Mühazirə: 10. Aqrar sahədə iş dayanıqlığının əsasları Mühazirəçi: assistent İbrahimov Abbas Gəncə 2023


Kütləvi qırğın silahlarının tətbiqindən kənd təsərrüfat istehsalatına təsir edən amillər



Yüklə 28,07 Kb.
səhifə4/7
tarix19.12.2023
ölçüsü28,07 Kb.
#151714
növüMühazirə
1   2   3   4   5   6   7
Mühazirə 10

3. Kütləvi qırğın silahlarının tətbiqindən kənd təsərrüfat istehsalatına təsir edən amillər.
Kənd rayonlarında ən böyük təhlükə insanların, heyvanların, bitkilərin kütləvi məhvi ilə nəticələnən nüvə partlayışlarının törədilməsidir. Düşmən tərəfindən kimyəvi və bakterioloji silahların tətbiqi, həmçinin, zəhərli istehsalat sahələrində istehsalat qəzalarının baş verməsi də vəziyyəti əsaslı surətdə mürəkkəbləşdirə bilər. Bu qrupa aid edilən amillər müharibə şəraitində kənd təsərrüfat obyektlərinin iş dayanıqlığının qiymətləndirilməsi və müəyyən edilməsi zamanı nəzərə alınmalıdır.
Kənd təsərrüfat obyektlərinin müharibə şəraitində iş daya-nıqlığının hesabat metodikası xüsusi zəmanətlərdə verilir.
Müharibə şəraitində kənd təsərrüfat obyektlərinin iş daya-nıqlığının təmin edilməsi üçün istər sülh, istərsə də müharibə vaxtı kompleks tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi vacibdir. Bu zaman əsas diqqət kənd təsərrüfat istehsalatının mükəmməl idarə edilməsinə yönəldilməlidir. İnsanların, əsasən də istehsalatda çalısan işçilərin etibarlı mühafizəsi təşkil edilmədən kənd təsərrüfat istehsalatının dayanıqlı işi təmin edilə bilməz.
Material-texniki və su təchizatının, təsərrüfatlararası istehsalat əlaqələrinin, müstəqil elektrik sisteminin yaradılması üçün tədbirlər sülh dövründə planlaşdırılmalı və icra edilməlidir.
Heyvandarlığın və bitkiçiliyin dayanıqlı iş fəaliyyətinin təmin edilməsi məqsədi ilə tədbirlərin görülməsi vacibdir.
Obyektin iş dayanıqlığının qiymətləndirilməsinin təşkili. Obyektin müharibə zamanı iş dayanıqlığının vəziyyəti sülh və düşmən hücumu ehtimalı yarandıqda hazırlığın aprılması ilə müəyyən olunur.Ona görə əvvəlcədən iş dayanıqlığının yüksəldilməsi tədbirlər planı hazırlanır və mərhələlərlə icra edilir.Planın əsasını obyektin KQS təsirinə qarşı dayanıqlığının düzgün qiymətləndirilməsi təşkil edir.Dayanıqlığın qiymətləndirilməsi ərazinin kənd təsərrüfatı mütəxassislərindən təşkil olunmuş komissiya tərəfindən müəyyənləşdirilir.Komissiya tərkibinə konstruktiv-fiziki dayanıqlığın qiymətləndirilməsi məqsədilə mühəndis mexaniklər, su mənbələrinin təhlükəzizliyinə nəzarət məqsədilə meliorasiya mütəxəssisləri,elektrik enerji təminatının fasiləsizliyinin dəyərləndirilməsi məqsədilə elektrik mühəndisləri,həmçinin heyvandarlıq və bitkiçilik üzrə mütəxəssislər daxil edilir.
Rayon mülki müdafiə qərargahı hər bir yaşayış məntəqəsi üçün kütləvi qırğın silahlarının tətbiqi, təbii fəlakətlər, təhlükəli kimyəvi müəssisələrdə, AES- də, SES bəndlərində iri həcmli istehsalat qəzaları zamanı həmin ərazinidə yarana biləcək mümkün variantları hazırlayır və bunun əsasında metodiki təlimatları keçirir. Obyektin iş dayanıqlığının qiymətləndirilməsi aşağıdakı ardıcıllıqla aparılır:
1.Proqnozlaşdırma metodu ilə KQS-nın hansı zədələyici amilinin hansı səviyyədə istehsalat obyektinə təsiri müəyyənləşdirilir. Buraya aid edilir:
-nüvə partlayışları zamanı obyektdə (ərazidə) hava zərbə dalğasının yaratdığı izafi təzyiqin gözlənilən qiyməti ( bina və konstruksiyaların, texnoloji avadanlıqların dağılma dərəcəsi, insanların və heyvanların zədələnmə səviyyəsi, müxtəliv yetişmə fazalarında olan k/t bitkilərinin məhsuldarlığının itkiləri, saxlanılan k/t məhsullarının itkisi);
-obyektdə (ərazidə) işıq şüalanmasının gözlənilən təsiri (ehtimal olunan yanğınlar, insanlarda və k/t heyvanlarında yanıqlar və onların dərəcəsi);
-obyektin (ərazinin) radioaktiv şüalanma zonasına düşmə vəziyyəti və insanların ,heyvanların və k/t bitkilərinin ala biləcəyi doza;
-obyektin (ərazinin) kimyəvi zəhərlənmə və bakterioloji çirklənmə zonasına düşməsi və onun insanlara ,heyvanlara , k/t bitkilərinə ,xammala və yemə təsiri.
2.Dağıdıcı faktorların ikinci təsirinin obyektdə (ərazidə) yaratdığı dağıntılar (neft,qaz boru kəmərlərində, neft məhsulları anbarlarında, kimya sənayesi müəssisələrində, AES və SES bəndlərində baş vermiş partlayışlar zamanı) müəyyənləşdirilir.
3.Obyektin istehsalat fəaliyyətini davam etdirməsi üçün (işçi qüvvəsi ilə, mütəxəssislərlə, texniki vasitələrlə, elektrik enerji mənbələri ilə,kübrə ehtiyatları ilə,yemlə və müxtəlif materiallarla), həmçinin bitkiçilik və heyvandarlıqda düşmən hücumunun nəticələrinin aradan qaldırılması üçün (XDTİ, sanitar və baytarlıq tədbirləri, zərərsizləşdirmə) görüləcək iş imkanları müəyyənləşdirilir.
Kənd təsərrüfatının istehsal sahələrinin iş dayanıqlığının yüksək səviyyədə saxlanılması üçün onun hər bir sahəsinin əvvəlcədən qiymətləndirilməsi vacibdir.

Yüklə 28,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə