293
ELEKTROENERGETİKA SİSTEMİNİN
STATİKİ VƏ DİNAMİKİ DAYANIQLIĞININ
HESABLANMASI.
Magistr
Elmi rəhbər:
Zeynalov Rauf Rəşid
dos. R.Muradova
II kurs, qrup A5136
Kiçik təkanlardan sonra sistemin qərarlaşmış rejimə
qayıtma qabiliyyətinə statik dayanıqlıq deyilir.Kiçik təkanlar
dedikdə sistemdə yükün (tələbatçılarının gücünün)kiçik
dəyişmələrini,turbinin gücünün,təsirlənmə cərəyanının kiçik
həddə dəyişməsini,göstərmək olar.Elektrik sistemlərində bu cür
təkanlar həmişə mövcuddur.Ona görə statik dayanıqlıq dedikdə
baxılan qərarlaşmış iş rejiminin mümkün olması nəzərdə
tutulur.Böyük təkanlardan sonra sistemin qərarlaşmış rejimə
qayıtma qabiliyyətinə dinamik dayanıqlıq deyilir.Böyük
təkanlara misal olaraq qısaqapanmaları,maqistral elektrik
veriliş xətlərinin ,güclü generatorun ,yaxud düyün yükünün
qəflətən dövrədən açılmasını göstərmək olar.
Statik və dinamik dayanıqlığın hesablanması üsullarına
baxaq;Statik dayanıqlığını hesablamaq üçün onun rejimini
ağırlaşdıraraq elektrik xətlərinin qizmaya görə uzunmüddətli
buraxıla bilən cərəyanlara qədər qaldırırıq.Bundan artıq
cərəyanın qiymətində statiki dayanıqlıq pozulur.Statiki
dayanıqlıq əmsalını hesablayırıq.Normal qərarlaşmış rejimdə
statiki dayanıqlıq əmsalı 20 % ,qəzadan sonrakı rejimlərdə isə
8% olmalıdır.Dinamiki dayanıqlığı isə ardıcıl intervallar üsulu
ilə hesablayırıq.Dinamik dayanıqlığı hesablamaq üçün “Runqe-
Kutta” və “Mustanq” proqramlarından istifadə edəcəyik.Bu
proqramlardan istifadə edərək Mingəçevir şəhərində yerləşən
Azərbaycan DRES-dən gələn 4 ədəd xəttin statiki və dinamiki
dayanıqlığını hesablayacayıq.
294
PAYLAYICI ELEKTRİK ŞƏBƏKƏLƏRİNİN
SƏMƏRƏLİ ELEKTRİK TƏCHİZAT SİSTEMİNİN
İŞLƏNMƏSİ
Magistr:
Elmi rəhbər:
Qurbanov Samir Elcan oğlu
dos. C.S.Əsgərov
II kurs, qrup A5116
Elektrik şəbəkələrində itkiləri normal həddə saxlamaq
üçün yüklənmə həddi də normada saxlanmalıdır. Belə ki, artıq
yüklənən transformator və ya EVX üzərindəki əlavə yük uyğun
olaraq digər transformator və ya EVX üzərinə verilməlidir.
Əlbəttə bu cəld selektiv və digər qurğuların işini pozmamalıdır.
Belə bir tələbi yalnız SCADA idarə sisteminin SMART GRİD
texnologiyası ödəyə bilir. Həmçinin bu texnologiyalar
paylayıcı şəbəkələrədə istifadəsi, istehlakçının enerjidən
səmərəli isdifadə etməsinə böyük imkan yaradır. Sistemə
daima nəzarət edilməsi, zədələrin tez aradan qaldırılıması, qəza
zamanı sistemin özünübərpa etmə imkanıın olması enerji
təchizatının etibarlılığını artırır. İki tərəfli informasiya
mübadiləsi vasitəsilə müştərilərlə istehsalçı arasında qarşılıqlı
əlaqə qurulur.
SMART GRİD - energetika sənayesini etibarlılıq və
effektivlik səviyyəsini qaldırmaqla iqtisadi inkişafa həmçinin
ətraf mühitin qorunmasına öz tövhəsini verə bilər. Smart Grid-
in tətbiqindən əldə edilə biləcək müsbət hallar kimi bunları
göstərmək olar:
1.
Elektrik enerjisinin daha effektiv ötürülməsi
2.
Qəzadan sonra enerji təchizatının tez bir zamanda
özünübərpası
3.
Paylayıcı
şəbəkənin
idarəetmə
və
əməliyyat
xərclərinin azaldılması və nəticə etibarilə istifadəçilər üçün
enerji qiymətlərinin aşağı salınması.
295
4.
Pik saatlarda tələbatın azaldılması, bu da öz
növbəsində enerji sərfiyyatını stabilləşdirə bilər
5.
Böyük miqyaslı bərpa olunan enerji sistemlərinin daha
sadə inteqrasiyası
6.
İstifadəçilərin sahib olduğu enerji istehsalı sistemləri o
cümlədən bərpa olunan enerji sistemləri ilə asandlaşdırılmış
inteqrasiya
7.
Təhlükəsizliyin gücləndirilməsi
Bu ağıllı şəbəkə energetik sistemin müxtəlif təbii
fəlakətlər zamanı davamlılığını artıracaq. Energetik sistemdə
açılmalar olduğu zaman Smart Grid texnologiyaları bu
açılmanı ani təyin edərək onu sistemdən geniş miqyaslı qəza
yaranmamış təcrid edəcək. Yeni texnologiyalar həmçinin şərait
yaradacaqdır ki, təbii fəlakətdən sonra enerji təchizatının
bərpası mümkün qədər tez və effektiv olsun. Bundan əlavə
olaraq Smart Grid istifadəçilərin sahib olduğu enerji istehsalı
vasitələri tərəfindən generasiya edilən enerjini şəbəkənin enerji
çatışmazlıqları zamanı sistemə ötürmək imkanına malikdir.
296
“İNFORMASİYA TEXNOLOGİYALARI
VƏ İDARƏETMƏ” BÖLMƏSİ
KORPORATİV İNFORMASİYA SİSTEMİNİN
MÜƏSSİSƏNİN İDARƏ EDİLMƏSİNDƏ TƏTBİQİ
Magistr: Elmi rəhbər:
Məlikov Nurlan Hicran oğlu dos.A.B.Sultanova
II kurs, qrup A6216
Korporativ informasiya sistemləri müəssisənin maliyyə
fəaliyyətində mühim yer tuturlar beləki , müəssisənin idarə
olunmasında korporativ informasiya sistemlərinin növlərini,
üstünlüklərini,mənfi cəhətlərini və nəticələrini nəzərə
alırıq.Korporativ informasiya sistemi bütövlükdə müəssisənin
strategiyasının uğurla həyata keçirilməsində mühüm rol
oynayan iş strategiyasını inkişaf etdirmək , idarəetmənin
dəyişdirilməsi,kadrlarla məqsədyönlü işlərin təşkili üçün
birbaşa fəaliyyət göstərir.Müasir korporativ informasiya
sistemi müəssisənin bütün sahələrində məsul olan modulları
əhatə edən kompleksdir.Bu sistemlər müəssisədə biznes
proseslərinin və idarəetmə uçotunun avtomatlaşdırılması üçün
nəzərdə
tutulmuşdur.Korporativ
informasiya
sistemləri
müxtəlif cür ola bilər beləki bu sistemlər biri-birindən
avtomatlaşdırılmış proseslərin miqyası və mürəkkəbliyinə görə
fərqlənirlər.Korporativ informasiya sistemlərinin müvafiq
olaraq
MRP,MRPII,ERP,CSRP
standartları
meydana
gəlmişdir.Qərbdə belə sistemlər MİS(Management İnformation
Systems) adlandırılır .Boston Consulting Group 2010-cu ildə
müəssisələrin korporativ informasiya sistemininin tətbiqindən
məmnunluq problemini araşdırmışdır.100 üst səviyyədə olan
müəssisə idarəçiləri arasında keçirilmiş sorğuya əsasən
nəticələr göstərdiki,müəssisələrin yalnız 30%-i qiymətli
meyarların
qiymətləndirilməsi,qiymətlərin effektivliyi,real
Dostları ilə paylaş: |