Mühazirə: 10. Aqrar sahədə iş dayanıqlığının əsasları Mühazirəçi: assistent İbrahimov Abbas Gəncə 2023



Yüklə 28,07 Kb.
səhifə3/7
tarix19.12.2023
ölçüsü28,07 Kb.
#151714
növüMühazirə
1   2   3   4   5   6   7
Mühazirə 10

c) Meliorasiyanın vəziyyəti. Ölkəmizin bəzi regionlarında yetişdirilən kənd təsərrüfat bitkiləri təbii suvarılmaya (dəmyə), bəzi regionlarda isə süni suvarılmaya məruz qalır. Təbii suvarılma olan regionlarda bitkinin yetişkənlik dövründə aylıq yağıntının miqdarı bitkinin inkişafını təmin etmədikdə, həmçinin, süni suvarılan regionlarda bitkinin suvarılması zəruri olan zamanda su mənbələrində yetərli su kütləsinin olmaması yekunda bitkinin məhsuldarlığına təsir göstərir ki, bu da həmin sahə üzrə iş dayanıqlığının itirilməsi kimi qiymətləndirilir.
Bundan əlavə əkinə yararlı torpaqlara aqrotexniki qulluğun edilməsi və meliorativ işlərin görülməsi ilə torpağın şoranlaşması və eroziyasının qarşısını almaq mümkündür.
2. Müharibə zamanı kütləvi qırğın silahlarının təsiri olmadan yaranan amillərin kənd təsərrüfat istehsalına təsiri.
Bu amillər kənd təsərrüfat istehsalat texnologiyasının tətbiqinin pozulmasına gətirib çıxarır. Buraya kişilərin ordu sıralarına cəlb olunması ilə əlaqədar olaraq əmək ehtiyatlarının azalması, təsərrüfatda əkilən bitkilər üçün tələb olunan üzvi və qeyri üzvi gübrələrin, bioloji preparatların alınması və çatdırılmasında yaranan problemlər, kənd təsərrüfat texnikası üçün yanacaq – sürtgü materialları və ehtiyat hissələrin təchizatındakı fasilələr aiddir. Bundan əlavə ən ciddi problem olaraq elektrik təchizatındakı fasilələr nəticəsində süni suvarma tələb edən regionlarda yeraltı su ehtiyatlarından istifadənin dayandırılmasına gətirib çıxarması, mexanikləşdirilmiş heyvandarlıqda qulluq işlərinin görülməsinin çətinləşməsi qeyd olunmalıdır. Daşınmalarda hərbi yüklərə üstünlük verilməsi, həmçinin, nəqliyyat yollarına düşmən hücumunun ehtimalı artdığından ölkə ərazisindən və xaricdən kənd təsərrüfatı üçün nəzərdə tutulan materialların və yüklərin avtomobil və dəmiryolu ilə daşınması zamanı yolların dağılması, gübrə istehsalının həcminin azalması, istehsal müəssisələrinin hərbi istiqamətli məhsul istehsalına keçirilməsi ilə bağlı olaraq kənd təsərrüfatında məhsul istehsalının həcmi aşağı düşür ki, bu da iş dayanıqlığının itirilməsi kimi dəyərləndirilir.

Yüklə 28,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə