Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


ELEKTRIK MAŞINLARININ VALLARININ VƏ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə92/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   88   89   90   91   92   93   94   95   ...   151

290 

 

ELEKTRIK MAŞINLARININ VALLARININ VƏ 



YASTIQLARIN XİDMƏT MÜDDƏTİNİN 

ARTIRILMASI 

Tələbə:                                                    Elmi rəhbər: 

Yusifzadə Fərhad Rahim o.                   dos.Əhmədov E.N. 

IV kurs, 559.4- cü qrup   

Bütün 

elektrik 



mühərriklərinin 

vallarında 

ox 

istiqamətində  elektromaqnit induksiya  gərginliyi  mövcud olur. 



Valın azacıq statik və dinamik eksentrik olması zamanı maqnit 

səpələnmə seli induksiya gərginliyi yaradır ki, bu da valdan, iki 

diyircəkli  yastıqlardan  və  ramadan  kecən  dövrü  cərəyanlar 

yaradır. Dövrü cərəyanların artması diyircəkli yastıqlarda yerli 

qızma yaradır.   

Müasir  elektrik  intiqallarında  asinxron  mühərriklərinin 

qidalandırılması  və  tənzim  edilməsi  məqsədilə  və  əksər 

hallarda 

yarımkeçirici 

çevricilərdən 

istifadə 

edilir. 


Yarımkeçirici  çevricinin  çıxışında  gərginlik  invertoru  qoşulur 

və mühərrik invertor vasitəsilə idarə edilir. İnvertorun çıxışnda 

yüksək  tezlikli  ardıcıl  impuls  gərginlikləri  yaranır.  İnvertor 

mühərrikin  stator  dolağında  tam  sinisoidal  cərəyan 

yaratmadığına görə mühərrikin kütləli hissələrində o, cümlədən 

vallarında  və  diyircəkli  yastıqlarında  induksiya  gərginliyini 

yaradır.Tezliyinin  yüksəldilməsi  sinfaz  gərginliyin  armasına, 

bu isə  yastıqlarda parazit cərəyanların daha da çoxalmasına və 

bir sıra hallarda onun sıradan çıxmasına səbəb olur.  

Əgər gərginliyin qiyməti böyük olarasa yağ plyonkasında 

dielektrik  deşilir,  halqa  və  diyircək  arasında  elektroeroziya 

yaranır.  Bu  aralıqda  qövsün  yaranması  üçün  5-30V  gərginlik 

kifayət  edir.  Qövs  yastıqlarının  səthində  intensiz  elektreroziya 

yaradılır  və  yaranan  nahamarlılıq  diyircək  yaranana  qədər 

inkişaf  edir.    Təqdim  olunan  iş  asinxron  elektrik 

mühərriklərinin  diyircəkli  yastıqlarının  parazit  cərəyanlardan 

qorunması tədbirlərinin araşdırılmasına həsr edilmişdir.  



291 

 

AZƏRBAYCAN ELEKTROENERGETİKA 



SİSTEMİNDƏ ALTERNATİV ENERJİDƏN 

İSTİFADƏNİN İNKİŞAF PERSPEKTİVLƏRİ (KÜLƏK 

VƏ GÜNƏŞ ENERJİSİ). 

 

Magistr:   



 

 

   Elmi rəhbər:  



Yusifzadə Rəşid Həbib oğlu         dos. S.M.Mirzəyeva 

II kurs, qrup A5116 

 

Külək  enerjisi  digər  alternativ  enerji  mənbələri  olan 



günəş,  hidroenergetika,  geotermal  və  biokütlə  enerjisindən 

özünün  maya  dəyərinə,  ekoloji  təmizliyinə  və  tükənməzliyinə 

görə ən sərfəlisidir. 

Təcrübə  göstərir  ki,  Azərbaycanın  bir  çox  rayonlarında 

külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi vardır. 

Hesablamalara  görə  Azərbaycan  Respublikası  özünün  coğrafi 

vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 

MVt-a  yaxın  illik  külək  enerji  ehtiyatına  malikdir.  Bu  ehtiyat 

ildə  təxmini  hesablamalara  görə  2,4  milyard  kVt/saat  elektrik 

enerjisi  deməkdir.  Bu  isə,  öz  növbəsində,  ildə  1  milyon  tona 

yaxın  şərti  yanacağa  qənaət,  ən  əsası  isə  ildə  küllü  miqdarda 

tullantıların,  o  cümlədən  azondağıdıcı  olan  karbon  dioksidin 

atmosferə atılmasının qarşısının alınması deməkdir. 

Çoxillik müşahidələr nəticəsində müəyyən edilmişdir ki, 

ən əlverişli külək şəraiti Abşeron yarımadasında, Xəzər dənizi 

sahili  zolağında  və  akvatoriyanın  şimal-qərb  hissəsində  olan 

adalardadır. Azərbaycanın qərbində Gəncə-Daşkəsən zonasında 

və  Naxçıvan  Muxtar  Respublikasının  Şərur-Culfa  ərazisində 

küləyin orta illik sürəti 3-5 m/san. olduğu üçün bu regionlarda 

orta güclü külək elektrik qurğularından istifadə etmək olar. 

1999-cu  ildə  Yaponiyanın  «Tomen»  şirkəti  Azərbaycan 

Elmi-tədqiqat  Energetika  və  Enerjilayihə  İnstitutu  ilə  birlikdə 

Abşeronda  hündürlüyü  30  və  40  metr  olan  iki  qüllə 

quraşdırmış,  küləyin  sürətinin  orta  illik  qiyməti  v  =  7,9-8,1 




292 

 

m/san olması müəyyən edilmiş və Qobustan rayonu ərazisində 



ümumi  gücü  30  MVt  olan  külək  elektrik  stansiyasının 

quraşdırılmasına 

dair 

texniki 


iqtisadi 

əsaslandırma 

hazırlanmışdır. 

2002-ci 


ildə  Azərbaycanın  bərpa  olunan  enerji 

resurslarının  qiymətləndirilməsi  həyata  keçirilmiş  və  aşkar 

olunmuşdur  ki,  Abşeron  yarımadası  iri  həcmdə  külək  enerjisi 

potensialına  malikdir.  Uzunmüddətli  küləyin  orta  sürəti  6 

m/san-dan  artıqdır  ki,  bu  da  külək  enerjisi  üçün  əlverişli 

texniki-iqtisadi  potensialın  olmasını  göstərir.  Şimal  DRES-nin 

yerləşdiyi  ərazidən  toplanılmış  külək  enerjisi  üzrə  statistik 

məlumatlar bir daha təqdim olunan göstəriciləri təsdiq etmişdir. 

Aparılmış bu tədqiqatlar zamanı Qobustan rayonu ərazisi üçün 

təqdim  olunmuş  göstəricilər  külək  enerjisi  potensialının  4-cü 

sinfinə aid edilir ki, bu da yüksək potensial hesab olunur. 

Azərbaycanın  təbii  iqlim  şəraiti  günəş  enerjisindən 

istifadə  etməklə  elektrik  və  istilik  enerjisinin  istehsalını 

artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı 

il  ərzində  ABŞ-da  və  Orta  Asiya  ölkələrində  2500-3000  saat, 

Rusiyada  500-2000  saat,  Azərbaycanda  isə  2400-3200 

saatdır.Qeyd  etmək  lazımdır  ki,  günəş  stansiyalarının 

effektivliyi  ölkənin  təbii  iqlim  şəraitindən  və  coğrafi 

mövqeyindən  asılıdır.  Belə  ki,  bir  il  ərzində  1m

2

 yer  səthinə 



düşən günəş enerjisinin miqdarı Azərbaycanda 1500-2000 kVts 

təşkil edir. Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş 

şüalarının  miqdarı  digər  ölkələrlə  müqayisədə  üstünlük  təşkil 

edir  ki,  bu  da  günəş  enerjisindən  istifadənin  tətbiqinə 

sərmayələrin  cəlb  edilməsinin  səmərəlilik  meyarlarından  biri 

kimi  qiymətləndirilə  bilər.  İşdə  misal  üçün  3  otaqlı  standart 

evin günəş panellərinin vasitəsi ilə təchizatı göstərilir. 

 

 



 

 



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə