Mühazirə: 10. Aqrar sahədə iş dayanıqlığının əsasları Mühazirəçi: assistent İbrahimov Abbas Gəncə 2023



Yüklə 28,07 Kb.
səhifə1/7
tarix19.12.2023
ölçüsü28,07 Kb.
#151714
növüMühazirə
  1   2   3   4   5   6   7
Mühazirə 10


Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyi
Azərbaycan Dövlət Aqrar Universiteti
Mühəndislik fakültəsi


Kafedra: «Həyat fəaliyyətinin təhlükəsizliyi»


Fənn: Mülki müdafiə
Mühazirə: 10. Aqrar sahədə iş dayanıqlığının əsasları


Mühazirəçi: assistent İbrahimov Abbas
Gəncə 2023


4.1.Aqrar sahədə iş dayanıqlığının əsasları
Dayanıqlıq dedikdə kənar təsirlərə baxmayaraq obyektin-istehsal, tədris, səhiyyə müəssisələri, yaşayış binaları və s. normal işini və fəaliyyətini davam etdirməsi başa düşülür. Dayanıqlıq iki yerə bölünür:
1. Binanın konsruktiv-fiziki dayanıqlığı.
2. İstehsal müəssisəsinin iş dayanıqlığı.
Konstruktiv-fiziki dayanıqlıq təbiət qüvvələrinin (zəlzələlər, sellər, daşqın­lar, torpaq sürüşmələri və s.) və tətbiq olunan hərbi vasitələrin (əsasən nüvə partlayışlarının) təsirinə baxmayaraq obyektin və ya yaşayış binasının bina konstruksiya-sının etibarlılığını ifadə edir. Məlumdur ki, respublikamızın ərazisinin mütləq əksəriyyətini seysmik, sel və daşqın təhlükəli olan zonalar təşkil edir. Düşmən hücumları ehtimal edildikdə hərbi vasitələrin tətbiqi adətən əhalinin daha sıx məskunlaşdığı əraziləri (böyük şəhərləri və qəsəbələri), orada yerləşən həyati vacib obyektləri – rabitə, hərbi – sənaye kompleksi obyektləri və s. sıradan çıxarmağı nəzərdə tutur. Çünki bu zaman qarşı tərəfin müdafiə qüdrəti əsaslı sur­ətdə zəifləyir ki, bu da hərbi əməliyyatların taleyini həll edə bilər. Ona görə də inşaat işlərində tikililərin seysmik təkanlara və hərbi vasitələrin təsirinə qarşı dayanıqlılığı mütləq nəzərə alınmalıdır.
İş dayanıqlığı dedikdə kənar təsirlərə baxmayaraq istehsal müəssisəsinin istehsal gücünə uyğun həcmdə və planlaşdırılan çeşiddə məhsul istehsalını davam etdirməsi başa düşülür.
Kənd təsərrüfatı obyektinin və ya kənd təsərrüfatı istehsalat sahələrinin iş dayanıqlığı digər istehsalat sahələrindən fərqli olaraq bir çox amillərdən asılıdır ki , onları üç əsas qrupda cəmləşdirmək mümkündür:

Yüklə 28,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə