Mühazirə: 10. Aqrar sahədə iş dayanıqlığının əsasları Mühazirəçi: assistent İbrahimov Abbas Gəncə 2023


Meliorativ-su təsərrüfatının iş dayanıqlığının qiymətləndirilməsi



Yüklə 28,07 Kb.
səhifə7/7
tarix19.12.2023
ölçüsü28,07 Kb.
#151714
növüMühazirə
1   2   3   4   5   6   7
Mühazirə 10

Meliorativ-su təsərrüfatının iş dayanıqlığının qiymətləndirilməsi.Təsərrüfatın meliorativ-su təsərrüfatının iş dayanıqlığının qiymətləndirilməsi üçün bütün qurğu və melorasiya texnikası qeydiyyata alınır. Hər bir qurğu, onun ayrı-ayrı elementləri,su anbarları,nasos qurğuları,su boru kəmərləri, çaylar, təsərrüfatdaxili su ötürücü axın yolları nəzərdən keçirilir.
Obyektin meliorativ-su təsərrüfatının iş dayanıqlığının qiymətləndirilməsi üçün əsas meyarlar aşağıdakılardır:

  • hidrotexniki qurğularda mövcud su ehtiyatı;

  • texnika və texnoloji avadanlıqlarla təminatın səviyyəsi;

  • maşın və texnikadan istifadə əmsalı;

Suvarma norması müntəzəm olaraq (fəsildən asılı olaraq hər 5-10 gündən bir) bitki köklərindəki nəmliyin laborator üsulla aşkarlanması ilə müəyyən olunur.Aşağıdakı düsturla bitki kökünün təmasda olduğu qatda (0-30 sm) su ehtiyatı hesablanır:

M=100 HAN (12)


Burada,M-su ehtiyatı;
H-bitki kökünün dərinliyi,m,
A- bitki kökünün həcmi miqdarı,m3,
N-kökdə olan nəmliyin miqdarıdır,%.
Suvarma normasını müəyyən etmək üçün aşağıdakı düsturdan istifadə edilir:
S=100 HA (N1-N) (13)
Burada, S-suvarma norması;
N-kökdə olan nəmliyin miqdarı,%,
N1-kökdəki nəmliyin optimal miqdarıdır (məs.otlarda
optimal nəmlik 75-80%-dir) .
Yüklə 28,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə