Mühazirə: 10. Aqrar sahədə iş dayanıqlığının əsasları Mühazirəçi: assistent İbrahimov Abbas Gəncə 2023


Maşın-traktorlarının və yanacaq-enerji kompleksinin iş dayanıqlığının qiymətləndirilməsi



Yüklə 28,07 Kb.
səhifə6/7
tarix19.12.2023
ölçüsü28,07 Kb.
#151714
növüMühazirə
1   2   3   4   5   6   7
Mühazirə 10

Maşın-traktorlarının və yanacaq-enerji kompleksinin iş dayanıqlığının qiymətləndirilməsi. Qiymətləndirməni aparmaq üçün ilkin göstəricilər aşağıdakılardır:
-səfərbərlik işlərindən sonra obyektin avtotraktor və digər texnikalar ilə təmin olunma səviyyəsi;
-mexanizatorlarla, texnikaya və enerji mənbələrinə xidmət edən digər işçilərlə komplektləşdirmənin vəziyyəti;
-yanacaq-sürtgü materialları və digər yanacaq növləri ilə təminat, elektrik təchizatı mənbələri və təmir məntəqələrinin olması.
Avtotraktor texnikasının, elektroenergetik sistemlərin və mexanizmlərin iş dayanıqlığının qiymətləndirilməsi texniki hazırlıq əmsalı müəyyən edilməsi ilə başlanır. Texniki hazırlıq əmsalı aşağıdakı düsturla hesablanır:
Kth=1- Gtəm/Gs (8)
Burada,Gtəm-traktor və avtomobillərin təmir və texniki qulluqda olduğu,daha doğrusu işlədilmədiyi günlərin sayı;
Gs-traktor və avtomobillərin obyektdə olduğu ümumi günlərin sayıdır.
Obyektdə olan maşın və traktorlardan istifadə əmsalı aşağıdakı kimi hesablanır:
Ki=Gi/Gs (9)
Burada,Gi-traktordan istifadə olunan günlər;
Gs- traktor və avtomobillərin obyekdə olduğu
ümümi günlərin sayıdır.
Elektrik təchizatının iş dayanıqlığını qiymətlləndirmək üçün aşağıdakıları bilmək lazımdır:
-ehtiyat elektroenerji mənbələrini;
-enerji ötürülməsi zamanı istehlakçıların minimal tələbatını (mexanikləşdirilmiş sağım, suvarma, taxıl sovurma mexanizmləri, mexaniki emalatxana, fermaların,yaşayış evlərinin yanğınsöndürmənin su təminatı, texnoloji sistemlər);
-heyvandarlıq fermalarında kənd təsərrüfatı texnikasından istifadə etməklə enerji təminatının verim imkanlarını.
Elektroenerjidən istifadənin istehsalat əmsalı (Kn) aşağdakı kimi hesablanır:
Kn=Qi/Qü (10)
Burada,Qi-istehsalat məqsədilə işlədilmiş enerjinin
miqdarı;
Qü-emerjinin ümumi miqdarıdır.
Obyektin işçi sahəsinin elektrikləşdirmə səviyyəsi (Se) aşağıdakı düsturdan müəyyən edilir:
Se=Qe/Q 100% (11)
Burada, Qe-enerji istifadəsi ilə yerinə yetirilən işlərin
həcmi;
Qiş-işlərin ümumi həcmidir.
Material-texniki və elektrik təchizatının dayanıqlığı qiymətləndirilərkən xammalın, yanacağın, komplektləşdirici məmulatların ehtiyatı müəyyənləşdirilir, saxlanma şəraiti, hazır məhsulun istehlakçıya çatdırılmasının vəziyyəti, yükləyib-boşaltma işlərində mexanikləşdirilmiş vasitələrdən istifadə səviyyəsi, ehtiyat elektrik təchizatı mənbələrin tətbiqi nəzərə alınır.

Yüklə 28,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə