Ali Pedaqoji İnstitutun ümumi
elektrotexnika kafedrasının müdiri və professoru vəzifəsində
çalışmışdır 1929-1932 - ci illərdə Azərbaycan Dövlət Elmi
Tədqiqat İnstitutunun həqiqi üzvü seçilmiş və burada Texniki