287
şəhəri və Qəbələ rayonunda quraşdırılmışdır.
Şəkil 1. Ay ərzində orta hesabla 1 obyektin günün
saatları üzrə elektrik enerjisi sərfiyyatı
Cədvəl 1
Bakı şəhəri və Qəbələ rayonunun orta aylıq və orta illik günəş
və külək enerji potensialı
Nəzəri hesablamalara və aparılmış təcrübələrə əsasən demək
olar ki, günəş və külək enerjisindən birgə istifadə və bu
enerjinin akkumulyasiya edilməsi imkanı daha əlverişlidir.
Belə bir sistemin Bakı şəhərindəki poliqonda tam olaraq
fəaliyyət göstərməsi tərəfimizdən həyata keçirilmiş və son 6 il
ərzində dayanmadan fəaliyyət göstərməsi təmin edilmişdir.
İşlənib hazırlanmış hibrid günəş və külək enerji sistemi
0
5
10
15
20
25
30
35
0
2
4
6
8
10
12
14
16
18
20
22
24
Sərfiyyat (kVt)
Günün saatları
Region
Orta illik enerji potensialı
I
II
III
IV
V
VI
VII
VIII
IX
X
XI
XII
Orta
illik
Günəş enerjisi, ümumi radiasiya kkal/sm
2
Bakı
7,4
9,8
13,9
17,8
21.2
23,1
23,9
24,5
22,3
18,6
13,1
10,2
17,1
Qəbələ
2,3
2,7
3,8
5,5
5,6
6,8
8,8
8,9
8,4
6,6
4,9
3,8
5,7
Külək enerjisi, m/san
Bakı
6,7
6,5
7,3
6,5
6,4
6,7
6,6
6,8
6,4
6,3
5,9
5,4
6,5
Qəbələ
2,4
2,4
2,6
2,6
2,9
2,9
2,6
2,7
2,4
2,5
2,6
3,1
2,1
288
Azərbaycanda elmi-tədqiqat və təcrübə üçün yaradılmış ilk
sistemdir. İlk olmasına baxmayaraq, sistemdən alınmış
nəticələr dünyada movcud olan bu tipli sistemlərlə uyğunlaşır.
Belə sistemlərin işlənib hazırlanması Azərbaycanda dayanıqlı
və stabil çıxışa malik alternativ energetikanın inkişaf etməsinə
əhəmiyyətli dərəcədə töhvə verəcəkdir.
400 MVT-LIQ BLOKUN BUXAR VƏ QAZ
TURBİNLƏRİNİN İŞİNİN TƏDQİQİ
Tələbə: Elmi rəhbər:
Soltanov Süleyman Elman oğlu dos. Ş.N.Nəsirov
IV kurs, qr. 577.4
“Şimal ES” Azərbaycan enerji sistemində mühüm
stansiyalardan biridir. Bu da onun işinin tədqiqini aktual edir.
“Şimal ES” –də 400 MVt-lıq Buxar-qaz qurğusu quraşdırılıb.
Qurğu M701 – F Mitsubishi modelli 1 ədəd qaz turbini,
1 ədəd util-qazanı, 1 ədəd TC2F – 35,4 tipli buxar turbinindən
ibarətdir. Qurğunun ümumi gücü 393,5 MVt, qaz turbinin gücü
qaz yanacağı ilə işlədikdə 264,4 MVt, maye yanacağı ilə
işlədikdə 230 MVt-dir. Buxar turbinin hesabat gücü 138,3 MVt
–dir. Qidalandırıcı transformatorun yüksək gərginlik tərəfindən
ölçülmüş güc əmsalı 0,90 (hesabat parametrlərində).
Atmosfer havası giriş hava filtrindən keçməklə
kompressorun giriş hissəsinə verilir və 17 pilləli ox boyu
kompressorda sıxılaraq yanma kamerasına ötürülür. Yanma
məhsulları 4 pilləli reaktiv qaz turbinində genişlənir. Turbinin
soplolarında qazın potensial enerjisi kinetik enerjiyə, işçi
kürəklərdə isə kinetik enerji mexaniki enerjiyə çevrilir.
Turbində hasil edilmiş enerjinin bir hissəsi kompressorun
fırlanmasına sərf edilir, qalan hissəsi elektrik generatorunda
elektrik enerjisinə çevrilir. Turbində genişləndikdən sonra
289
yanma məhsulları qazan utilizatora ötürülür. Util qazanında
yüksək
təzyiqli,
orta təzyiqli, alçaq təzyiqli barabanlar yerləşir.
Util qazanın barabanlarında və qızma səthlərində alınan
buxar uyğun olaraq buxar turbininin YTS, OTS və ATS –nə
verilir, uyğun olaraq iş görülərək elektrik enerjisi alınır.
M 701 – F Mitsubishi firmasının qaz turbini 4 pillədən
ibarət olan reaktiv turbindir. Giriş tərəfindən baxanda turbin
saat əqrəbi istiqamətində fırlanır. Turbinin oxunun generatorun
oxu ilə birləşməsi turbin tərəfdən elastik (ox istiqamətində
termiki genişlənməyə imkan verən), generator tərəfindən sərt
birləşmənin kombinasiyası ilə əldə olunur. Mitsubishi M 701 –
F qaz turbinin müsbət cəhətlərinin tədqiq edilməsi istismar
prosesi üçün aktual hesab edilir.
İstismar prosesində yanma kamerasında temperaturu
1325
0
C-də yanma məhsulları qaz turbininə verilir. Turbində
hasil edilmiş enerjinin bir hissəsi kompressorun fırlanması
üçün, bir hissəsi isə elektrik generatorunun fırlanması üçün
istifadə edilir. Turbinin soyudulmasını təmin etmək üçün və
yaxşı istismar xarakteristikasını əldə etmək üçün kompressorun
6 və 11-ci pillələrindən sonra aralıq ayrımlar qurulmuşdur. Qaz
turbinin metalının detallarında normal işçi temperaturu
saxlamaq üçün, eynilə turbinin rotorunun soyudulması
lazımdır. Soyudulma bilavasitə soyuducu havanın məcburi seli
ilə həyata keçirilir. Sıxılmış kompressor havası rotora
verilməmişdən əvvəl soyudulur və təmizlənir.
400 MVt-lıq buxar və qaz turbinlərinin işinin tədqiqindən
faydalılıq göstəriciləri alınmışdır. Qurğunun işinin tədqiqindən
alınan nəticələr buxar və qaz turbinli İES-lərin hesabatında
istifadə edilir.