Mühazirə: 10. Aqrar sahədə iş dayanıqlığının əsasları Mühazirəçi: assistent İbrahimov Abbas Gəncə 2023


Müharibə və kütləvi qırğın vasitələrinin tətbiqi ilə əlaqədar olmayan amillərin kənd təsərrüfatı istehsalına təsiri



Yüklə 28,07 Kb.
səhifə2/7
tarix19.12.2023
ölçüsü28,07 Kb.
#151714
növüMühazirə
1   2   3   4   5   6   7
Mühazirə 10

1. Müharibə və kütləvi qırğın vasitələrinin tətbiqi ilə əlaqədar olmayan amillərin kənd təsərrüfatı istehsalına təsiri.
Göstərilən qrupa aşağıdakılar daxildir:
a) Torpağın münbitliyi. Torpaq kənd təsərrüfatında istehsalatın ən əsas vasitəsidir. Onun keyfiyyəti – münbitliyi ərzaq, yem və texniki bitkilərin məhsuldarlığına birbaşa təsir göstərir. Torpağın münbitliyi onun növündən, mexaniki və kimyəvi tərkibindən asılıdır. Torpaq münbit (qara, qara-qonur və s. ) və az münbit ( qumlu, şoran ) olmaqla iki yerə bölünür. Münbit torpaqlar külək və su eroziyası nəticəsində, həmçinin qulluğun lazımi səviyyədə olmaması ilə əlaqədar kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri ilə zənginləşə bilər. Torpaqda əkilən ərzaq, yem və texniki bitkilərinin inkişafının vacib mərhələlərində onlara üzvi və qeyri-üzvi gübrələrin verilməsi, təsərrüfatda növbəli əkin sisteminin tətbiqi ilə torpağın münbitliyini qorumaq mümkündür. Torpaq növündən asılı olaraq ona verilən üzvi və qeyri-üzvi gübrələrin miqdarı dozalaşdırılır. Növbəli əkin isə torpağa verilən kimyəvi preparatların miqdarını azaldır.
b) Hava iqlim şəraiti.Hava iqlim şəraiti kənd təsərrüfat bitki məhsullarının həcmində və heyvandarlığın inkişafında əhəmiyyətli rol oynayır. Məlumdur ki, dünyada mövcud olan 11 iqlim qurşağından doqquzu Azərbaycanda vardır. Ona görə də ölkəmizdə çeşidli kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi rentabellidir. Hər bir bitki (pambıq, taxıl, qarğıdalı, yonca və s.) öz inkişafı üçün müəyyən miqdarda günəş enerjisi, istilik, nəmlik, mineral elementlər tələb edir. Torpaq və iqlim şəraiti nəzərə alınmaqla Azərbaycan Respublikasında rayonlaşdırılmış bitkilərin əkilməsi vacibdir. Ölkənin aran rayonlarında daha çox istiliyə davamlı (meylli) bitkilərin becərilməsi əlverişlidir. Bu zaman əsasən tozlanmanın (vegetasiya) əlverişli dövründə düşən nəmliyin miqdarı mütləq nəzərə alınmalıdır. Bitkilərin müvafiq iqlim qurşağında əkilməməsi onun yekun məhsuldarlığına əsaslı təsir göstərir. Heyvandarlıq sahəsində saxlanan heyvanların iqlim şəraitinə uyğun olması nəzərə alınmalıdır.

Yüklə 28,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə